"...gərək kurikulum ümumilikdə ləğv olunsun" Ekspert yenilikləri şərh edir

Analitika 17:10 07.01.2019

Eurasia Diary xəbər verir ki, Təhsil Nazirliyi summativ qiymətləndirmə ilə bağlı dəyişikliklər edib. Qaydalara əsasən, summativ qiymətləndirmələrin sayı azaldılıb. Son dəyişikliklərdən sonra birinci siniflər üzrə summativ qiymətləndirmə aparılmayacaq, sadəcə formativ qiymətləndirmə aparılacaq.  İkinci və üçüncü siniflərdə isə Böyük Summativ Qiymətləndirmə ləğv ediləcək.

 

Baş vermiş dəyişikliyə münasibət bildirən təhsil üzrə ekspert Kamran Əsədov bildirib ki, 2008- ci ildən etibarən orta məktəblər kurikulum standartları əsasında tədris prosesini həyata keçirir. Bu zaman şagirdlərin müəyyən edilmiş həftələr ərzində əldə etdiyi bilik və bacarıqlarının yoxlanılması üçün KSQ və BSQ imtahanı keçirilir: "Qeyd edim ki, məktəbdaxili qiymətləndirmə əvvəlki kimi diaqnostik, formativ və summativ olmaqla üç növdən ibarət olacaq. Təhsil nazirinin nəzərdə tutduğu əsas dəyişiklik summativ qiymətləndirmələr və onun formatı ilə bağlıdır. I siniflərdə summativ qiymətləndirmə nəzərdə tutulmur. II-IV siniflərdə KSQ nəzərdə tutulsa da, BSQ aparılmayacaq. BSQ yalnız V-XI siniflərdə aparılacaq. BSQ V-IX siniflərdə ümumi orta təhsil pilləsi üzrə buraxılış imtahanlarında nəzərdə tutulan fənnlərdən, X-XI siniflərdə isə tam orta təhsil pilləsi üzrə buraxılış imtahanlarında nəzərdə tutulan fənnlərdən həyata keçiriləcək. KSQ və BSQ-nin nəticələri 100 ballıq şkala üzrə ballarla ifadə olunacaq. Məhz KSQ və BSQ ibtidai sinif şagirdlərinin nəzərdə tutulmuş proqramdan çox yüklənməsinə, psixoloji cəhətdən stress keçirməsinə gətirib çıxarırdı. Hesab edirəm ki, bu dəyişiklik ilə yanaşı ibtidai sinif şagirdləri üçün tərtib olunmuş dərsliklər də sadələşdirilməlidir".

Image result for Kamran Əsədov

Ekspert qeyd edir orta ümumtəhsil məktəblərində Summativ qiymətləndirmə kiçik və böyük olmaqla iki formada aparılır: "Summativ qiymətləndirmə rəsmi qiymətləndirmədir və nəticələri keçirildiyi tarixdə sinif jurnalında qeyd olunur. Bu da o deməkdir ki, 2008 -ci ildən bəri tətbiq edilən kurikulum standartlarının tətbiqi, reallaşdırılması üçün bu çox vacibdir. Xatırladım ki, Kiçik summativ qiymətləndirmə vasitələri fənni tədris edən müəllim, böyük summativ qiymətləndirmə vasitələri isə ümumi təhsil müəssisəsi rəhbərliyinin təşkil etdiyi komissiya tərəfindən hazırlanır. Kiçik summativ qiymətləndirmə hər tədris vahidinin sonunda, altı həftədən gec olmayaraq müəllim tərəfindən keçirilir. Yəni şagirdin təhsil aldığı müddətdə əldə etdiyi bilik və bacarıqlarını nümayiş etdirmək üçün bu bir meydandır. Bundan başqa, 1-ci yarımildə böyük summativ qiymətləndirmədə üzrlü səbəbdən iştirak etməyən şagird dərsə qayıtdıqdan sonrakı bir ay ərzində böyük summativ qiymətləndirmədə iştirakı təmin edilir. 1-ci yarımildə böyük summativ qiymətləndirmədə üzrsüz səbəbdən iştirak etməyən və 2-ci yarımilin ilk bir ayı ərzində iştirakı təmin olunmayan şagirdin böyük summativ qiymətləndirmə üzrə qiyməti "0" qəbul olunur. Təhsil sisteminə aid normativ hüquqi aktlarda qeyd olunur ki, Şagird 2-ci yarımildə üzrlü səbəbdən böyük summativ qiymətləndirmədə iştirak etmədikdə ümumtəhsil müəssisəsinin pedaqoji şurasının qərarı ilə həmin şagirdin 2-ci yarımil üzrə qiyməti onun bu yarımildə iştirak etdiyi kiçik summativ qiymətləndirmələrin nəticələrinin ədədi ortası kimi müəyyənləşdirilir. Üzrsüz səbəbdən 2-ci böyük summativ qiymətləndirmədə iştirak etməyən şagirdin böyük summativ qiymətləndirmə üzrə qiyməti "0" qəbul edilir. Summativ qiymətləndirmədə iştirak etməyən şagirdlər üçün yeni, lakin sinif üçün istifadə olunan tapşırıqlarla eyni səviyyəli qiymətləndirmə vasitələri hazırlanır. Yuxarıda qeyd etdiyim məsələr o deməkdir ki, summativ qiymətləndirmə orta məktəb şagirdləri üçün çox vacibdir. Bu onların əldə etdiyi bilik və bacarıqların yoxlanılması üçün çox əhəmiyyətlidir. Bunun ləğv edilməsi barədə düşünmək absurddur. Bu o halda mümkündür ki, gərək kurikulum ümumilikdə ləğv olunsun".

 

Kamran Əsədovun fikrincə, BSQ və KSQ-lərin ləğvi ilk növbədə tədris yükünü azaldacaq: "Bir vacib məsələni qeyd edim ki, böyük summativ qiymətləndirmələrin aparılması isə məktəb rəhbərlərinə aiddir. Hətta, BSQ-nin özü də “kiçik imtahan” formasında komissiya tərəfindən verilmiş suallar əsasında, müəllim tərəfindən onların nəzarəti ilə şifahi sorğu və ya layihə üsulunda aparıla bilər. Məsələnin maliyyə tərəfi də yetərincə dəyərlidir. Summativ qiymətləndirmələrin test üsulu ilə aparılması zamanı ölkə üzrə sərf olunan kağız, texniki xərclər, enerji sərfiyyatı və əməyi dəyərləndirsək, KSQ-lərin şifahi aparılması milyonlarla vəsaitə qənaət etmək deməkdir".

"Bir məsələni də qeyd etmək istəyirəm ki, rəsmi qiymətləndirmə olan, hər tədris vahidinin sonunda, altı həftədən gec olmayaraq aparılan kiçik summativ qiymətləndirmədə isə müəllimlər daha çox təminatdan şikayətçidir. İndiki qaydada işləmək üçün hər bir müəllimin iş otağında kompüter və printer olmalıdır. Bunu təmin etmək çox böyük vəsait tələb edir. Belə şəraitdə müəllimlərin bir qismi testlərin çoxaldılmasını şagirdlərə həvalə edir. Bu isə valideynlərin haqlı narazılığına səbəb olur. Bütün bunların yaranmasının başlıca səbəbi müəllimlərin, hətta məktəb rəhbərlərinin bütün üsul və vasitələrdən çox test üsuluna üstünlük verməsidir" - deyə K.Əsədov qeyd edib.

Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO

Xəbər xətti

Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
09:25 29.03.2024
Azərbaycan nefti BAHALAŞDI
09:21 29.03.2024
Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO
09:10 29.03.2024
Daha 35 ailə Füzuliyə yola salındı
09:00 29.03.2024
Dani Alveş ziyafət təşkil etdi
06:40 29.03.2024
Bişkekdə fövqəladə vəziyyət elan edildi
05:30 29.03.2024
İsrail vətəndaşlarına bu ölkələrə səyahət etməmək XƏBƏRDARLIĞI EDİLİB
04:05 29.03.2024
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Hamısı