Xarici politoloqların inanılmaz Qarabağ şərhi Bakı bilir və gözləyir…

Analitika 12:55 07.01.2019

Eurasia Diary xəbər verir ki, bu ilin Qarabağ konfliktinin həllində nə dərəcədə effektli olacağı, ümumiyyətlə, danışıqlarda müsbət dəyişikliklər olub-olmayacağı ilə bağlı axar.az ekspertlərə müraciət edib:

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş məsləhətçisi, ABŞ-ın keçmiş dövlət katibi Ceyms Beykerin Sovet İttifaqı millətləri üzrə müşaviri, Avrasiya millətləri üzrə ekspert Pol Qobl:

Önümüzdəki bir neçə ay ərzində Dağlıq Qarabağ münaqişəsində heç bir canlanma müşahidə olunmayacaq. Əsas oyunçular buna hazır görünmür: yeni Ermənistan hökuməti ortaya mövqe qoymaq üçün hazır deyil.

Rəsmi Bakı bilir ki, zaman onun xeyrinə işləyir. Rəsmi Moskva isə İrəvan və ya Bakıda hər hansı dramatik bir dəyişiklik olmadığı təqdirdə, hər şeyi öz nəzarətində saxlamağa müvəffəq olduğuna görə məmnundur.

Vaşinqton da hazırda Cənubi Qafqaza fokuslanmayıb”.

Politoloq bildirib ki, buna baxmayaraq, Tramp Administrasiyası İrana qarşı hərəkətə keçməyi qərara alarsa, bu, bir gecədə dəyişə bilər. Və bu, əlbəttə ki, Bakının xeyrinə olar:

“Moskva Vaşinqtona qarşı çıxacaq, amma işğal olunmuş ərazilərin ən azı qismən qaytarılmasına mane ola bilməyəcək”.

ABŞ Tennessi Universitetinin professoru Andrey Korobkov:

“Qarabağ uzun müddətdir ki, rəsmi Moskvanın Bakı və İrəvanla olan dialoqunun manipulyativ alətinə çevrilib. Ermənistan antimoskva çıxışlar edən kimi Rusiya Xarici İşlər Nazirliyi və Kreml ona Qarabağı xatırladır.

Yeni hakimiyyətə gələn Nikol Paşinyan artıq oyunun qaydalarını başa düşüb və qəbul edib. Doğrudur, bəzi uyğunsuzluqlar var, amma bunlar prinsipal xarakter daşımır. Paşinyan hələ Kremlin koridorlarında necə gəzməli olduğunu bilmir, amma öyrənməkdədir. Bu səbəbdən Moskvanın tezliklə Qarabağ mövzusunu yenidən gündəmə gətirməsi üçün heç bir əsas yoxdur”.

Süleyman Dəmirəl Universitetinin Beynəlxalq Münasibətlər kafedrasının ABŞ proqramının doktoru, “Kafkassam” Amerika araşdırmaları və terrorla mübarizə üzrə mütəxəssis Əmrah Kaya:

“1988-ci ildə başlayan Qarabağ işğalı 1994-cü ildə atəşkəslə dayandırılıb, amma son razılaşma əldə olunmayıb. Bu dövrdən etibarən Azərbaycan və işğalçı Ermənistan tərəfi problemi müzakirə edir. Hər iki tərəf müzakirələri sürətləndirmək və müxtəlif dövrlərdə gərginliyi azaltmaq üçün qərarlar qəbul etsə də, bunların əhəmiyyətli inkişaf olduğunu söyləmək olmaz. Çünki əsl problem regionun hansı ölkə tərəfindən idarə olunacağıdır. Bu bölgəyə sahib olan dövlət Cənubi Qafqazda güc və nüfuza sahib olacaq. Bu konteksdə beynəlxalq hüquq normalarını tapdayaraq Qarabağı işğal edən Ermənistanın onu sadəcə olaraq geri qaytaracağını düşünmək düzgün olmaz. Yeni hakimiyyətə gələn hökumət Qarabağdan çəkilməyi qərara alarsa, bütün Ermənistan tərəfindən “xain” elan olunar və devrilər. Azərbaycan tərəfi isə bəzi zamanlarda keçirilən görüşlərlə bölgəni nəzarəti altına almağa çalışır. Ancaq söhbət torpaq işğalından gedirsə, onun geri qaytarılmasının demokratik yollarla həllini gözləmək düzgün deyil. Xüsusilə də bu bir türk torpağıdırsa. Nümunə olaraq dünya ölkələrinin Ermənistanın işğalına verdiyi reaksiyanı göstərmək olar. Problemin həllində açar rolunu oynayan tərəf rəsmi Moskvadır. O isə problemin davam etməsini istəyir. Maraqları olduğuna görə rəsmi Moskva məsələnin həllinin tərəfdarı deyil. Nəticə olaraq Qarabağ münaqişəsinin bu il aktiv fazaya keçməsi, zənnimcə, mümkün deyil”.

Rusiyalı analitik, beynəlxalq münasibətlər üzrə ekspert Qriqori Trofimçuk:

“Qarabağ ətrafında vəziyyət ilk dəfə uzun müddət ərzində əhəmiyyətli dərəcədə dəyişdi. 2018-ci ildə Ermənistanda və ətrafında baş verən siyasi hadisələri nəzərdə tuturam. Azərbaycan bu strateji şansı dəyərləndirməli, yeni şəraitdə necə davranmalı olduğunu müəyyən etməlidir. Amma bunun həmişə belə davam edəcəyini düşünüb ləngimək olmaz. Bu şanslardan biri xüsusilə Bakı ilə KTMT arasında əlaqələrə aiddir.

Xatırladım ki, sonuncu dəfə Qarabağ və ətrafında olan dəyişiklik 2014-cü il Krım hadisələri ilə əlaqəli idi. Bu, avtomatik olaraq 2014-cü ilin avqustunu və 2016-cı ilin aprel hadisələrini meydana gətirdi. Nəticə etibarilə Azərbaycan ordusu bəzi torpaqlarını qaytarmağa müvəffəq oldu. Ancaq bu dəfə Azərbaycan heç bir şeyi müharibə yolu ilə həll edə bilməz. Azərbaycan tərəfinin döyüşə hazır olduğunu, hətta döyüşmək istədiyini başa düşürük, amma Azərbaycan bilməlidir ki, onu uzunmüddətli müharibəyə düçar edə bilərlər.

Görünür, Paşinyan Bakı ilə danışıqlarda sələfi Sərkisyandan daha aqressiv olacaq. Əgər Paşinyan Moskvaya öz tələblərini açıq şəkildə söyləyə bilirsə, Bakı ilə bu, daha asan olacaq.

2019-cu ildə Rusiya üçün Qarabağdakı vəziyyəti müharibə fazasına keçirməkdənsə, bu gün olduğu səviyyədə saxlamaq vacibdir. Amma indi bunu etmək daha çətin olacaq, çünki Aprel müharibəsindən sonra sülhə deyil, müvəqqəti atəşkəsə nail olundu”.

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
İlham Əliyev: "Qırğızıstanla imzalanan sənədlərin hər biri böyük əhəmiyyət kəsb edir"
14:08 24.04.2024
Qırğızıstan Ağdamda məktəb binası inşa EDƏCƏK
14:05 24.04.2024
İlham Əliyev: “Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk”
13:57 24.04.2024
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış edirlər – CANLI
13:45 24.04.2024
Hamısı