Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidentinin köməkçisi, siyasi təhlilçi Anastasiya Lavrina prezidentin fərmanı ilə bağlı CBC telekanalına müsahibə verib.
Ekspertin sözlərinə görə, dövlət gələcəkdə ölkənin sabit inkişafı üçün əsas sayılan neft sektorunun inkişafı siyasətini davam etdirməyə çalışacaq. Buna görə ötən il seçilmiş istiqamət uzunmüddətli perspektivdə beynəlxalq arenada stabilliyə zəmanət verir. Bu isə ölkənin daxildə iqtisadi və siyasi potensialının inkişafına, eləcə də beynəlxalq arenada Azərbaycanı etibarlı və güclü tərəfdaş edən xarici potensialın yaradılmasına müsbət təsir göstərəcək.