Boltonun zəngi və sensasion məqamlar…

Analitika 09:33 01.02.2019

Cərşəmbə günü ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Bəs bu zəngin məqsədi nə idi? Regionda nələr baş verir?

Eurasia Diary xəbər verir ki, bu və digər məsələlərlə baglı Axar.az-ın suallarını azərbaycanlı politoloq Zaur Məmmədov cavablandırıb.

Regionda nə baş verir?

Ekspertin sözlərinə görə, Bolton kifayət qədər ciddi və ABŞ xarici siyasətini formalaşdıran fiqurlardandır.

“Onun son zamanlar Azərbaycana verdiyi önəm təsadüfi sayıla bilməz. Bu gün Azərbaycan regional sabitliyin, təhlükəsizliyin təmin edilməsinə, bölgədə əməkdaşlıq mühitinin stimullaşdırılmasına, iqtisadi-ticari əlaqələrin, enerji və nəqliyyat sahəsində mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsinə xidmət edən layihələrin təşəbbüskarı və iştirakçısıdır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində və dünyanın aktual problemlərindən olan terrorçuluğa qarşı apardığı mübarizə hamıya yaxşı məlumdur. Bu gün Azərbaycan Avropa ilə Asiya arasında mühüm tranzit ölkəyə çevrilib. Orta Asiya və Xəzərin karbohidrogen ehtiyatları ölkəmiz vasitəsilə Avropaya çatdırılır. Bu istiqamətdə Azərbaycanın istər təşəbbüskarı, istərsə də iştirakçısı olduğu layihələr bir sıra ölkələrin maraqlarını ölkəmizə yönəldir. İstər TANAP, istərsə də TAP layihələri bu maraqların nəticəsində meydana gəlmişdir. Keçən il reallaşması baş tutan, Avropa və Asiyanı birləşdirən Bakı-Tiflis-Qars dəmiryolu da onlarla dövlətin milli maraqlarına cavab verən və bölgədə sülhün və təhlükəsizliyin təməlini möhkəmlədən layihərlərdəndir. 1991-ci ildə müstəqillik qazanan Azərbaycan geosiyasi durumuna görə beynəlxalq münasibətlərin tam hüquqlu subyekti olmağı bu illər ərzində bacardı”, - deyə politoloq qeyd edib.

O bildirib ki, ABŞ–Azərbaycan münasibətlərinin yüksələn xətt üzrə inkişaf etməsi yuxarıda sadalanan amillərlə yanaşı, həm də Azərbaycanın dünyanın müxtəlif nöqtələrində sülhyaratma missiyalarında iştirakı, rəsmi Bakının təhlükəsizlik məsələsində xüsusi rolu ilə də bağlıdır:

“Azərbaycan Əfqanıstan hökumətinə birbaşa və beynəlxalq səylər çərçivəsində dəstək göstərir və eyni zamanda, NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək missiyasına öz töhfəsini verir. Bir müddətlik durğunluqdan sonra, son bir neçə ay ərzində, istər Boltonun, istərsə də ABŞ-ın digər dövlət rəsmilərinin Azərbaycanla, münaqişə ilə bağlı tutduqları obyektiv mövqe Azərbaycanın artan geosiyasi çəkisi və Vaşinqtonun regionla bağlı ciddi planları ilə əlaqəlidir. Görünən odur kı, ABŞ-ın Cənubi Qafqaza marağı artıb və Vaşinqton regionda iştirakını gücləndirəcəkdir. İndiki administrasiya dövründə Azərbaycan ilə ABŞ arasında münasibətlərin inkişaf edəcəyini əminliklə bildirə bilərəm. İsrail və yəhudi lobbisi ilə yaxın əlaqələrə malik olan Trump administrasiyası və Azərbaycan arasında münasibətlərin inkişafı Bakının illərdir apardığı məqsədyönlü siyasətin nəticəsidir. Son zamanlar İsrail və Azərbaycan arasında güclənən hərbi sahədə əməkdaşlığın əsas məqsədi bölgədə sülhün və təhlükəsizliyin qorunmasıdır. Təbii ki, Azərbaycan üçün ən ağrılı məsələlərdən biri Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir”.

Həmsöhbətimiz hesab edir ki, 1 milyondan çox qaçqın və məcburi köçkün, ərazilərimizin işğalı, beynəlxalq hüququn isə Ermənistan tərəfindən pozulması regionun gələcəyi üçün böyük təhlükədir.

“Hələ keçən ilin payızında ard-arda üç Amerika diplomatının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizi dəstəkləməsi ABŞ kimi bir dövlət üçün anidən, gözlənilmədən olan çıxışlar deyildi. Təbii ki, ABŞ diplomatları münaqişənin mahiyyətini və Azərbaycanın strateji mövqeyini başa düşərək belə açıqlama veriblər. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı deyilən "ermənilər işğal etdikləri ərazilərdən çıxmalıdırlar”, "Paşinyan seçkilərdən sonra münaqişənin nizamlanması ilə bağlı real addımlar atmalıdır” kimi fikirlər erməni tərəfinə ünvanlanmış mesajlar idi. Sentyabr ayında isə Tramp və vitse-prezident Mayk Pens Paşinyanın ABŞ-a səfəri zamanı “səni qəbul etməyə vaxtım yoxdur” mesajını verərək, onu qapı arxasında qoymuşdular. Con Boltonun Tvitter səhifəsində yaydığı məlumata görə, yanvarın 29-u onun Prezident İlham Əliyevlə telefon danışığı zamanı həm də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesini müzakirə edilmişlər. Bir neçə gün bundan əvvəl Bolton Paşinyana da zəng etmişdi. Maraqlısı budur kı, Paşinyan Feysbuk səhisəfində onlar arasında hansı məsələlərin müzakirə olunduğunu yazıb, lakin Qarabağın adını çəkməmişdi. Guya, onlar bu məsələni müzakirə etməyiblər. Zənnimcə, Paşinyanın telefon danışığı zamanı münaqişənin müzakirə edildiyini etiraf etməməsi ona qarşı daxildə bir sıra qüvvələr tərəfindən başlanılan pressinqlərlə bağlıdır. Son zamanlar iki ölkə arasında münaqişə ilə bağlı danışıqların yekunu ilə bağlı tərəflərin bəyanatlarında müsbət tonların sezilməsi Qarabağ məsələsinin həll edilməsini istəməyən Ermənistan daxilindəki qüvvələrin fəallaşmasına gətirib çıxarmışdır.

Təsadufi deyil ki, Ermənistan müxalifəti Paşinyanın siyasi aqibətinin Levon Ter-Petrosyanın taleyinə oxşaya biləcəyi ehtimalını irəli sürüblər. Eyni zamanda, onu istər sosial–iqtisadi, istərsə də münaqişə ilə bağlı apardığı siyasətin artıq iflasa uğrumasında günahlandırırlar. Məsələnin görünən tərəfi ondadır kı, Ermənistanda xalqın eyforiyasının yatmasını gözləyən Qarabağ klanı, daşnaklar və keçmiş respublikaçılar birazdan fəal şəkildə Paşinyanı sıxışdırmağa çalışacaqlar. Açığı, hər üç qrupun çıxışlarına diqqət yetirsək, onların bir mərkəzdən idarə olunduğunu güman edə bilərik. Görünən odur kı, Vaşinqtonun münaqişəyə artan diqqəti bir sıra mərkəzlərin və erməni şovinistlərinin Ermənistan daxilində daha da fəallaşmasına gətirib çıxaracaqdır. Hər bir halda, Azərbaycan xarici siyasət fəaliyyətində bütün vektorlarla bərabərhüquqlu, strateji tərəfdaşlığa və müttəfiqliyə əsaslanan münasibətlər qurmağı bacarmışdır. ABŞ və Rusiya arasında gedən qlobal mübarizə zamanı Bakının artan geosiyasi çəkisi sözsüz ki, münaqişənin nizamlanmasında bizim lehimizə yazılan nüanslardan olacaqdır”, - deyə ekspert qeyd edib.

Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO

Xəbər xətti

Aİ-nin Cənubi Qafqaz missiyası... - Erməni politoloqun ŞƏRHİNDƏ - ÖZƏL
15:10 29.03.2024
8 Noyabr prospektində əsaslı təmir işləri aparılır
15:00 29.03.2024
Məşhur rejissor cəngavər statusu alacaq
Məşhur rejissor cəngavər statusu alacaq
15:00 29.03.2024
Azərbaycanda problemli kreditlərin məbləği AZALIB
14:48 29.03.2024
Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILIR - MƏBLƏĞLƏR
14:42 29.03.2024
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar  var
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar var
14:35 29.03.2024
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
14:33 29.03.2024
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
14:30 29.03.2024
Müharibə veteranları üçün yeni güzəşt MÜƏYYƏNLƏŞİR
14:25 29.03.2024
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
14:15 29.03.2024
Bu halda ipotekaya xitam VERİLƏCƏK
Bu halda ipotekaya xitam VERİLƏCƏK
14:05 29.03.2024
Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
14:00 29.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu
13:55 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
13:45 29.03.2024
Umud Mirzəyev: “Aİ-nin Cənubi Qafqaza səfəri regionu öz təsir dairəsində saxlamaqdır”
13:36 29.03.2024
Narkotik istehlak etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
13:25 29.03.2024
Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək
13:20 29.03.2024
Fransada inflyasiya kəskin artıb
Fransada inflyasiya kəskin artıb
13:15 29.03.2024
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi
13:05 29.03.2024
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
13:00 29.03.2024
Ötən il Azərbaycana xaricdən 1,7 mlrd. dollar pul baratı daxil olub
12:49 29.03.2024
Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO
12:45 29.03.2024
Oğurluqda ittiham olundu, özünü güllə ilə vurdu - Maraqlı faktlar
12:30 29.03.2024
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
12:20 29.03.2024
“Crocus”da xəsarət alanların sayı 382 nəfərə ÇATDI
12:18 29.03.2024
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
12:15 29.03.2024
İndi dünya daha yavaş dönür
12:10 29.03.2024
“Pulu olmayan bələdiyyə necə fəaliyyət göstərsin?!” – Fazil Mustafa
12:05 29.03.2024
Aİ-nın Cənubi Qafqazda səfəri sülh prosesinə necə təsir edəcək? – Amerikalı Ekspert Açıqlayır – ÖZƏL
12:00 29.03.2024
Netanyahu Mossad rəhbərinin sülh təklifini RƏDD EDİB
11:55 29.03.2024
Şuşa şəhərində yeni məscidin təməli qoyulub
11:52 29.03.2024
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
11:50 29.03.2024
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
11:45 29.03.2024
Sosial xarakterli fövqəladə mühit rejimində qaydalarına riayət edilməməsinə görə cərimələr müəyyənləşir
11:42 29.03.2024
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:40 29.03.2024
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
11:38 29.03.2024
ABŞ yeni ittifaq yaradır... - ANALİTİKA
11:33 29.03.2024
Azərbaycanda bu maşınlar kəskin UCUZLAŞDI - Satmaq istəyənlər isə 3 dəfə artdı
11:28 29.03.2024
ABŞ və Aİ Ermənistanı niyə silahlandırır? – SƏBƏB VƏ MƏQSƏD
11:22 29.03.2024
Hamısı