"Müəllimlərin nəticələri şagirdlərinkidən aşağı idi" Ekspert

Analitika 12:24 10.01.2019

Ötən ilin sonunda Təhsil İnstitutu tərəfindən keçirilən “İstedadlı şagird üçün istedadlı müəllim” müsabiqəsinin nəticələri ilə bağlı müzakirələr səngimir. Təhsil Nazirliyindən verilən məlumata görə, müsabiqənin məqsədi istedadlı şagirdlərlə işləyəcək pedaqoji kollektivi müəyyənləşdirmək, onların müxtəlif layihələrə cəlb olunmaqla pedaqoji və akademik bacarıqlarının inkişafını təmin etmək olub. İmtahanda müəllimlərin zəif nəticələr göstərməsi ekspertlər və təhsil ictimaiyyəti tərəfindən tənqidlə qarşılanıb. 

Mövzu ilə əlaqədar təhsil üzrə ekspert Kamran Əsədov Eurasia Diary-ə açıqlamasında bilr neçə məqama toxunub: 

"Birincisi, "İstedadlı şagird üçün istedadlı müəllim" müsabiqəsini keçirən Təhsil İnstitutunun (İnstitut uzun müddətdir ki, rəhbərsiz qalıb) saytında 29.11.2018 tarixli elan yerləşdirilib və orda İştirakçılara 3 saat ərzində kağız formatda 20 qapalı tipli test tapşırığının təqdim olunacağını yazsa da (https://www.arti.edu.az/az/newsd/399-muallimlar-arasinda-musabiqa-kecirilacak), müsabiqədə riyaziyyat, fizika, biologiya fəninin hər birindən 25 test tapşırığı, kimyadan 30 test tapşırığı, informatikadan 20 test tapşırığı təqdim olunub. Bu, təşkilatçıların nə qədər qeyri-peşəkar olduqlarının göstəricisidir. Yəni elanda bir say, müsabiqədə başqa bir say ortaya çıxır.

İkincisi, yuxarıda qeyd olunmuş elanda da iştirakçıları nəyin gözlədiyini demişdilər. Yəni iştirakçılara deyilmişdi ki, sizə ixtisas fənnindən və çətinliyi artırılmış olimpiada tipli suallar təqdim olunacaq. Lakin nazirliyin əməkdaşları deyir ki, müəllimlər imtahana gələndə onlara necə suaların veriləcəyini bilmirdilər. Onlara xatırladım ki, BŞTİ qabaqcadan məktəblərə imtahanın könüllü olması, sualların məktəb proqramından kənar və xeyli çətin olacağı haqqında məlumat göndərmişdi. Hətta  iştirakçı müəllimlərı yaxından məlumatlandırmaq məqsədi ilə onlara 2017-2018- ci il üçün keçirilən olimpiada suallarının nümunələri və olimpiada suallarının izahlı cavablarının olduğu xüsusi vəsait təqdim etmişdi. Bu vəsaitlər haqqında BŞTİ- nin 18 nömrəli məktəbdə keçirdiyi iclasda məktəb direktorlarına ətraflı məlumat verilməsini də geniş pəncərədən dərindən baxanlara xatırladım. Hətta müəllimlərin kifayət qədər məlumatı var idi ki, onları təkcə pul mükafatı gözləmir. Bundan əlavə, imtahanda hər müəllim iştirak etmirdi, imtahana seçilmiş müəllimlər göndərilmişdi".

 

Ekspert, imtahanla bağlı maraqlı bir fakt açıqlayıb: "Nazirliyin “Müəllimləri tənqid edənlər heç olimpiada sualı görməyiblər” deyən əməkdaşı ardınca deyir ki, bu müsabiqədə onlar yeni müəllim tanıyıblar. O  Neftçala rayonunun Xıllı qəsəbə 1 saylı orta məktəbin müəllimi Seyran Səfərovdur. Adını o demədi, mənim müəllimim olduğu üçün bilirəm.

Cənab, mən ixtisasça tarixçiyəm və beynəlxalq olimpiadada bu ixtisas olmur. Amma buna baxmayaraq mən istənilən tipli sual görmüşəm. Azı sizin respublika fənn olimpiyadasında tarix fənnindən sualarınızın nə qədər primitiv, gülünc olduğunu deyə bilərəm. İngilis dilində 2 söz öyrənib özünüzü hər şeyi bilən hesab etməyin. Seyran Səfərov 1995-ci ildən indiyədək Rafiq Gözəlov adına Xıllı qəsəbə 1 saylı orta məktəbində müəllim işləyir və indiyə qədər öz şəxsi vəsaiti hesabına yüzlərlə respublika, beynəlxalq olimpiyada qalibi yetişdirib. Yəni sizin onu tanımamağınız sadəcə sizin təhsildən, olimpiadadan nə qədər xəbərsiz olduğunuzu göstərir. Seyran Səfərov əməkdar müəllimdir, bir neçə dəfə ilin ən yaxşı müəllimi müsabiqəsinin qalibi olub.

Amma onun hal-hazırda çalışdığı Neftçala rayonun Xıllı qəsəbə 1 saylı orta məktəbi qəzalı vəziyyətdədir, normal dərs keçilməsi üçün şərait yoxdur. Bununla bağlı sizin vaxt keçirdiyiniz nazirliyə dəfələrlə yazılı, rəsmilərlə görüşdə şifahi qaydada məlumat versəm də, bütün müraciətlər kimi o da cavabsız qalıb".

 

K.Əsədov daha sonra statistikaya müraciət edib: 

"2010-2016-cı illərdə beynəlxalq olimpiadalarda 111 medal qazanılıb. Ən çox  medal riyaziyyat fənni üzrə qazanılıb.

2017-ci ildə keçirilən Beynəlxalq riyaziyyat olimpiadalarında şagirdlər 1 qızıl, 8 bürünc medal, 2 həvəsləndirici sertifkart alıblar, amma 2018-ci ildə ali təsilli, neçə illik stajı olan müəllimlər o tipli suallara cavab verməkdə çətinlik çəkiblər.

Maraqlıdır ki, 2016-2017-ci tədris ilində Tailandda keçirilən 49-cu kimya olimpiadasında 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanılıb. Amma 15 dekabrdakı imtahanda ali təhsilli müəllimlər müvafiq fənn üzrə bu nəticəni göstərə bilməyiblər.

2013-2017-ci illərdə beynəlxalq olimpiadalarda şagirdlər 3 qızıl, 21 gümüş, 85 medal qazanmaqla ümumilikdə 109 medal qazanıblar.

1994-2017-ci illərdə illərdə beynəlxalq olimpiadalarda şagirdlər 314 medal (28 qızıl, 80-i gümüş, 206-sə bürünc) qazanıblar.

2014-2015-ci tədris ilində 23 medal, 2015-2016-cı ilində 28 medal, 2016-2017-ci tədris ilində 38 medal qazanıblar.

2017-ci ildə Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadalarında 2 qızıl, 6 gümüş, 30 bürünc medal olmaqla ümumilikdə 38 medal qazanıblar. Amma 2018-ci ildə olimpiada tipli suallara mindən çox müəllimin verdiyi cavab bu göstəricidən aşağıdır".

 

Müsahibimiz hesab edir ki, təkcə ali məktəblərə qəbul imtahanlarının uğurlu nəticəsi məktəbdən kənar fəaliyyətin nəticəsi deyil, həm də olimpiada nəticələri də təhsil sisteminin nəticəsi deyil. Çünki təhsil sistemində çalışanların nəticəsi onlardan aşağıdır:

"Biz hətta bu nəticələr ilə DQ nəticələrini müqayisə edəndə xoşagəlməz bir mənzərənin şahidi oluruq.

Misal üçün: 2015-ci ildə  Gəncə, Sumqayıt, Şirvan şəhərlərinin, Abşeron, Cəlilabad, Hacıqabul, Xaçmaz, İmişli, Qubadlı, Masallı, Saatlı, Sabirabad rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan 26.000-ə yaxın müəllimin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilmişdir. 25989 müəllimdən 25693-ü (98,86%) imtahanlarda iştirak etmişdir. 25693 müəllimdən 28 nəfəri 100% nəticə göstərmişdir. 262 nəfər 10 faizdən aşağı nəticə toplayıb. Bu sizə nəsə demir?

Beynəlxalq olimpiadalara şagird hazırlamaq üçün imtahan keçirməyə ehtiyac yox idi. Çünki, beynəlxalq olimpiadalara olan tələblər başqadır. Oradakı məsələləri orta məktəb müəllimi yox, hətta universitetlərin professorlarının 98%-i həll edə bilməz. Bu məsələdə tehsil nazirliyi əvvəlki təcrübədən yararlanmalı və Bakı Özəl Türk liseylərindəki şagirdləri kimlər hazırlayırdılarsa onları cəlb edib mərkəz yaratmaqla məsələni həll etmək olardı.

İnformatika fənindən beynəlxalq olimpiada uğuru yoxdur. Çünki orta məktəblərdə tədris aşağıdır və əsas informatika fənni qəbul imtahanında yoxdur. Əgər həqiqətən də Təhsil Nazirliyi atrmasını nəticəni düşünsə idi qəbul və ya buraxılış imtahanına informatika fənninin əlavə olunmasına nail olardı.

Siz onsuz da 2014-2017-ci illərdə keçirilən müəllimin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsindən sonra onlar barədə məlumatlı idiniz. 2 il ərzində hansısa fantastik nəticənin olacağını gözləmək sadəlöhvlük olardı".

Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO

Xəbər xətti

“Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür" - Hikmət Hacıyev
09:15 20.04.2024
Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
Hamısı