ABŞ-ın Solsberi insidenti ilə əlaqədar Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar bu gündən etibarən qüvvəyə minib. Mövzu ilə bağlı Qərbi Kaspi Universtetinin Tətbiqi Politologiya Mərkəzinin Tarixçilər Qrupunun kordinatoru Zeynalabid Əmrəliyev Eurasia Diary-ə açıqlama verib.
"Bu sanksiyalar digərlərindən fərqli olaraq daha da qüvvətlidir. Sonuncu dəfə Rusiyada olduğum zamanda alış-veriş məntəqlərindəki qiymətləri müşahidə etdiyim zaman gördüm ki, ABŞ-ın sanksiyalarının gündəlik istehlak mallarına ciddi təsir etəməsi mümkün deyil. Ancaq ölkədə cüzi artım ola bilər. Bunları zənnimcə, əsasən sənayə mallarında görə biləcəyik. Çünki sənayə üçün əsas avadanlıq Qərbdən gəlir. Bu artım kütləvi narazılığı bir qədər də artıra bilər. Payızda da Rusiyada müxalifətin mitinqi gözlənilir. Dünən Aleksey Navalninin həbsi ilə də iqtidar müxalifətə göz dağı verdi", ekspert deyib.