“Paşinyan Ermənistanın Saakaşvilisi ola bilməyəcək” Ekspert

Analitika 12:28 11.08.2018

“Onun dövləti idarə edə biləcəyi sual altındadır”

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin Ermənistan baş naziri Paşinyanla bağlı dedikləri işğalçı ölkədə birmənalı qarşılanmayıb. Qeyd edək ki, Saakaşvili Paşinyana bəzi məsləhətlərini verib və onun sözləri Ermənistan mətbuatında qalmaqala və geniş müzakirələrə səbəb olub.

M.Saakaşvili “Exo Moskvı” radiosunda çıxışı zamanı Putinin Ermənistanı Paşinyana elə-belə verməyəcəyi və payızda ona qarşı mitinqlər təşkil ediləcəyi xəbərdarlığını edib. O, Ermənistan baş nazirinə bunun olmaması üçün ilk olaraq sistemi dəyişdirməli olduğunu bildirib. Saakaşvilinin sözlərinə görə, Paşinyanın əmrləri hələ də hüquq-mühafizə orqanlarının köhnə rəhbərləri tərəfindən icra olunur. Və onların baş nazirə qarşı üsyan etməyəcəyinə heç kim zəmanət verə bilməz.

O, öz bəyanatında Rusiya prezidenti Vladimir Putinin Paşinyandan qurtulmaq haqda planlarından da danışıb.

Eks-prezidentin sözlərinə görə, Putin payızda Paşinyanın qarşısına oliqarxlardan ibarət bir ordu yığacaq və mitinqlər təşkil edəcək. “Mən tamamilə əminəm ki, Rusiya prezidenti yaxın zamanlarda Paşinyanı baş nazir postundan devirməyə hazırlaşır” - Saakaşvili sonda bəyan edib.

Modern.az xəbər verir ki, Saakaşvilinin bəyanatları Ermənistan mətbuatını iki cəbhəyə bölüb. Bir cəbhə bu bəyanatlara ciddi yanaşmağı və ehtiyat tədbirləri görməyi məsləhət verir. Digər cəbhə isə Saakaşvilinin bu bəyanatlarını qınayıb və onu Rusiya-Ermənistan münasibətlərinə zərbə vurmaqda ittiham edib. Onlar eks-prezidentin Putinlə keçmiş haqq-hesablarına diqqət çəkirlər və onu iki ölkə arasındakı münasibətləri anlamadığı halda qeyri-obyektiv fikir yürütməkdə günahlandırıblar. Həmçinin bu qrup bildirir ki, Rusiya Ermənistandakı inqilaba qarşı olsaydı, onun elə “beşikdəcə” boğardı.

Görünən budur ki, Ermənistanın yeni hökuməti həbslər həyata keçirsə də, bəzi korrupsioner-cinayətkar ünsürləri cəzalandırsa da, ümumilikdə sistem dəyişikliyinə nail ola bilmir. Bunun bir səbəbi də sistemin arxasında Rusiya amilinin dayanmasıdır.

Arzu Nağıyev ile ilgili görsel sonucu

Politoloq Arzu Nağıyev qəzetimizə dedi ki, Paşinyanın hakimiyyətə gəlməsindən artıq 3 ay ötür və avqustun 17-də bununla bağlı mitinq-hesabat gözlənilir: “Bu üç ayda Ermənistan vətəndaşı nə əldə etdi? Məlumdur ki, vətəndaşlar onun Sərkisyanı devirdiyinə sevindilər. Lakin söz verdiyi kimi, Ermənistanı Avroasiya İqtisadi Birliyindən çıxarmadı, bazalari ləğv etmədi, sadəcə olaraq, bunlarla bağlı imitasiyalar etdi. Paşinyan hakimiyyətin dəyişilə biləcəyini göstərdi. Ölkə elə bir günə düşmüşdü ki, Sərkisyanla bağlı hər bir proses lənətlənirdi və Paşinyan bundan ancaq təşəkkürlər alırdı. Buna baxmayaraq, ölkədən miqrant axını davam edir, bunun əsasında tək iqtisadi deyil, həm də inamsızlıq durur. Türkiyə ilə münasibətlər gərgin olaraq qalır, xarici diaspora Sərkisyandan aralansa da, Paşinyanla da yaxınlaşmadı. Kilsəyə qarşı olan nifrət daha da artdı. Təbii ki, üç ay az müddətdir, təsəvvür edin ki, parlamentdə çoxluq təşkil edən partiya bu gün müxalifətdədir. Yəni absurd bir vəziyyətdir. Belə bir vəziyyətdə Paşinyanın dövləti idarə edə biləcəyi sual altındadır. Çünki Qarabağ klanı sona qədər məhv edilməyib, Moskva ilə münasibətlər tam aydınlıq gəlməyib. Müəyyən qədər Rusiya ilə əlaqəsi olan korrupsioner məmurlara qarşı aparılan mübarizə, 102 saylı hərbi baza və sərhədçilərlə bağlı baş verənlər Rusiyaya xoş gəlmədi. Ölkədə amnistiya və ya əfv prosesi başlasa da, effekt vermədi. Müəyyən istefalar oldu. Lakin proses tam şəkildə aparılmadı, Robert Köçəryanın və Xaçaturovun həbsi məsələsi Paşinyana qarşı rəğbət və ya nifrət arasında bölündü. Paşinyan Ter-Petrosyanın tapşırıqlarına əsasən 2008-ci ildə baş verən ölüm hadisələrinə yenidən qayıtdı. Bununla yanaşı, ölkədə Qərbə meyllilik artmaqdadır, Qarabağ məsələsinin həll olunmamasının səbəbi Rusiyada görünür, Paşinyan cidd-cəhdlə Trampla görüşə can atır. Bundan başqa, yaranmış vəziyyətdə İranla da əlaqələr vacibdir. Buna görə də hazırda İrana qarşı ABŞ tərəfindən tətbiq olunan sanksiyalar bu münasibətlərə də mənfi təsir edə, hətta deyərdim ki, Ermənistanın onsuz da çökən iqtisadiyyatını tam şəkildə iflic edə bilər. Bu, ilk növbədə İran - Ermənistan qaz kəməri vasitəsilə alınan qazın kəsilməsi ola bilər. Əgər Ermənistan ABŞ sanksiyalarının əleyhinə olaraq həmin qazı alarsa və əvəzinə müqavilədə olduğu kimi elektrik enerjisi verərsə, bunu ABŞ heç cürə qəbul etməyəcək. Təbii ki, buna görə də Ermənistan bu risklərdən çəkinmək üçün Paşinyanın İran rəhbərliyi ilə görüşməsini təşkil edir. Yəni bütün bunlar göstərir ki, parlament seçkilərinə Paşinyan tək Sərkisyanı devirməklə gedə bilməyəcək, onu ciddi sınaqlar gözləyir”.

Yeri gəlmişkən, N.Paşinyan XİN başçısı Sergey Lavrovun İrəvana xəbərdarlığına, nəhayət, ehtiyatlı reaksiya verib. Lakin onun reaksiyası daha çox qorxunun əlaməti kimi yozula bilər. N.Paşinyan deyib ki, indi Ermənistanda yeni situasiya mövcuddur və biz hamımız buna uyğunlaşmalıyıq, o cümlədən də rusiyalı həmkarlarımız. S.Lavrov İrəvanda həyata keçirilən həbslərə reaksiyasında demişdi: “Ermənistanda baş verənlər ölkənin yeni rəhbərliyinin sələflərinin təqib edilməyəcəyinə dair vədlərinə ziddir”. Rusiyalı diplomat vəziyyətdən narahatlığını da ifadə etmişdi. N.Paşinyan “hər şey qaydasındadır” deməklə canını qurtarmağa çalışıb. Çünki o, Saakaşvilinin dediklərini ciddiyə almamış deyil və Rusiyanı qəzəbləndirməsinin qarşılığında devriləcəyindən çox ehtiyatlanır. Elə avqustun 10-dan etibarən ölkə ərazisində əhali ilə görüşlərə başlaması da bundan xəbər verir. Paşinyan hakimiyyətinin 90 günlüyündə belə çox narahatdır. Parlament seçkilərinə isə hələ 9 ay qalıb...

Azərbaycanın təhlükəsizlik orqanlarının yaranması günüdür - VİDEO

Xəbər xətti

Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
15:00 28.03.2024
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55 28.03.2024
Fransanın nüfuzlu nəşrindən ETİRAF: Artıq Bakıya təzyiq etmək mənasızdır
14:43 28.03.2024
Putinin terror aktından sonra "Crocus"a niyə getməməsinə aydınlıq gətirilib
14:25 28.03.2024
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
14:09 28.03.2024
Simonyan və Paşinyanın haçalanan fikirlərinə erməni ekspertdən ŞƏRH
14:00 28.03.2024
Peskov: “Crocus"un gələcək taleyi Kremlin gündəmində deyil
13:55 28.03.2024
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb
13:45 28.03.2024
ABŞ-də hərbi helikopter qəzaya uğrayıb
13:40 28.03.2024
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
13:30 28.03.2024
Bakı meriyasında müşavirə keçirilib, “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib
13:20 28.03.2024
Gənclər Paytaxtında teatr əsaslı təlim düşərgəsinə yekun vurulub
13:12 28.03.2024
Direktor müavini olmaq istəyənlərin NƏZƏRİNƏ
13:02 28.03.2024
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
12:54 28.03.2024
Sabah 20 dərəcə isti olacaq
12:45 28.03.2024
“Bu ərazilər Azərbaycana sülh yolu ilə qaytarılacaq” – İlyas Hüseynov
12:30 28.03.2024
Sabah dumanlı hava gözlənilir
Sabah dumanlı hava gözlənilir
12:27 28.03.2024
Ombudsman Xankəndidə erməniəsilli sakinlərlə görüşüb, sığınacağa baş çəkib
12:23 28.03.2024
"Aİ nümayəndələrinin diqqəti yalnız Rusiyaya qarşıdır" - Mariya Zaxarova
12:17 28.03.2024
“Macarıstan ABŞ-ın birbaşa diqtəsinə qulaq asmır” – Politoqdan AÇIQLAMA
12:15 28.03.2024
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:09 28.03.2024
Tanışını öldürən şəxsin cinayət işi məhkəməyə göndərildi
12:06 28.03.2024
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
11:55 28.03.2024
Mərkəzi Bank uçot dərəcəsini AZALTDI
11:52 28.03.2024
Toyda gəlinə verilən hədiyyə boşananda BÖLÜNMƏYƏCƏK
11:50 28.03.2024
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
11:45 28.03.2024
Mərkəzi Bankdan inflyasiyaya dair proqnozla bağlı AÇIQLAMA
11:43 28.03.2024
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
11:40 28.03.2024
Paşinyan "mühacir Qarabağ hökumətini" tanımadığını bildirib
11:39 28.03.2024
ABŞ-Ermənistan-Aİ müştərək konfransı Azərbaycana təzyiq planının tərkib hissəsidir - deputat Könül Nurullayeva
11:30 28.03.2024
Türkiyənin bu küçələrinə azərbaycanlı şəhidlərin adı verilib
Türkiyənin bu küçələrinə azərbaycanlı şəhidlərin adı verilib
11:24 28.03.2024
Ermənistan hökuməti separatçıların İrəvandakı açıqlamalarına göz yumur - BƏYANAT
11:20 28.03.2024
Rusiya şəbəkəsi ifşa edildi, ölkədə həyəcan təbili çalındı
Rusiya şəbəkəsi ifşa edildi, ölkədə həyəcan təbili çalındı
11:15 28.03.2024
KTMT-nin Baş katibi: "Ermənistanla münasibətləri təhlil edirik"
11:11 28.03.2024
Rusiya ulduzları Müslüm Maqomayevin mahnılarından ibarət albom yazdı
11:07 28.03.2024
Qalaktikadakı nəhəng qara dəliyin YENİ FOTOSU
11:06 28.03.2024
Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilib
11:05 28.03.2024
ABŞ Dövlət Departamentinin əməkdaşı ölkəsini soyqırıma şərait yaratmaqda günahlandırıb
11:03 28.03.2024
Putin Qərbə xəbərdarlıq edib
Putin Qərbə xəbərdarlıq edib
11:00 28.03.2024
Sülh müqaviləsinin imzalanması reallaşır? – Paşinyanın Fransa nümayəndəsi ilə görüşünün GİZLİ MƏQAMLARI
10:45 28.03.2024
Hamısı