Türkiyəli ekspertdən şok açıqlama "Terrorçuları himayə edən ABŞ bu əməllərlə özünü yandırar"

Analitika 14:43 16.01.2019

Türk siyasi ekspert, professor Selin Şenocak ABŞ Prezidenti Donald Trampın şəxsi tvitter səhifəsində Türkiyənin əlehinə verdiyi bəyanatlara münasibət bildirib. Onun Eurasia Diary-ə verdiyi ekskluziv açıqlamaları oxuculara təqdim edirik:

"Terror təşkilatlarının spikeri, lideri sifətinə bürünən ABŞ prezidenti Trampın "Türkiyə kürdləri vurarsa, onları iqtisadi baxımdan məhv edərik" deyib, bundan 24 saat keçmiş Prezident Ərdoğan ilə danışdıqdan sonra, "İki ölkənin iqtisadi əlaqələrini inkişaf etdirmək üçün ciddi potensial var" deməsi, prezident Trampın balanssız, düşünülməmiş, dövlət adamı tərbiyəsinə uyğun olmayan quldur jargonuddur. Diplomatiya və dövlət etikasından uzaq bir xətt izləyən ABŞ prezidenti Trampa dünyanın yankilərin idarə etdiyi Texas olmadığını terror təşkilatlarının himayədarlığını edərək və təhdid, şantajlarla Türkiyəni deyil, ABŞ-ı strateji və iqtisadi baxımdan çətinə saldığını və bu təhdidlərin özlərinə geri dönəcəyini ABŞ-ın uzaqgörən bürokrat və diplomatlarının Trampa izah etməsi vacibdir.

Türkiyə-ABŞ əlaqələrində böhran yaradan başlıca səbəb Türkiyənin Rusiya və İranla İdlib əməliyyatı başda olmaq üzrə regionda etibarlı və sabit bir tampon bölgə yaradılması səyləri nəticəsində ABŞ-ın bölgədəki Böyük Orta Şərq Proyektini zərbə altında qoymasıdır. ABŞ-ın Şimali İraqdakı kürd muxtariyyətinə qarşı olduğunu bildirməsinə baxmayaraq, onların həyata keçirdiyi regional strategiya və hərbi planlara əsasən deyilə bilər ki, bu, sadəcə, sözdədir. ABŞ-ın PYD/YPG və PKK-ya təlimlər keçib, onları silahlandıraraq, bölgədə avtonom kürd dövləti meydana gəlməsi üçün həyata keçirdiyi hərbi və diplomatik strategiyaları yenidən gözdən keçirməlidir. Regional reallıqlara uyğun strategiyalar inkişaf etdirməlidir, əks təqdirdə, Rusiya, Türkiyə, İran, Çin kimi yeni regional güclərin ortaqlığı qarşısında ABŞ etibarlılığı və gücünü itirə bilər.

ABŞ-ın Suriyadan çıxmasını açıqlaması, sadəcə, taktiki bir psixoloji əməliyyatıdır. ABŞ-ın Suriyadan çıxmayacağını əvvəlki yazılarımda bildirmişəm və bu mövzuda yanılmadığımı da ABŞ-ın PKK-PYD-YPG terrorçuları ilə bağlı verdiyi bəyanatlardan görmək olar. Yaxın Şərqə 7 trilyon dollar sərf edən ABŞ-ın strateji cəhətdən əhəmiyyətli və neftlə zəngin bir bölgədən çıxacağını düşünmək sadəlövhlük olardı.

Türkiyə, 2012-ci ildə Suriyadan gələ biləcək təhdidlərə qarşı cənub sərhədlərinə raketdən müdafiə sistemi yerləşdirilməsi üçün NATO-ya müraciət etmişdi. ABŞ Türkiyəyə "Patriot" havadan müdafiə sistemi satmaq istəmədi. 2018-ci il dekabrın 10-da isə ABŞ xarici işlər nazirliyi, 140 ədəd mərmi və əlaqədar avadanlıq, 3,5 milyard dollar dəyərində "Patriot" sistemlərinin Türkiyəyə satılacağını bildirdi. Bu gün ABŞ-dan bir texniki heyət Türkiyəyə gəldi. Trampın Türkiyəyə yazdığı təhdid tvitindən 24 saat sonra “U” dönüşü etməsi bu razılaşmanın ABŞ üçün həm iqtisadi, həm strateji baxımdan nə qədər əhəmiyyətli olduğunu sübut edir. 

Məntiqlə, dünyanın ən çox xarici borca sahib ölkəsi olan ABŞ-ın gəlir mənbələrini artırması vacibdir. Silah ticarəti ABŞ üçün ən ideal gəlir mənbələrindən biridir. Buna görə də Türkiyə və digər NATO dövlətlərinin ABŞ üçün önəmi daha da artıb. Eyni zamanda, “patriot problemi”ndən sonra Türkiyənin Rusiyadan S-400 raket kompleksi alınmasıyla bağlı razılıq əldə etməsi və alınacaq raket sistemlərinin NATO müdafiə sisteminə daxil edilməyəcəyini açıqlaması ABŞ və NATO-nun regional maraqları üçün ciddi təhdid və çox önəmli bir bazarın itirilməsi deməkdir. Bu da terror təşkilatlarını dəstəkləyən ABŞ-ın getdikcə daha çox Orta Şərq bataqlığına daxil olması mənasına gəlir.

ABŞ Prezidenti Trampa belə bir tövsiyyə vermək lazımdır: “Lüzumsuz söz yanan atəş kimidir, deyilmədən əvvəl mütləq mühakimə etmək gərəkdir. Əks təqdirdə, o atəş sənin özünü yandırar”.

İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO

Xəbər xətti

“Barselona” Arauxonu satacaq
00:20 24.04.2024
Azərbaycanda bu taksi şirkəti bağlanır
23:55 23.04.2024
Goranboyda maşın yolu keçən piyadanı VURUB
23:30 23.04.2024
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23:00 23.04.2024
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
22:44 23.04.2024
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
22:22 23.04.2024
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
22:00 23.04.2024
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
21:44 23.04.2024
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO
21:36 23.04.2024
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:28 23.04.2024
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
21:21 23.04.2024
Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır - VİDEO
21:00 23.04.2024
Ağdamda bir gün - Mina axtaran xanımlar - VİDEO
20:39 23.04.2024
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
20:22 23.04.2024
Azərbaycanda fəaliyyət göstərən ispan şirkətlərinin sayı açıqlanıb
20:00 23.04.2024
Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb
19:40 23.04.2024
HƏMAS Türkiyə və Qətər arasında seçim etdi
19:25 23.04.2024
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:10 23.04.2024
Azad olunan Xankəndidə ilk körpə dünyaya gəlib
19:10 23.04.2024
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:55 23.04.2024
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
18:40 23.04.2024
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:33 23.04.2024
Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
18:30 23.04.2024
Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
18:22 23.04.2024
Azad olunmuş 4 kəndin heç yerdə yayılmayan fotoları - ÖZƏL
18:12 23.04.2024
Xankəndidə doğulan körpənin atası: “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
17:54 23.04.2024
Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu DAYANDIRILDI
17:48 23.04.2024
İlham Əliyev: "Azərbaycan Avropa və İslam sivilizasiyalarının dəyərlərini qəbul edib”
17:38 23.04.2024
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:26 23.04.2024
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
17:23 23.04.2024
Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
17:11 23.04.2024
İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı
16:23 23.04.2024
Prezident: COP29-dan əvvəl Ermənistanla baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür
16:17 23.04.2024
İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
16:09 23.04.2024
Qazaxın Aşağı Əskipara kəndində Azərbaycan bayrağı qaldırıldı
16:05 23.04.2024
İlqar Orucov: "Qarabağ Universiteti dünyanın nüfuzlu universitetləri sırasında olacaq"
16:00 23.04.2024
Hamısı