Bunları etsəniz, uşağın dərsə marağı itəcək Ekspert

Analitika 09:58 07.01.2019

Tətildən sonra uşaqların dərsə adaptasiyasında müəyyən problemlər yaşanır. Xüsusən, tətilin həftə içi başa çatmasından sonra şagirdlərin 1 və ya 2 gün dərsə gedib yenidən istirahət günlərinə (şənbə-bazar) ayrılması onların uyğunlaşmasına mane olur.

Eurasia Diary xəbər verir ki, məsələ ilə bağlı axar.az-a danışan psixoloq Könül Telmanqızı bildirib ki, bu problem əsasən tətillərdə valideynlərin uşaqlarının yuxu rejiminə fikir verməməsindən irəli gəlir:

“Yuxu rejiminin bir neçə günlük pozulması uşağın əsəblərinə də, dərs və məktəbə adaptasiyasına da təsir edir. Xüsusilə “sabah məktəbdir, səhər tezdən dərsə gedəcəksən” tipli sözlər uşaqlarda ruh düşkünlüyü yaradır. Məktəblini bu vəziyyətdən çıxarmaq üçün valideynin üzərinə böyük iş düşür. Çünki tətil ərəfəsində müəllimin evə verdiyi tapşırıqları valideynlər adətən tətilin son günündə uşağa məcburi etdirir. Bu da məktəbə bir gün qalmış uşaqda depressiv əhval yaradır.

5 və ya 6 günlük bayram tətilində uşağı davamlı olaraq dərs oxumağa məcbur etmək də olmaz. Yaxşı olar ki, uşaqlar tətildə məcburi dərs kitablarındansa maraqlı nağıl kitabları, heyvan və güllərə aid olan kitablar oxumağa həvəsləndirilsin. Tətil günündə ən azı bir saat hansısa dərslə məşğul olsun ki, tətil bitdikdən sonra birdən-birə oyun oynamaqdan ayrılıb, dərs masasına əyləşmək ona çətin gəlməsin”.

K.Telmanqızı qeyd edib ki, dərs vaxtı hər gün tezdən durmağa adət edən uşağın 5 günlük tətildə 11-ə qədər yatıb, axşam saat 12-yə qədər oynaması və yatmaq istəməməsi onun rejiminin pozulmasına səbəb olur:

“Uşaqları tətildə sübh tezdən olmasa da, normal saatlarda oyatmalı, axşam isə 10-dan gec olmayaraq yatırtmaq lazımdır. Xüsusilə aşağı siniflərdə oxuyan uşaqların 5 günlük tətildən sonra ənənəvi rejimə qayıtması onların psixologiyasına, əsəb sisteminə təsir edir. Adətən yenidən dərsə adaptasiya bir həftəyə qədər davam edir. Lakin bəzi həssas uşaqlar var ki, bu cür əhval həftələrlə davam edə bilər. Bu səbəbdən tətil günlərində valideynlər xüsusilə diqqətli olmalıdır”.

Təhsil eksperti Kamran Əsədov isə bildirib ki, məktəblinin dərsə adaptasiyası üçün müəllimin də üzərinə yük düşür:

“Dünya təhsil təcrübəsinə görə, tətillərdən sonra məktəbə uyğunlaşma uzunmüddətli və fərdi prosesdir. Bu proses bir çox amillərdən asılıdır:

Uşağın şəxsi xüsusiyyətlərindən, məktəbə (yalnız intellektual olmayan, həm də psixoloji və fiziki) hazırlığın dərəcələrindən və uşağın sosiallaşma dərəcəsindən.

Yəni dərsə ara verilən müddətdə şagirdin rejimi pozulur, onun yatma, oyanma, dərs oxuma müddətləri qarışır. Bunun aradan qaldırılması üçün məktəb müəllimi ilə valideyn kontaktda olmalıdır. Belə ki, məktəb təhsilinə uyğunlaşma dövründə uşağın temperamentini nəzərə almaq lazımdır. Aktiv uşaqlara uzun müddət bir yerdə oturmaq ağırdır, ləng məktəb ritminə alışmaq çətindir.

Tətilin birinci həftələrində birinci sinif şagirdinin öz gücünə və imkanlarına, eləcə də özünə inam qazanmağına kömək etmək əhəmiyyətlidir.

Hesab edirəm ki, tətildən sonra müəllimlər uyğunlaşa bilməyən, müəyyən qədər dərsə gecikən şagirdlərə güzəştlər etməlidir.

Şagirdlər tətildən qayıtdıqları dövrdə həssas ola bilərlər. Onlara yanaşarkən müəllim bunu nəzərə almalıdır. Bu dövrü müəllimlər və valideynlər düzgün şəkildə keçirməlidir ki, sonrakı dövrlər uşaq üçün çətin olmasın. Çünki başlanğıcdakı aqressiya sonradan şagirdin məktəbdən tamamilə marağının azalamasına gətirib çıxara bilər”.

Füzuli şəhərində infrastruktur necə qurulur? - VİDEO

Xəbər xətti

Umud Mirzəyev: “Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində səsləndirdiyi iddialar absurddur”
18:00 16.04.2024
Nazim Bəydəmirlinin istintaqı yekunlaşıb: Məhkəmə başlayır
17:47 16.04.2024
Ermənistan XİN rəhbəri Səudiyyə Ərəbistanına gedir
17:35 16.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı əssasız İDDİALAR
17:30 16.04.2024
Azad edilmiş ərazilərdəki yaylaqlara 4 mindən çox fermer KÖÇƏCƏK
17:25 16.04.2024
Rusiyada TikTok bloklana bilər
Rusiyada TikTok bloklana bilər
17:17 16.04.2024
Daha 156 ailə Füzuli şəhərinə köçürüləcək
17:00 16.04.2024
İran Prezidenti Putinə zəng edib
16:55 16.04.2024
Tiktoker “Semka” HƏBS OLUNDU
16:50 16.04.2024
AÇG-dəki yeni ACE platformasından hasilat BAŞLANDI
16:40 16.04.2024
Twitter yeni istifadəçilər üçün ÖDƏNİŞLİ OLDU
Twitter yeni istifadəçilər üçün ÖDƏNİŞLİ OLDU
16:35 16.04.2024
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
16:20 16.04.2024
Misirdən ŞOK XƏBƏR: Hüsnü Mübarək hələ YAŞAYIR? - VİDEO
Misirdən ŞOK XƏBƏR: Hüsnü Mübarək hələ YAŞAYIR? - VİDEO
16:15 16.04.2024
Maqnit qasırğasından necə qorunaq? - Həkim AÇIQLAYIR
16:00 16.04.2024
İsrail-İran konflikti Azərbaycan iqtisadiyyatına necə təsir edəcək? - Açıqlama
15:30 16.04.2024
Azərbaycanda baş redaktor və müxbir həbs edildi
15:15 16.04.2024
Füzuli şəhərində infrastruktur necə qurulur? - VİDEO
15:00 16.04.2024
“İran və İsrail arasında münaqişənin alovlanması...” – İngilis Politoloqdan ÖZƏL ŞƏRH
14:50 16.04.2024
Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib
14:40 16.04.2024
Cənubi Qafqazı xaosa sürükləmək istəyənlər... – GİZLİ MƏQAMLAR – ŞƏRH
14:30 16.04.2024
Prezidentdən Türkiyə–Azərbaycan Universiteti ilə bağlı FƏRMAN
14:22 16.04.2024
Salam Sarvan yenidən əməliyyat olunacaq
14:19 16.04.2024
İsrail XİN İranla bağlı 32 ölkəyə ÇAĞIRIŞ ETDİ
14:11 16.04.2024
İlham Əliyev: "Qarabağda və Şərqi Zəngəzurda gördüyümüz işlərin dünyada misli-bərabəri yoxdur"
14:05 16.04.2024
“Bələdiyyələrin statusu haqqında” qanun DƏYİŞDİ
14:02 16.04.2024
Reklam Agentliyinə sədr təyin edilən Fərhad Adıgözəlov KİMDİR? – DOSYE
14:00 16.04.2024
Prezidentdən Fərhad Adıgözəlovla bağlı SƏRƏNCAM
13:58 16.04.2024
Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edildi - SƏRƏNCAM
13:56 16.04.2024
Prezident: "Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi üzərində iş aparılır"
13:54 16.04.2024
Pentaqon: İranın hücumunda biz ən azı 6 ballistik raket vurduq
Pentaqon: İranın hücumunda biz ən azı 6 ballistik raket vurduq
13:49 16.04.2024
Prezident: Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq
13:40 16.04.2024
İlham Əliyev son illər Azərbaycanda həyata keçirilən infrastruktur layihələrindən danışdı
13:35 16.04.2024
Rəsmi Tehran: "Bu silahlar İsrailə qarşı cavabın 2-ci mərhələsində istifadə ediləcək"
13:26 16.04.2024
Beynəlxalq axtarışa verilmiş şəxslər Azərbaycana ekstradisiya edilib
13:00 16.04.2024
Doktoranturaya sənəd qəbulu BAŞLADI
12:50 16.04.2024
Emin Əmrullayevdən Xocalı və Xankəndi ilə bağlı müjdə - VİDEO
Emin Əmrullayevdən Xocalı və Xankəndi ilə bağlı müjdə - VİDEO
12:40 16.04.2024
“Müharibə olarsa ən böyük ziyanı İran görəcək” - İsrailli ekspertdən ŞOK PROQNOZ
12:27 16.04.2024
Bakıda COVID-lə mübarizə aparan tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırılıb
12:20 16.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI
12:16 16.04.2024
Qarabağ Universitetində fəlsəfə doktoru üzrə doktorantlar təhsil alacaq
12:15 16.04.2024
Hamısı