Böhran Forumu Davos ümidləri doğruldacaqmı?

Analitika 13:27 22.01.2019

Bu gün İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu münaqişələr və problemlərlə zəngin dünya gündəmində önəmli yer tutur.

 

Eurasia Diary Forumdan gözlənilən nəticələri şərh etmək üçün İstanbul Universitetinin professoru, Dr. Selin Şenocak və Varşava Beynəlxalq Münasibətlər Mərkəzinin eksperti, Dr. Bruno Surdelə müraciət edib.

 

 

“Davos Forumu Klaus Şvabın 1971-ci ildə qabaqcıl, müvəffəqiyyətli diplomatiya və iqtisadiyyata əsaslanan təşəbbüsüdür. Mövcud konyunkturada yeni forma meydana gəlməsi ilə Davos köhnə təsirini və cazibəsini itirdi. Bu il biz bunun konkret nümunəsini görürük”, - deyə Selin Şenocak Davos Forumunun əhəmiyyətini izah edib.

 

 

Dr. Surdel isə Forumun mahiyyətinə bu sözlərlə aydınlıq gətirib: “Davosda keçirilən Dünya İqtisadi Forumu həmişə idarəçilərin, bankirlərin, siyasi və təşkilat rəhbərlərinin dünyadakı işlərini müzakirə etmək və səhnə arxasında razılıqlarını möhkəmləndirmək üçün böyük bir fürsət olub. Digər tərəfdən, bu, istəkli və ya qurulan liderlərin bir növ teatr nümayişidir”.

 

Dünyanın aparıcı ölkələrindən bəzilərinin rəhbərlərinin tədbirə qatılmamasına gəlincə, Selin Şenocak bunu Forum üçün mənfi hal kimi qiymətləndirir və qeyd edir ki, iqtisadi böhranların əsas aktorlarını yoxluğu ümumi müzakirələrdə boşluq yaradacaq.

 

Dr. Bruno Surdel Forumu dünyanın iqtisadi və siyasi gündəmində baş verənlərin əksi hesab edir. O, aparıcı ölkələrin imtinasını bu cür izah edir: “Hindistan rəhbəri Narendra Modi, Çinin rəhbəri Tsi Sinpin, Kanada Baş naziri Castin Trudo, ABŞ prezidenti Donald Tramp, Britaniya baş naziri Tereza Mey və Fransa prezidenti Emanuel Makron bu il Davos səfərini ləğv etməyə qərar verdi. Vəziyyət olduqca aydındır: Brexit-in daxili çətinlikləri, ABŞ-da qismən hökumətin bağlanması, Fransada "Gilets Jaunes", iqtisadi yavaşlamaya səbəb olan Çin - ABŞ ticarət müharibəsi, Hindistanın gələcək seçkiləri liderlərin imtinasının əsas səbəbləridir”.

 

“Lakin buna baxmayaraq, Almaniya Kansleri Angela Merkel və Yaponiya baş naziri Şinzo Abe forumda iştirak edəcək. Bundan əlavə, Braziliya prezidenti Ceyr Bolsonaro ideoloji təsirlərdən azad və fərqli Braziliya təşəbbüsünü irəli sürəcək. Eyni zamanda, Çin və Kanada nümayəndəliyi Huawei böhranını müzakirə etmək üçün əla şans əldə edəcək. Çinin iqtisadi yavaşlama dönəmində investorların cəlbi üçün çıxışlar edəcəyi də gözlənilir ”, - deyə Bruno Surdel Forumda baş verə biləcək hadisələri açıqlayıb.

 

Şenocak bu ilki forumda Braziliya kimi iqtisadi cəhətdən parlayan ölkələrin ön planda olacağını qeyd edir. Əsas diqqətin isə iqtisadi gerilik və böhranların üzərinə ayrılacağını bildirib.

 

“İqlim dəyişikliyi və səhiyyə problemləri əsas gündəmi təşkil edəcək. Lakin əhəmiyyətli dəyişiklik gözlənilmir, ona görə yox ki, aparıcı liderlər iştirak etməyəcək. Çünki mövcud liderlərin düşüncələri arasında fərqliliklər vardır. Misal üçün, Bolsonaro ilə Merkel iqlim dəyişikliyi məsələsində eyni mövqeyə sahib deyillər” - Dr. Surdel Forumun gündəliyini izah edib.

 

Bruno Surdel dünya siyasətində bu həftə keçiriləcək görüşləri daha vacib hesab edir. Qeyd edək ki, Rusiya və Türkiyə ABŞ-ın yoxluğunda Suriyada əlaqələrini nizamalayacaq, Makron və Merkel görüşü Fransız-Alman oxunu gücləndirəcək və Moskvada Abe və Putin Kuril böhranı üzrə əhəmiyyətli müzakirələr aparacaq.

 

Nəticə olaraq, qeyd etmək olar ki, Dünya İqtisadi Forumunun potensialı çox zəif qiymətləndirirlir. Ekspertlər ikitərəfli əlaqələrin inkişafı üçün müsbət proqnozlar versələr də çoxtərəfli probləmlərin həllinə pozitiv baxmırlar.

 

Hazırladılar: Ülvi Əhmədli, Samirə Şahmurova, Nicat İsmayılov

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat etdi
18:40 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO
15:35 28.03.2024
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun DƏYİŞDİ
15:20 28.03.2024
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
15:14 28.03.2024
"Sazz” İnternet provayderindən ŞİKAYƏTLƏR ÇOXALIR - Qaynar xəttdən CAVAB
15:09 28.03.2024
Hamısı