"Bu cür sənəd çoxdan mövcuddur, sadəcə yekun olaraq mart ayında imzalanacaq".
Dünən rusiyalı politoloq Stanislav Tarasov 168.am-a verdiyi müsahibəsində iddia edib ki, iyunda Paşinyan və İlham Əliyev Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində müqavilə imzalayacaqlar. Bu iddia erməni siyasi dairələrində müxtəlif şərhlərin və narahatçılıqların yaranmasına səbəb olub.
Ordu.az xəbər verir ki, "Joğovurd" qəzeti dünən Stanislav Tarasov ilə əlaqə saxlayıb və hansı informasiyalar əsasında bu cür vacib bəyanat verdiyini aydınlaşdırmağa çalışıb. O açıq-aşkar bildirib ki, bu bəyanatlar təəssürat və analizlərin nəticəsidir.
"Sonuncu görüş zamanı belə bir təəssürata gəldik ki, Əliyev razı, Paşinyan isə bir az qəmgindir. Bu cür nəzərdən keçirək. Əliyev və Paşinyan bir saat yarım danışdılar, bundan öncə isə Məmmədyarov və Mnatsakanyan da dörd saat danışmışdılar. Bu o deməkdir ki, onların müzakirə mövzusu mövcuddur, lakin heç kim heç nə bilmir", - deyə o qeyd edib.
"Joğovurd" qəzeti daha bir rusiyalı politoloq, REGNUM IA-nın Baş redaktoru, Rusiya Federasiyasının birinci dərəcəli dövlət müşaviri Modest Kolerovla əlaqə saxlayaraq, Rusiyanın Qarabağ mövzusu ilə bağlı nə düşündüyünü aydınlaşdırmağa çalışıb.
Kolerov açıqlamasında, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tərəflərin martda, zirvə görüşü zamanı müqavilə imzalaya biləcəklərini bildirib.
"Bu cür sənəd çoxdan mövcuddur, sadəcə yekun olaraq mart ayında imzalanacaq", - deyə o əlavə edib.