İrana qarşı sanksiya Türkiyənin addımı necə olacaq?

Analitika 14:52 06.08.2018

Türkiyə İrandan neft ixracatını azaldacaq.

Bu sözlər türkiyəli iqtisadçı Cüneyd Kazokoğlunun “BBC Türkcə”də dərc olunan məqaləsində yer alıb.

“Tramp İranla 2015-ci ildə imzalanan nüvə razılaşmasından çıxdığını açıqladı. ABŞ sonradan yaydığı bəyanatda İrana qarşı sanksiyaları yenidən bərpa edəcəyini və bunların İranla iş quran üçüncü ölkə və şirkətlərə də aid ediləcəyini bildirdi.

ABŞ-ın yenidən aktivləşdirəcəyi sanksiyalar arasında ən önəmli ünsürlər İranın valyuta, qızıl, neft və neft məhsulları ilə bağlıdır. Bu amillər də birbaşa Türkiyəni maraqlandırır. Düzdür, hazırda təbii qaz ticarəti sanksiyalara daxil edilməyib. Amma ABŞ rəhbərliyi bunu da sanksiyalara daxil etsə, İrandan özünün təbii qaza olan ehtiyacının 15%-ni ödəyən Türkiyə böyük zərərə məruz qalacaq.

Sanksiyaların nəticələrini dəyərləndirmək üçün hələ çox tezdir. Böyük ehtimalla başda Çin, Hindistan və Türkiyə olmaqla, İrandan neft və neft məhsulu alan bir çox ölkə ABŞ-la görüşüb, istisna tələb edəcəklər. ABŞ-ın indiyə qədər yaydığı açıqlamalar içərisində ən önəmli məqamlardan biri də valyuta və qızıl ticarəti üçün dünyaya 90 gün, neft və neft məhsulları üçün 180 gün keçid dönəmi ayıracağını bildirməsi idi. Yeni sanksiyalar tam şəkildə 4 noyabrda işə düşəcək”, - Kazokoğlu bildirib.

İqtisadçı bildirib ki, Ankara bundan öncə İranla ticarətini davam etdirəcəyini açıqlasa da, detallarını söyləməyib:

“Halbuki bu ticarətin hansı şərtlərlə davam edəcəyi Rza Zərrab, Babək Zəncani və Hakan Atilla məsələlərini nəzərə aldıqda Türkiyə üçün çox önəmlidir. Atacağı addımlar və ABŞ-la təşkil edəcəyi görüşləri nəzərə alsaq, İrana qarşı yeni sanksiyaların Türkiyə üçün bir neçə nəticəsi olacaq.

Türkiyə ötən il sutkada 515 min barrel neft idxal edib. Bu da Türkiyə tarixində ən yüksək göstərici olub. Bu artımın önəmli səbəbi Türkiyənin gündəlik maye yanacaq tələbatının 1 milyon barrelə çatmış olmasıdır. İranın Türkiyənin xam neft idxalında payı 2011-ci ildə 51% idisə, 2012-ci ildə ona qarşı sanksiyaların tətbiqindən sonra bu yeri İraq və digər ölkələr doldurdular. 2016-cı ildə sanksiyaların ləğv edilməsindən sonra rəsmi Tehran Ankaraya neft ixracını artırdı və yenidən Türkiyənin neft tələbatının az qala yarısını ödəməyə başladı.

Hazırda tətbiq edilən yeni sanksiyalar Türkiyənin cari ilin sonundan etibarən İrandan alacağı xam nefti azaltması demək olacaq. Keçmişdə olduğu kimi idxalatda yenidən üstünlüyü İraq, Rusiya və Səudiyyə Ərəbistanının dolduracağını gözləmək doğru olardı.

Digər tərəfdən isə İrana qarşı yeni sanksiyaların da vaxtsız olması da bir reallıqdır. Türkiyənin xam neft idxalı bu ilin üçüncü rübündən etibarən SOCAR-ın Əliağada açacağı yeni neft emalı zavodu ilə birlikdə daha da artacaq və böyük ehtimalla bu artım digər ölkələr hesabına qarşılanacaq”. (axar)

Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO

Xəbər xətti

Buraxılış imtahanlarının cavabları nə zaman açıqlanacaq? – RƏSMİ AÇIQLAMA
Buraxılış imtahanlarının cavabları nə zaman açıqlanacaq? – RƏSMİ AÇIQLAMA
10:36 29.03.2024
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:32 29.03.2024
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA - VİDEO
10:24 29.03.2024
Xankəndidə silah-sursat aşkarlandı
10:15 29.03.2024
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
10:10 29.03.2024
Avropa İttifaqının Cənubi Qafqaz səfərinin GİZLİNLƏRİ – Fikrət Sadıqov AÇIQLAYIR
10:01 29.03.2024
Xırdalanda 12 ədəd qumbara tapıldı - VİDEO
09:51 29.03.2024
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə BAŞLAYIR
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə BAŞLAYIR
09:47 29.03.2024
Azərbaycanda professor vəfat etdi
09:36 29.03.2024
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
09:25 29.03.2024
Azərbaycan nefti BAHALAŞDI
09:21 29.03.2024
Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO
09:10 29.03.2024
Daha 35 ailə Füzuliyə yola salındı
09:00 29.03.2024
Dani Alveş ziyafət təşkil etdi
06:40 29.03.2024
Bişkekdə fövqəladə vəziyyət elan edildi
05:30 29.03.2024
İsrail vətəndaşlarına bu ölkələrə səyahət etməmək XƏBƏRDARLIĞI EDİLİB
04:05 29.03.2024
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
Hamısı