Nikol Paşinyan Armen Sarkisyanla bağlı qeyri-müəyyənliyə son qoydu. Ermənistan prezidentinin istefaya göndəriləcəyi ilə bağlı iddiaları cavablandıran baş nazir prezidentin bu vəzifəyə 7 il müddətinə seçildiyini və səlahiyyətlərini sonuna qədər icra edəcəyini açıqlayıb.
Bir müddətdir Paşinyana yaxın olan KİV prezidentin istefa etməli olduğundan yazır. Səbəb kimi isə Ermənistan prezidentinin hələ də İngiltərə vətəndaşı olması göstərilir. Həqiqətən də tutarlı əsasdır. Axı Ermənisan Konstutusiyası ikili vətandaşlığı olan şəxsə prezident olmağa imkan vermir. Qeyd edim ki, prezidentlikdən qabaq Ermənistanın Böyük Britaniyadakı səfiri olan Sarkisyanın Londonda geniş biznesinin olması bilinən bir gerçəkdir. Gorünür, Sarkisyan biznesi prezidentlikdən üsdün tutur. Mətbuat iddia edir ki, Paşinyan Sarkisyanı prezidentlikdən devirərək bu vəzifəyə özünün müəllimi hesab etdiyi ölkənin ilk rəhbəri Levon Ter-Petrosyanı gətirəcək.
Bununla bağlı əvvəlki yazımda da bildirmişəm ki, Paşinyanla Sarkisyan arasında ciddi siyasi mübarizə gedir. Nə qədər maraqlı olsa da təhlillər göstərir ki, hazırda üstünlük prezidentin tərəfindədir. Armen Sarkisyan son zamanlar erməni müxalifətinin birləşdirici fiquru kimi ortaya çıxır. Paşinyan Qarabağa davamlı səfərlər edərək hər nə qədər separatçıların lideri Bako Saakyanın ''saqqızını oğurlamağa'' cəhd gösdərsə də hələ ki, cəhdləri puça çıxıb. Anlaşılan, Sarkisyana ''xox gəlmək'' istəyən Paşinyan geri çəkilməli olub. Armen soyadları eyni olsa belə baş nazirə Serji olmadığını göstərə bilib. Sarkisyanın Paşinyana qarşı həmləsinin baş tutmasını zaman göstərəcək, ancaq Paşinyanın Sarkisyana qarşı olan əks həmləsi alınmadı. Ən azından hələ ki.