“Rusiyanın Dağlıq Qarabağ münaqişəsinə yanaşması dəyişərsə, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatına maraq göstərə bilər”.
Eurasia Diary xəbər verir ki, bunu mətbuat konfransında politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun sözlərinə görə, Azərbaycanın bu quruma üzvlüyü Qarabağ münaqişəsinin ədalətli həllindən keçir:
“Rusiyadan xoş məram, Ermənistana təzyiq olduğunu görsək və ilkin mərhələdə 5 rayon Azərbaycana qaytarılsa, üzvlük haqda düşünmək mümkündür. Bu halda KTMT ilə başqa formatlarda da əməkdaşlıq mümkün ola bilər. İndiki halda isə KTMT-yə üzvlük Azərbaycanın maraqlarına uyğun deyil. Bunun üçün Rusiya xoş məram göstərməlidir”.