Nə üçün uşaqlarımız yerli animasiya filmlərinə baxmalıdır? Ekspert

Analitika 17:52 05.02.2019

Dünyaya gəldiyimiz andan etibarən gördüklərimiz, eşitdiklərimiz bizim şəxsiyyət kimi formalaşmağımızda özünəməxsus rol oynayır. Bu formalaşma dövründə qazandığımız təcrübə istər pozitiv, istərsə də neqativ olsun, ömür boyu bizi müşayiət edir. Belə təcrübələrdən biri də hələ erkən yaşlarımızdan izlədiyimiz animasiya filmləridir.

Animasiya yalnız əyləncə deyil, eyni zamanda bizim şüurumuza kifayət qədər ciddi təsir edən fəaliyyətdir. Animasiya filminin psixikamızın şüursuzluq (şüuraltı) səviyyəsinə ötürdüyü məlumatlar zaman keçdikcə bizim davranışımızda, həyata reaksiyamızda özünü büruzə verir.

Mövzuya daha dolğun yanaşmaq üçün suallarımla EMDR terapevt və konsultant Süleyman Məmməd-zadəyə müraciət etdim:

– Nəzərə alsaq ki, uşağın şəxsiyyəti altı yaşına kimi inkişaf edir, uşaqların psixoloji inkişafında animasiyanın rolunu necə dəyərləndirərdiniz?

– Psixologiya elmi 6 yaşa qədər olan dövrdə uşaqların inkişafında oyunu aparıcı fəaliyyət  kimi müəyyən edir.  "Aparıcı fəaliyyət" dedikdə, məhz bu fəaliyyətin uşağın şəxsiyyətinin inkişafına və onun bütün psixiki proseslərinə əsas təsir göstərməsi nəzərdə tutulur. Animasiyada baş verənlər isə uşağa müşahidə etməyi, animasiyanın qəhrəmanları ilə birgə eyni hissləri keçirməyi öyrədir.  Uşaq müşahidə  zamanı fikrini təmərküzləşdirir  və daha çox şey onun nəzərinə çarpır. Daha sonra özünə qəhrəmanlar seçir və onları özündə proyeksiya edir.


Əgər dostluq qalib gələrsə,  uşağın, mənfi və ya müsbət olmasından asılı olmayaraq, hansı obrazı özünə seçdiyi əhəmiyyət kəsb etmir. Mənfi obraz nəticədə barışır və o da həmçinin müsbət obraza çevrilir. Bu,  reallıqda öz mənfi davranışını yenidən nəzərdən keçirmək və ya onu dəyişmək üçün şansı artırır.

– Siz, əsasən, yaşca böyük olan pasiyentləri müalicə edirsiz. Animasiyanın  bu yaş qrupuna aid olan şəxslərin psixoloji vəziyyətinə olan təsiri haqqında qənaətiniz necədir?

– Hər bir böyük adamın içində uşaq var. İnsan öz daxilində o uşağı qoruyub saxlayır. Cizgi filmlərini izlədikdə şüursuzluqda öz uşaqlıq illərimizi xatırlayırıq. Belə olduqda, çox zaman, bu, bizdə sevinc və qayğısızlıq hissləri doğurur. Uşaqlıq filmlərimizə dönə-dönə baxırıq və zövq alırıq.  Terapiya zamanı bu xatirələr pasiyentin pozitiv resursları (ehtiyatları) ilə kontakt yaratmağa, ona pozitiv təsir etməyə kömək edir. Bu tip təsəvvürlər pasiyentdə rahatlıq yaradır. Nəticədə, bu hal onun bədəninə təsir göstərir və terapevt onun neqativ enerjisinin üzərində işləyərək, həmin enerjini pozitivləşdirir. Bir sözlə desək, yaddaşımızın, xatirələrimizin vizualizasiyası  bir növ animasiyaya bənzəyir.

– Bildiyimə görə, EMDR terapiyasında seans zamanı pasiyentin şüursuzluq (şüuraltı) səviyyəsindən onun gözləri qarşısında şəkillər canlanır. Bu, bütün həyatı ərzində insanın animasiyaya olan tələbatı və ya meylliliyi olmasına dəlalət edirmi?

 – Animasiya da nağıllar kimi təsəvvürümüzü, xəyal dünyamızı genişləndirir. Təsəvvürü, xəyal dünyası geniş olan insan qarşısına yüksək hədəflər qoyur və onlara nail olacağına inanır. Bu, ona yüksək nəticələr əldə etməyə kömək edir. Animasiyanı şəkillərin canlanması kimi başa düşürüksə, o zaman, əlbəttə, EMDR terapiyası vizual (görüntülü), audial (eşitmə) və emosional olaraq keçmiş xatirələri canlandırır ki, xəyal qüvvəsindən istifadə edərək, terapiya əsnasında  keçmiş travmatik hisslər pozitivə transformasiya olunur.  Bu keçmiş xatirələr, narahatlıqlar isə, əsasən, pasiyentin uşaqlıq dövrü ilə bağlı olur. EMDR terapiyası həmin travmatik xatirələri canlandıraraq, yuxarıda qeyd etdiyimiz kimi xəyal qüvvəsinin vasitəsilə onların səbəb olduğu əziyyəti, narahatlıqları aradan qaldırır.

– Bəs, necə düşünürsüz, nə üçün öz yerli animasiya filmlərimizin çəkilməsi labüddür?

– Cizgi filmləri uşaqların yaddaşına həkk olunur.  Bu filmlər uşaqlarımıza mentalitetimizi, mədəni dəyərlərimizi ötürməlidir. Milli folklorumuzdakı qəhrəmanlarla onları tanış etməli, nümunəvi olmalı, həmçinin, yeni qəhrəman obrazları yaratmaqla, milli ideoloji prinsiplərimizi çatdırmalıdır. Cizgi filmləri, həmçinin, bizim milli musiqi, ornament, geyimlər, atalar sözləri, söz birləşmələri, fikir ifadələrini də uşaqların şüursuzluğuna (şüuraltına) ötürməlidir.

Uşaq böyüyür və animasiyadan aldığı məlumatlar toplusu onda qorunub saxlanılır. Şübhəsiz, yerli cizgi filmləri milli dəyərlərimizin davamlı olaraq yaşamasına xidmət etməlidir.

 

Mirvari Ağakişiyeva

 

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Qarabağa may ayı üçün avtobus biletləri satışa ÇIXARILIR
16:58 25.04.2024
Ukraynadan Azərbaycana qarşı təxribat
Ukraynadan Azərbaycana qarşı təxribat
16:54 25.04.2024
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
16:54 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri başa çatdı
16:44 25.04.2024
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
16:43 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər
16:33 25.04.2024
"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO
16:30 25.04.2024
İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT EDİB
16:26 25.04.2024
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib
16:18 25.04.2024
İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər
16:16 25.04.2024
Azərbaycanda problemli kreditlər 20% azalıb
16:04 25.04.2024
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
15:52 25.04.2024
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
15:45 25.04.2024
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
15:44 25.04.2024
Elmira Süleymanova dəfn edilib -YENİLƏNİB
15:41 25.04.2024
Bu tarixdə Şuşa şəhərində mühüm tədbir keçiriləcək - Deputat Elman Nəsirov AÇIQLAYIR - VİDEO
15:33 25.04.2024
Çin Rusiyanı bu cür silahlandırır
Çin Rusiyanı bu cür silahlandırır
15:20 25.04.2024
Haaqa məhkəməsində Ermənistan nümayəndəliyinin növbəti yalanı - VİDEO
15:16 25.04.2024
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
15:15 25.04.2024
Makron: "Avropanın ölmək riski var"
Makron: "Avropanın ölmək riski var"
15:10 25.04.2024
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
15:00 25.04.2024
Umud Mirzəyev Elmira Süleymanovanın vəfatı ilə bağlı başsağlığı verib
14:54 25.04.2024
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
14:48 25.04.2024
Malıbəylidə kütləvi məzarlıq AŞKARLANDI
14:45 25.04.2024
Səməd Seyidov: "Türk dünyası böyük bir fenomenə çevrilib"
14:40 25.04.2024
Cəlil Cavanşiri oxuyub pul qazanacaqsınız - "Mütaliə Marafonu"
14:32 25.04.2024
Elmira Süleymanova vəfat etdi
14:14 25.04.2024
"Bu dünya iqtisadiyyatının sonu ola bilər..." – İngilis politoloqla Eksklüziv ŞƏRH
14:00 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
13:55 25.04.2024
Hamısı