"ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Bakıya səfəri böyük ölkələrin Azərbaycana və onun dünyadakı mövqeyinə verdiyi qiymətin təsdiqidir".
Eurasia Diary Trend-ə istinadən xəbər verir ki, bunu rusiyalı tarixçi və politoloq Oleq Kuznetsov deyib.
O.Kuznetsov vurğulayıb ki, Azərbaycan beynəlxal arenada öz mövqeyinə sahib suveren ölkədir.
Politoloq vurğulayıb ki, Azərbaycan kiçik ərazi və az sayda əhalisi ilə aparıcı ölkə olan çox az dövlətlərdəndir:
"Ən azından ölkə Rusiya, ABŞ, Fransa, Çin üçün önəmlidir. Bu baxımdan Azərbaycanın rolu çox yüksəkdir".