Rusiya-Türkiyə-İran ittifaqı Suriya problemini həll edərsə, regionda yeni güc yaranacaq.
Eurasia Diary xəbər verir ki, bu açıqlama ilə rusiyalı siyasi ekspert Aslambek Mozloyev çıxış edib.
"Aralarındakı tarixi ziddiyyətləri arxa plana ataraq aktual problemləri həll edən üçbucaqlar yaranır. İlki Rusiya-Türkiyə-İran, ikincisi də Rusiya-Azərbaycan-İrandır. Bu üçbucaqlar Xəzər dənizinin statusu kimi aktual regional problemləri həll etmək qabiliyyətinə malikdir. Bununla bütün problemlərin həllinə qarışan ABŞ və Qərb ölkələri kənarda qalır", - Mozloyev qeyd edib.
O, ABŞ-ın qarışdığı məsələlərin həllini tam olaraq tapmadığına işarə edib:
"Tarixi ziddiyyətlər davam edir, amma Rusiya, İran və Türkiyə gələcəkdəki ziddiyyətləri həll etmək imkanı yaradacaq imkanları digərlərindən ayırmağı bacardı. Hazırda Qərb qlobal siyasətin Yaxın Şərq sektorundakı regional aktorların passiv müşahidəçisi mövqeyindədir. Misal olaraq, niyə Türkiyənin vasitəçiliyi ilə İranın nüvə proqramı həll edilmədi? Çünki Türkiyə hələ o dövrdə ABŞ-ın himayəsindən xilas olmağı düşünmürdü. İran və Türkiyə arasındakı etimadsızlıq Tehranın Ankaranın arxasında Vaşinqtonu hiss etməsindən irəli gəlirdi".