İsrailin yanvar ayının 20-də “Hizbullah” bazalarına hücumu zamanı Suriyanın “Pantsir-S1” hava və raketdən müdafiə sistemlərindən biri İsrailin “Sky Striker” dronu vasitəsilə məhv edilib.
Eurasia Diary Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə hərbi ekspert Vladislav Şuriqin danışıb.
Onun sözlərinə görə, kamikadze dronu “Sky Striker” “Elbit Systems” tərəfindən hazırlanıb və elektrik mühərriki ilə işləyən kiçik pilotsuz uçuş avadanlığıdır.
Dronun 35 kq ağırlığında olduğu və maksimum 2 saat uçuş müddəti olduğu bildirilib. Ekspert, müdafiə sisteminin bəsit bir dron tərəfindən məhv edilməsinə təəccübünü bildirib.
Dronun 35 kq ağırlığında olduğu və maksimum 2 saat uçuş müddəti olduğu bildirilib. Ekspert, müdafiə sisteminin bəsit bir dron tərəfindən məhv edilməsinə təəccübünü bildirib.