“Vaxt var idi Gürcüstan acından ölürdü”

Analitika 11:09 29.01.2019

Eurasia Diary-nin verdiyi xəbər görə, 20 yanvarda Gürcüstanın Axalkalaki bələdiyyəsi tərəfindən Buqaşen kəndində həmin yaşayış məntəqəsində doğulmuş, Ermənistan ordusunun tərkibində Dağlıq Qarabağda Azərbaycana qarşı vuruşmuş, dinc azərbaycanlı əhalini qətlə yetirmiş "Kobra” ləqəbli terroçu Mixail Avaqyana abidə qoyulub. Teleqraf.com saytı mövzu ilə bağlı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğludan müsahibə alıb. Müsahibəni təqdim edirik.

– Elxan bəy, Gürcüstanda erməni işğalçıya abidənin qoyulmasına münasibətinizi bilmək istərdik...

– Münasibətim əlbəttə, mənfidir. Ermənilər orada çox iş görmək istəyər. Amma Gürcüstan hökuməti gərək proseslərə nəzarət etsin. Mixail Saakaşvilinin dövründə Gürcüstanda erməni separatçılarına ciddi nəzarət var idi. Daha doğrusu, separatçılar həbs edilirdilər. Ona görə də mən düşünmürəm ki, Saakaşvilinin hakimiyyəti dövründə ermənilər risk edib Xocalı başkəsəninə abidə qoyardılar. Bunun qarşısı dərhal alınardı. Çox təəssüf ki, İvanişvili hökuməti erməni separatçılarına belə şərait yaradıb.

Düşünürəm ki, Gürcüstan hakimiyyət nümayəndələri çox böyük səhv ediblər. Gördüyünüz kimi, bu hadisə Azərbaycanda da geniş rezonans doğurub. Hamı sual edir ki, bu necə strateji tərəfdaşdır ki, azərbaycanlıları qətl edən bir şəxsə imkan verib. Bəli, məhz imkan verib. Çünki indi bəzi gürcü deputatları açıqlama verərək deyirlər ki, burda qeyri-adi heç nə yoxdur. Guya məsələ bitib. Xeyr, məsələ bitməyib. Düşünürəm ki, bu məsələ hələ uzun müddət müzakirə olunacaq.

– Gürcüstanın ərazi itkisinə səbəb olmuş döyüşlərdə osetin və abxaz tərəfində döyüşmüş hər hansı şəxsə Azərbaycanda abidə qoyulması Gürcüstanda necə qarşılanardı?

– Sözsüz ki, çox mənfi qarşılanardı. Azərbaycan heç vaxt bunu etməzdi. Ölkəmiz fikirləşərdi ki, bu, Gürcüstanla münasibətlərimizə təsir edə bilər. Digər tərəfdən bu məntiqlə də düzgün olmazdı. Çünki Abxaziya və Cənubi Osetiya da Dağlıq Qarabağ kimi separatçı bölgələrdir. Ona görə belə bir addım atılması bizim ağlımıza da gəlməzdi. Mən əksinə başqa təkliflə çıxış etmişəm. Əgər onlar erməni başkəsənə abidə qoyulmasına imkan yaradırlarsa, biz də Gürcüstanda hansısa qəhrəmanımıza, lap yaxşı olar ki, Milli Qəhrəman Mübariz İbrahimova abidə qoysunlar. O zaman görək ermənilərin buna reaksiyası necə olacaq. Yaxud Gürcüstan hakimiyyəti buna necə münasibət bəsləyəcək.

Gürcüstan hakimiyyəti faktiki olaraq çox yanlış bir qərara imza atdı. Bunu bilərəkdən, yaxud bilməyərəkdən etdiyini söyləmək mənim üçün çətindir. Amma mənə elə gəlir ki, sanki bilərəkdən bu addımı atıblar. Çünki bir nəfər yalandan da olsa çıxıb demir ki, bizim xəbərimiz olmayıb. Bir nəfər demir ki, bu məsələ araşdırılacaq. Əksinə deyirlər ki, məsələ bitib və müzakirə predmeti deyil.

– Yəni, Siz hesab edirsiniz ki, Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuata açıqlamasından çıxan nəticə budur?

– Bilirsinizmi, qırmızı cizgilər var və onları aşmaq olmaz. Ukrayna ilə Rusiya illər boyu tərəfdaş, qardaş dövlətlər sayılıblar. Gördüyünüz kimi Rusiya Krımı işğal etdi və bununla da münasibətlər pozuldu. Bundan sonra uzun illər ərzində münasibətlər düzəlməyəcək. Çünki Rusiya qırmızı cizgiləri aşdı. Çox təəssüf ki, Gürcüstan da Azərbaycanla münasibətdə sanki qırmızı cizgiləri aşıb. Tutaq ki, Azərbaycanın hansısa dövlət şirkəti Gürcüstana investisiya qoymaq istəsə bu, cəmiyyətimizdə çox mənfi qarşılanacaq. Halbuki, biz onu əvvəllər strateji tərəfdaş sayaraq bunu normal qəbul edə bilərdik. Amma indi gürcülər anlamalıdırlar ki, artıq biz də Gürcüstanla münasibətlərə yenidən baxmaq məcburiyyətində qala bilərik.

– Elxan bəy, sizcə, Gürcüstanın özünün də maraqlarına cavab verməyən bu addımın atılması qonşu ölkədə Gürcüstan-Azərbaycan strateji müttəfiqliyini düşünməyən, ona ziyan vurmaq istəyən şəxslərin mövcudluğundan xəbər vermirmi?

– İvanişvili hakimiyyətə gələndə onun verdiyi ilk açıqlamanı xatırlatmaq istərdim. O vaxt Bakı-Tbilisi-Qars dəmiryol xətti inşasının ilk mərhələsində idi. Deyirdi ki, bu layihə nəyə lazımdır, onun gələcəyinə baxacağıq və sair. Yəni, onun Azərbaycana münasibətinin necə olduğu hiss edilirdi. Amma sonra İvanişvili özü də, onun nazirləri də anladılar ki, bu layihə ilk növbədə Gürcüstana lazımdır. Ona maliyyə qazandıracaq.

Amma hiss olunur ki, İvanişvili hökumətinin Azərbaycana münasibəti heç də xoş deyil. Azərbaycanla əməkdaşlığı inkişaf etdirməyə məcburdurlar. Çünki bütün layihələr Azərbaycanla bağlıdır. Amma mən bəzən düşünürəm ki, Azərbaycanla Gürcüstanı bu layihələr birləşdirməsəydi, görəsən Gürcüstanın Azərbaycana münasibəti necə olardı? Çox təəssüf ki, mən müsbət cavab tapa bilmirəm. Sizə başqa bir faktı deyim. Gürcülər özlərini bəzən digər Qafqaz xalqlarından üstün tuturlar. Hətta, beynəlxalq konfranslarda bilirsinizmi nə deyirlər? Deyirlər ki, Gürcüstanı Cənubi Qafqaz dövləti adlandırmayın. Biz Qara dəniz sahili dövlətik. Bilirsinizmi bunu niyə deyirlər? Yəni, biz nə Ermənistanıq, nə də Azərbaycan. Biz onlardan yüksəkdə dayanırıq, biz Avropa dövlətiyik və bizə belə münasibət bəslənilməlidir. Yəni, bu xalqın bir hissəsində bir az yekəxanalıq da var.

Bu xüsusiyyəti bütün xalqa aid etmək istəməzdim. Bu, irqi ayrı-seçkilik olar. Amma xalqın, o cümlədən rəsmi şəxslərin bir hissəsində belə bir yanaşma var ki, özlərini digər Qafqaz xalqlarından üstün tuturlar. Daha anlamırlar ki, belə edəndə biz də münasibətlərimizə yenidən baxa bilərik. Vaxt var idi Gürcüstan acından ölürdü. Azərbaycanın yatırımları olmasaydı, ayaqüstə dayana bilməzdi. Saakaşvili hər zaman vurğulayırdı ki, Azərbaycanın dəstəyi olmasaydı, Gürcüstan çökmüşdü. Ancaq çox təəssüf ki, Sakkaşvilidən sonra gələnlər bunu anlamırlar.

– Bu məsələnin Ermənistanın baş naziri Nikol Paşinyanın Gürcüstanda azərbaycanlıların yaşadığı Bolnisiyə təcili səfəri və gürcü həmkarı Mamuka Baxtadze ilə görüşündən sonraya, seçkiqabağı çıxışlarında ermənilərə xüsusi reveranslar etməsi ilə Azərbaycanda narazılıq doğurmuş Salome Zurabişvilinin prezident seçilməsindən sonraya, həmçinin azərbaycanlılar üçün həssas tarix olan yanvarın 20-ə təsadüf etməsi bir sıra suallar doğurur. Sizcə bu məsələlər arasında hansısa bağlılıq, əlaqə varmı?

– Çox sıx bağlılıq var. Siz doğru zəncir qurdunuz. Abidə Azərbaycan əleyhinə qoyulur. Onun açılışı yanvarın 20-ə təsadüf edir. Hansı ki, biz həmin günü ümumxalq hüzn günü kimi qeyd edirik. Üstəlik, Zurabişvilinin seçkiqabağı kampaniya dövründə ermənilərin rəğbətini qazanmaq üçün verdiyi açıqlamalar... Bütün bunları üst-üstə gəldikdə görürük ki, Gürcüstan hakimiyyətinin dilə gətirmədiyi, ancaq həyata keçirdiyi bir anti-Azərbaycan siyasəti aşkar hiss olunur. Yəni, Gürcüstan hakimiyyətində bir nəfər tapılmadı ki, desin belə bir abidəni qoymaq olmaz. Yanvarın 20-də isə ümumiyyətlə olmaz. Çünki biz Azərbaycanla münasibətlərə kölgə salmış olarıq. Belə bir nazir, belə rəsmi şəxs Gürcüstanda yoxdursa, demək elə Gürcüstan hakimiyyətinin Azərbaycana münasibəti belədir.

Azərbaycanın təhlükəsizlik orqanlarının yaranması günüdür - VİDEO

Xəbər xətti

Fransanın nüfuzlu nəşrindən ETİRAF: Artıq Bakıya təzyiq etmək mənasızdır
14:43 28.03.2024
Putinin terror aktından sonra "Crocus"a niyə getməməsinə aydınlıq gətirilib
14:25 28.03.2024
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
14:09 28.03.2024
Simonyan və Paşinyanın haçalanan fikirlərinə erməni ekspertdən ŞƏRH
14:00 28.03.2024
Peskov: “Crocus"un gələcək taleyi Kremlin gündəmində deyil
13:55 28.03.2024
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb
13:45 28.03.2024
ABŞ-də hərbi helikopter qəzaya uğrayıb
13:40 28.03.2024
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
13:30 28.03.2024
Bakı meriyasında müşavirə keçirilib, “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib
13:20 28.03.2024
Gənclər Paytaxtında teatr əsaslı təlim düşərgəsinə yekun vurulub
13:12 28.03.2024
Direktor müavini olmaq istəyənlərin NƏZƏRİNƏ
13:02 28.03.2024
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
12:54 28.03.2024
Sabah 20 dərəcə isti olacaq
12:45 28.03.2024
“Bu ərazilər Azərbaycana sülh yolu ilə qaytarılacaq” – İlyas Hüseynov
12:30 28.03.2024
Sabah dumanlı hava gözlənilir
Sabah dumanlı hava gözlənilir
12:27 28.03.2024
Ombudsman Xankəndidə erməniəsilli sakinlərlə görüşüb, sığınacağa baş çəkib
12:23 28.03.2024
"Aİ nümayəndələrinin diqqəti yalnız Rusiyaya qarşıdır" - Mariya Zaxarova
12:17 28.03.2024
“Macarıstan ABŞ-ın birbaşa diqtəsinə qulaq asmır” – Politoqdan AÇIQLAMA
12:15 28.03.2024
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:09 28.03.2024
Tanışını öldürən şəxsin cinayət işi məhkəməyə göndərildi
12:06 28.03.2024
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
11:55 28.03.2024
Mərkəzi Bank uçot dərəcəsini AZALTDI
11:52 28.03.2024
Toyda gəlinə verilən hədiyyə boşananda BÖLÜNMƏYƏCƏK
11:50 28.03.2024
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
11:45 28.03.2024
Mərkəzi Bankdan inflyasiyaya dair proqnozla bağlı AÇIQLAMA
11:43 28.03.2024
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
11:40 28.03.2024
Paşinyan "mühacir Qarabağ hökumətini" tanımadığını bildirib
11:39 28.03.2024
ABŞ-Ermənistan-Aİ müştərək konfransı Azərbaycana təzyiq planının tərkib hissəsidir - deputat Könül Nurullayeva
11:30 28.03.2024
Türkiyənin bu küçələrinə azərbaycanlı şəhidlərin adı verilib
Türkiyənin bu küçələrinə azərbaycanlı şəhidlərin adı verilib
11:24 28.03.2024
Ermənistan hökuməti separatçıların İrəvandakı açıqlamalarına göz yumur - BƏYANAT
11:20 28.03.2024
Rusiya şəbəkəsi ifşa edildi, ölkədə həyəcan təbili çalındı
Rusiya şəbəkəsi ifşa edildi, ölkədə həyəcan təbili çalındı
11:15 28.03.2024
KTMT-nin Baş katibi: "Ermənistanla münasibətləri təhlil edirik"
11:11 28.03.2024
Rusiya ulduzları Müslüm Maqomayevin mahnılarından ibarət albom yazdı
11:07 28.03.2024
Qalaktikadakı nəhəng qara dəliyin YENİ FOTOSU
11:06 28.03.2024
Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilib
11:05 28.03.2024
ABŞ Dövlət Departamentinin əməkdaşı ölkəsini soyqırıma şərait yaratmaqda günahlandırıb
11:03 28.03.2024
Putin Qərbə xəbərdarlıq edib
Putin Qərbə xəbərdarlıq edib
11:00 28.03.2024
Sülh müqaviləsinin imzalanması reallaşır? – Paşinyanın Fransa nümayəndəsi ilə görüşünün GİZLİ MƏQAMLARI
10:45 28.03.2024
Əli Nağıyev: Ermənistanla sülh müqaviləsinin imzalanması üçün yaranmış şərait Fransanı ciddi narahat edir
10:35 28.03.2024
Deportasiya edilən təxribatçı sığınacaq istədi
Deportasiya edilən təxribatçı sığınacaq istədi
10:30 28.03.2024
Hamısı