Türkiyənin 2019-cu il Cənubi Qafqaz strategiyası Təhlil

Analitika 14:07 14.01.2019

Türkiyənin Rusiyayla inkişaf edən əlaqələri onun ətraf bölgələrdə, o cümlədən Cənubi Qafqazda mövqeyinin daha da möhkəmlənməsinə təsir göstərəcək. Eyni zamanda, həm iqtisadi, həm də siyasi konyuktur onu deməyə əsas verir ki, bu gün Türkiyə üçün Cənubi Qafqaz regionunun əhəmiyyəti böyükdür.

Ona görə də Türkiyənin 2019-cu ildə Cənubi Qafqaz strategiyası və region dövlətləriylə münasibətləri mövzusu aktuallaşır. Eurasia Diary mövzuyla bağlı türkiyəli eskpertlərin mülahizə və analizlərini oxuculara təqdim edir:

Ä°lgili resim

 

Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri Həsən Oqtay Türkiyənin Azərbaycan və Gürcüstanla münasibətləriylə bağlı qeyd edir ki, Türkiyə Azərbaycan münasibətləri regional dinamiklər və regionun gələcəyi  nöqteyi-nəzərdən olduqca önəmlidir. 2018- ci il Türkiyə-Azərbaycan münasibətləri üçün ideal bir il oldu. 2019-cu ildə bu münasibətlərin daha da genişlənəcəyini və inkişaf edəcəyini gözləyirik. İqtisadi sahədə olduğu kimi, mədəni və siyasi sahələrdə də 2019-cu il “zirvə ili” olacaq.

Bəzi layihələrin 2019-cu ildə tamamlanması hələ ki, mümkün görünmür, lakin 2019-cu ildə Bakı-Tiblisi-Qars dəmiryolu xətti daha işlək hala gələ və genişlənə bilər. İran da daxil olmaqla, bəzi region dövlətləri bu layihəyə qoşulmağa can atırlar.

Bundan savayı, 2019-cu ildə Xəzər dənizinin hüquqi status daha da konkretləşməsi gözlənilir. TAP və TANAP layihələrinin əhatə dairəsi daha da genişləndirilməsi və Türkmənistan və Qazaxıstan kimi türkdilli neft və qaz ölkələri bu layihəyə qoşulması mümkündür və gərəklidir. Azərbaycanın Cənubi Qafqaz regionunda liderliyini qoruması və vətəndaşların rifah səviyyəsinin daha da yüksəlməsi məhz bu amilə bağlıdır.

Azərbaycan da Türkiyə kimi bir çox beynəlxalq və ya regional sistemə qoşularaq öz varlığını davam etdirə bilər. Həm KTMT-də, həm də NATO-da Azərbaycanın olmasını əngəlliyəcək heç bir amil yoxdur. Türkiyə Azərbaycanı və onun maraqlarını NATO-da təmsil etdiyi kimi eynən Azərbaycan da Türkiyəni KTMT-də təmsil edə bilər. Türkiyə və Azərbaycan iki ayrı istiqamətə yönələn, lakin ortaq hədəflərə istiqamətlənən xarici siyasət strategiyası formalaşdırmalıdır.

Gürcüstana gəldikdə, bu ölkə son zamanlarda regionda bir çox problemlərlə üzləşib. Rusiyanın 2008-ci ildəki hərbi müdaxiləsindən sonra Gürcüstan üçün Azərbaycan və Türkiyənin önəmi daha da artıb. Azərbaycan Türkiyə və Gürcüstan regionda iqtisadi birlik formalaşdıra bilərlər.

Türkiyə Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir və əlindən gəldiyi qədər ona dəstək verir. Türkiyənin regionda yeganə problemi olan dövlət Ermənistandır. Ermənistanla məsələlərin yoluna qoyulması isə Qarabağ problemindən asılıdır. 

Bütün bunlarla birlikdə Türkiyə, Azərbaycan və Gürcüstan arasındakı əməkdaşlığın 2019-cu ildə daha da inkişaf edəcəyini qeyd edə bilərik.

Türkiyənin Qarabağ problemindəki mövqeyi və Ermənistanla münasibətlərin danışan Türkiyə Strateji Araşdırmalar Mərkəzi (TÜRKSAM) baş katibi Ahmet Gencehan Babiş qeyd edir ki, Qarabağ mövzusuyla əlaqədar olaraq münaqişə başladığı gündən bu yana Azərbaycanın yanında ən dəqiq şəkildə duran və konkret mövqe sərgiləyən ölkə Türkiyə olub. Qarabağ müharibəsi zamanı bölgəyə hərbi məsləhətçilər və könüllü birliklər Qarabağda Azərbaycan türklərinin mübarizəsinə dəstək verdilər. Həmçinin Türkiyə, Ermənistan ilə sərhədlərini bağlayaraq, işğala ən sərt reaksiya verən ölkə oldu.

Diplomatik sahədə isə Azərbaycanın müstəqilliyini yeni əldə etdiyi dövrlərdə mövzunun BMT və digər beynəlxalq təşkilatlarda müzakirə edilməsində Türkiyə təşəbbüskar olmuş, Ermənistanın işğalının beynəlxalq hüquqa zidd olduğunu izah etmə nöqtəsində əhəmiyyətli bir rol oynamışdı.

Türkiyənin Azərbaycana dəstəyi daha sonra da davam etdi. Xüsusilə, 2016-ci ildə Azərbaycan ilə Ermənistan arasında yaşanan “Aprel döyüşləri” əsnasında Türkiyə açıq və dəqiq şəkildə Azərbaycanı dəstəklədiyini ifadə etdi.

Münaqişənin həlli məqsədilə ATƏT-in Minsk Qrupu yaradılsa da, Türkiyənin burada həmsədr mövqedə olmaması beynəlxalq sahədə Qarabağ probleminin həllində fəaliyyətini məhdudlaşdıran bir vəziyyət yaradır. Buna görə də qeyd etmək lazımdır ki, bu struktur Qarabağ münaqişəsinin həlli üçün kifayət deyil.

Prezident Rəcəb Tayyib Ərdoğanın "Dünya beş dövlətdən böyükdür” şüarından ilhamlanaraq biz də “Qarabağ Minsk Qrupundan böyükdür” deyə bilərik.

Buna görə də problemin həlli qlobal qüvvələrin sonsuz səylərinə qalmamalıdır. Türkiyə və Azərbaycan regional mexanizmləri, çoxtərəfli əlaqələri məhsuldar şəkildə inkişaf etdirən iki ölkədir. Problemin həlli üçün regional dövlətlərlə yeni bir strukturun qurulması Azərbaycan tərəfinin xeyrinə olardı.

Bu nöqtədə Rusiya əsas ölkədir. Rusiyanın da olacağı bir mexanizmdə Türkiyə və Azərbaycan birlikdə iştirak edərək, ortaq tezislərimizin haqlılığını izah etməyə çalışa bilərlər. Türkiyə ilə Rusiya əlaqələrinin sürətlə inkişaf etdiyi bir müddətdə yalnız enerji, turizm, Suriya kimi mövzular üzərindən inkişaf etdirilən siyasətin yanında Qarabağ kimi Türk dünyası üçün çox əhəmiyyətli problemin həlli də gündəmə gətirilə bilər. Hazırki siyasi proseslər bunun üçün olduqca əlverişlidir.

Türkiyənin Ermənistanla bəzi istiqamətlərdə əlaqələrini yumşaltmağa müəyyən cəhdlər olsa da, hər dəfə bu, qarşı tərəfin aqressiv rəftarına ilişib qalıb. 90-cı illərdə Türkiyə Ermənistana elektrik və taxıl verilməsinə qərar vermiş, siyasətçilər, ya da cəmiyyətin müxtəlif seqmentlərində bir çox adam, Ermənistan ilə görüşərək problemi aşmağı yoxlasa da Ermənistanın siyasətində hər hansı bir dəyişiklik müşahidə olunmadı.

Xarici İşlər Nazirliyi vasitəsilə İsmayıl Cemin “çay diplomatiyası” təşəbbüsü də uğursuz oldu. 2008-ci ildə İrəvanda iki ölkə prezidentlərinin təşəbbüsü ilə başlayan " futbol diplomatiyası" da müsbət nəticələr vermədi.

Ermənistan hələ də "soyqırım" iddiasını və Qarabağın, azərbaycan torpaqlarının işğalını davam etdirir. Hər prosesin sonunda regiondakı siyasi mənzərəyə baxdığımızda, gündən-günə zəifləyən Ermənistanın müqabilində gücünü artıraraq bölgəni getdikcə nəzarəti altına alan Türkiyə və Azərbaycan var.

Türkiyə və Azərbaycan əlaqələri yalnız tarixi bir yaxınlıq deyil, eyni zamanda ictimai və iqtisadi mənada da artıq iç-içə keçmiş əlaqələrdir. Türkiyənin Azərbaycanın razı olmayacağı bir cəhddə olması mümkün deyil.

Əvvəlki proseslərdə Qərbin cəhdləriylə yaranan, Türkiyədə "Erməni açılımı" olaraq xatırlanan günlər də təsirli amillərdən biri oldu. İndiki vəziyyətdə isə Ermənistan ilə münasibətlərin normallaşmasına gələnə qədər həll edilməsi lazım olan daha strateji problemlər var.

Türkiyə - Aİ əlaqələri isə xroniki problemlərlə boğuşmaya davam edir. Brexit məsələsi ilə məşğul olan Aİ, Türkiyə və Ermənistan arasında bir açılım mövzusunda konverter təsirə sahib deyil. Ona görə də konkret olaraq qeyd edə bilərik ki, Ermənistan və Türkiyə arasındakı münasibətlər Qarabağ problem həll edilmədən normallaşmayacaq.

Nicat İsmayılov

İsrail İrana raket zərbəsi endirdi - VİDEO

Xəbər xətti

İsrail İrana raket zərbəsi endirdi - VİDEO
İsrail İrana raket zərbəsi endirdi - VİDEO
09:00 19.04.2024
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Hamısı