Bakının 50 milyardlıq hücumu Ekspert detalları açıqladı

Analitika 14:29 28.01.2019

Azərbaycandan olan qaçqın və məcburi köçkünlər davam edən pozuntu halı ilə bağlı Avropa İnsan Haqları Məhkəməsində iddia qaldıra bilər.

Eurasia Diary-nin verdiyi xəbərə görə, bu sözləri Axar.az-a Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsində Ermənistana qarşı Qarabağ münaqişəsi kontekstində 50 milyard dollarlıq dövlətlərarası iddia qaldırmağa hazırlaşması ilə bağlı Ermənistanın keçmiş baş prokuroru, Avropa İnsan Haqları Məhkəməsində bu ölkənin keçmiş nümayəndəsi Gevorq Kostanyanın açıqlamasına münasibət bildirən beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib. O bildirib ki, kompensasiya ilə bağlı iddianı Azərbaycan Respublikası qaldıra bilməz:

“İddianı vətəndaşların özləri qaldıra bilər. Ola bilsin ki, dövlət onlara bu iddianı hazırlamaqda kömək və vasitəçilik edir. Böyük ehtimalla burada Çıraqovun işində olduğu kimi, yenə şikayətçi qismində Azərbaycan Respublikası yox, qaçqınlar və məcburi köçkünlərin özləri olacaq. Adətən dövlətlər Avropa İnsan Haqları Məhkəməsinə iddia verdikdə onlar kompensasiya tələbi irəli sürmür. Çünki bu tələbi hüququ pozulmuş şəxslər irəli sürməlidir. Bununla bağlı hazırlıqların getdiyini mən də eşitmişəm. İddianın verilməsi mümkündür, amma buna necə baxılacağı ilə bağlı məsələni indidən demək çox çətindir. Çünki bu cür məsələlərlə bağlı presedent azdır. Bununla bağlı mövcud olan əsas presedentlərdən biri 2004-cü ildə Kiprin cənub tərəfindən Loizidu adlı bir qadının Türkiyəyə qarşı AİHM-də 1 milyon avro təzminat iddiası qaldırması və qalib gəlməsidir. Digər bir presedent isə AİHM-də Çıraqovun işi ilə bağlı Azərbaycanın lehinə qərar çıxarılmasıdır”.

F.Mehdiyev vurğulayıb ki, Avropa İnsan Haqları Məhkəməsi bu cür mövzularda pilot qərar verməyə üstünlük göstərir:

“Yəni bir qərar verir və bu kimi məsələlərdə digər müraciətləri almaq istəmir. İstəyir ki, müvafiq dövlətlər pilot qərarı nəzərə alıb, addımlar atsın. Çünki verilən qərarın icrası məsələsində çətinliklər meydana gəlir”.

Hüquqşünas qeyd edib ki, bu xəbərin Ermənistan mətbuatında verilməsinin siyasi səbəbi də ola bilər:

“Ermənistan öz cəmiyyətini sülhə hazırlamaq istəyir. Ola bilsin ki, onlar öz cəmiyyətlərini buna hazırlamaq üçün bu xəbəri ilk olaraq tirajladılar. Yəni göstərmək istəyirlər ki, sülh olmasa, Azərbaycan hüquqi müstəvidə nələr etməyə hazırlaşır. O baxımdan bu, Ermənistan hakimiyyətinin Qarabağ danışıqlarında konstruktiv mövqe tutması üçün xalqdan dəstək almaq istiqamətində bir addımıdır”.

F.Mehdiyevin sözlərinə görə, iki tərəf arasında sülh sazişi bağlansa, böyük ehtimalla artıq AİHM bu iddiaya baxmayacaq:

“Çünki normalda Avropa İnsan Haqları Konvensiyasına və məhkəmə qaydalarına görə tərəflər arasında məsələ həll olunduqda ərizə baxılmamış saxlanılır. Yəni baxılan işlər siyahısından həmin ərizə çıxarılır. Həqiqətən Ermənistan qaçqınlara geri qayıtmaq imkanı tanısa, ondan sonra qaçqınlar AİHM-ə müraciət edə bilməyəcək. Çünki faktiki məhrumetmə halı Ermənistanın konvensiyaya qoşulmasından əvvəl olub. Əgər faktiki məhrumetmə halı, yəni müharibə Avropa konvensiyasına qoşulandan sonra meydana gəlsəydi, sülh sazişinin bağlanıb-bağlanmamasından asılı olmayaraq, məcburi köçkünlərin yenə də Ermənistanı məhkəməyə vermək hüquqları qalacaqdı.

Birinci Qarabağ müharibəsi olanda Ermənistan və Azərbaycan ikisi də Avropa Konvensiyasının üzvü deyildi. Sırf o illərdə olan pozuntulara görə Avropa Məhkəməsinə getmək olmur. Sual oluna bilər ki, bəs Çıraqov işində AİHM-ə necə getdik? Çünki onların evi çoxdan işğal olunsa da, mülkiyyət hüququndan çoxdan məhrum olsalar da, ermənilər həmin şəxslərə evlərinə qayıtmağa imkan vermir. Bunun da adı “davam edən pozuntu”dur. Yəni davam edən pozuntuya görə məhkəməyə getmək olur. Əgər davam edən pozuntu halı aradan qaldırılsa, AİHM-ə getmək üçün əsas qalmayacaq”.

Qeyd edək ki, Ermənistanın keçmiş baş prokuroru, Avropa İnsan Haqları Məhkəməsində bu ölkənin keçmiş nümayəndəsi Gevorq Kostanyan tert.am-a müsahibəsində bildirib ki, Azərbaycan Avropa İnsan Haqları Məhkəməsində Ermənistana qarşı Qarabağ münaqişəsi kontekstində 50 milyard dollarlıq dövlətlərarası iddia qaldırmağa hazırlaşır.

Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO

Xəbər xətti

Məşhur rejissor cəngavər statusu alacaq
Məşhur rejissor cəngavər statusu alacaq
15:00 29.03.2024
Azərbaycanda problemli kreditlərin məbləği AZALIB
14:48 29.03.2024
Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILIR - MƏBLƏĞLƏR
14:42 29.03.2024
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar  var
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar var
14:35 29.03.2024
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
14:33 29.03.2024
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
14:30 29.03.2024
Müharibə veteranları üçün yeni güzəşt MÜƏYYƏNLƏŞİR
14:25 29.03.2024
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
14:15 29.03.2024
Bu halda ipotekaya xitam VERİLƏCƏK
Bu halda ipotekaya xitam VERİLƏCƏK
14:05 29.03.2024
Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
14:00 29.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu
13:55 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
13:45 29.03.2024
Umud Mirzəyev: “Aİ-nin Cənubi Qafqaza səfəri regionu öz təsir dairəsində saxlamaqdır”
13:36 29.03.2024
Narkotik istehlak etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
13:25 29.03.2024
Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək
13:20 29.03.2024
Fransada inflyasiya kəskin artıb
Fransada inflyasiya kəskin artıb
13:15 29.03.2024
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi
13:05 29.03.2024
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
13:00 29.03.2024
Ötən il Azərbaycana xaricdən 1,7 mlrd. dollar pul baratı daxil olub
12:49 29.03.2024
Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO
12:45 29.03.2024
Oğurluqda ittiham olundu, özünü güllə ilə vurdu - Maraqlı faktlar
12:30 29.03.2024
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
12:20 29.03.2024
“Crocus”da xəsarət alanların sayı 382 nəfərə ÇATDI
12:18 29.03.2024
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
12:15 29.03.2024
İndi dünya daha yavaş dönür
12:10 29.03.2024
“Pulu olmayan bələdiyyə necə fəaliyyət göstərsin?!” – Fazil Mustafa
12:05 29.03.2024
Aİ-nın Cənubi Qafqazda səfəri sülh prosesinə necə təsir edəcək? – Amerikalı Ekspert Açıqlayır – ÖZƏL
12:00 29.03.2024
Netanyahu Mossad rəhbərinin sülh təklifini RƏDD EDİB
11:55 29.03.2024
Şuşa şəhərində yeni məscidin təməli qoyulub
11:52 29.03.2024
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
11:50 29.03.2024
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
11:45 29.03.2024
Sosial xarakterli fövqəladə mühit rejimində qaydalarına riayət edilməməsinə görə cərimələr müəyyənləşir
11:42 29.03.2024
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:40 29.03.2024
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
11:38 29.03.2024
ABŞ yeni ittifaq yaradır... - ANALİTİKA
11:33 29.03.2024
Azərbaycanda bu maşınlar kəskin UCUZLAŞDI - Satmaq istəyənlər isə 3 dəfə artdı
11:28 29.03.2024
ABŞ və Aİ Ermənistanı niyə silahlandırır? – SƏBƏB VƏ MƏQSƏD
11:22 29.03.2024
Bakı-Sumqayıt şosesində yaranan sıxlığın SƏBƏBİ bilindi
11:17 29.03.2024
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
11:15 29.03.2024
Hamısı