Bəzi ixtisaslar birləşdirildi, bəziləri ləğv edildi Abituriyentlər diqqətli olsun

Analitika 10:21 16.02.2019
Kamran Əsədov: "Müasir tələbata uyğun olmayan ixtisaslar təsnifatdan çıxarılıb, əmək bazarının tələbatına uyğun bir sıra yeni ixtisas əlavə edilib”
 
Azərbaycanda ali təhsilin səviyyələri üzrə bəzi ixtisaslaşmalarda dəyişikliklər edilib. Nazirlər Kabinetinin qərarına əsasən "Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nda Azərbaycan dili və ədəbiyyatı müəllimliyi olan birinci hissə ləğv edilib. Qərara əsasən, əvvəlki təsnifatda mövcud olan 175 ixtisasın sayı 148-ə qədər azaldılıb. O cümlədən, 18 ixtisasın adında dəyişiklik edilib, 70-ə yaxın ixtisas birləşdirilib və ya çıxarılıb, 46 yeni ixtisas yaradılıb. Belə ki, bir sıra ixtisasların adları Avropa universitetlərinin təcrübəsinə uyğun müasirləşdirilib. Bəzi ixtisasların adlarında dəyişiklik olmasa da, onların təhsil proqramlarının məzmununun təkmilləşdirilməsi nəzərdə tutulur. Tvinninq layihəsi çərçivəsində 15 ixtisasın tamamilə yeni məzmunlu təhsil proqramının hazırlanması planlaşdırılır.
 
Təhsil Nazirliyin şöbə müdiri Yaqub Piriyev Təhsil TV-ə müsahibəsində ixtisaslarla bağlı baş verən dəyişiklikdən danışıb, qeyd edib ki,  təhsil ixtisasları qrupunda hazırda 21 ixtisasdan yalnız rəqs müəllimliyi təsnifatdan çıxarılıb. Humanitar və sosial ixtisaslar qrupunda 17 ixtisasdan biri çıxarılıb. Çıxarılan ixtisaslardan Antropologiya magistraturada pilləsində tədris olunacaq. 2 ixtisas birləşdirilib. İslamşünaslıq adlı yeni ixtisas əlavə olunub. Mədəniyyət və incəsənət ixtisasları qrupunda 21 ixtisasdan 8-i bir ad altında birləşdirilib.  İqtisadiyyat və idarəetmə ixtisasları qrupunda 12 ixtisasdan  4-ü birləşdirilib və onlara  beynəlxalq təcrübəyə uyğun adlar qoyulub.  Dünya iqtisadiyyatı və iqtisadiyyat bir ad, kommersiya və biznesin idarə edilməsi isə başqa ad altında birləşdirilib.Beynəlxalq ticarət və logistika adlı yeni  ixtisas yaradılıb.
 
Təbiət ixtisasları qrupuna biotexnologiya ixtisası əlavə olunub. Texniki və texnoloji ixtisaslar qrupunda 59 ixtisasın sayı 40-a endirilib. Əmək bazarının tələbinə uyğun olmayan ixtisaslar ləğv edilib, əvəzinə 10 yeni ixtisas əlavə olunub. Kənd təsərrüfatı ixtisasları qrupunda 12 ixtisasdan 4-nün adı dəyişdirilib, 2-sı çıxarılıb, 1 yeni ixtisas əlavə olunub.
 
Səhiyyə, rifah və xidmət ixtisasları qrupuna  yeni ixtisaslar əlavə olunub. Bədən tərbiyəsi və idmanda reabilitasiya , Fizioterapiya və tibbi reabilitasiya , Məşqçilik, tibb bacısı kimi ixtisaslar yaradılıb.
 
Əsas (baza ali) tibb təhsili üzrə ixtisaslar qrupundan 1 ixtisas çıxarılıb, 2-si əlavə olunub.
 
Sosial şəbəkələrdə bu qrupla bağlı yanlış məlumatlar yayılır. Qrupdakı 4 ixtisasın hamısı qalıb. Dünyada müalicə işi adlı ixtisas yoxdur. Tibb ixtisası var. Müalicə işi ixtisasının adı təhsilini xaricdə davam etdirənlərə problemlər yaradırdı. Daha sonra Tibbi profilikatika – ictimai səhiyyə ixtisası ilə adlandırılır. Hərbi həkim işi hərbi tibblə əvəz olunub.
 
Baş verən dəyişiklikləri qiymətləndirən təhsil eksperti Kamran Əsədov "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, öncəki ixtisasların bir çoxu müasir texnologiya dövrünün və əmək bazarının tələblərinə cavab vermirdi:"Nazirlər Kabineti tərəfindən ali təhsil müəssisələrində kadr hazırlığı həyata keçirilən bir sıra ixtisasların adları Avropa universitetlərinin təcrübəsinə uyğun müasirləşdirilib. Dar ixtisaslaşmanı əhatə edən bir neçə uyğun ixtisaslar birləşdirilib. Yəni hazırda ali təhsil müəssisələrində bir-birini təkrar edən, yaxın ixtisaslar var. Onların ayrı-ayrı ad altında fəaliyyət göstərməsi məqsədəuyğun deyil. Müasir tələbata uyğun olmayan ixtisaslar təsnifatdan çıxarılıb. Əmək bazarının tələbatına uyğun bir sıra yeni ixtisaslar əlavə edilib. Ümumilikdə təsnifatın yenilənməsində əsas məqsəd beynəlxalq təcrübəyə və müasir əmək bazarının tələblərinə uyğun yeni məzmunlu təhsil proqramlarının hazırlanması və ali təhsil müəssisələrində tətbiqindən ibarətdir. Əvvəllər hər bir sahədə yalnız insanların əməyi lazım olurdusa, texnologiyanın inkişaf etdiyi bir zamanda çox işçi qüvvəsinə ehtiyac qalmır. Çünki əksər sahələr elektronlaşdırılır. Elm və təhsilin belə sürətlə inkişaf etdiyi bir vaxtda gələcəkdə Azərbaycanda hansı ixtisasların sıradan çıxacağı və hansılara ehtiyac yaranacağı çox maraqlıdır. Etiraf edək ki, dövrümüz çox sürətlə dəyişir. Min illər əvvəl çox önəmli ixtira arasında yüz illərlə yol gedilirdisə, indi iki böyük kəşf arasında gedilən yol aylarla, günlərlə ölçülür. Yəni hazırda fevral ayını yaşayırıq, amma mart ayında elə güclü ixtira ola bilər ki, o, bəşəriyyəti tamamilə dəyişə bilər. Məsələn, indi telefonlardan fotoaparat kimi istifadə edə bilərik. Amma 150 il foto sənayedə ”Kodak”, "Alfa” firmaları hegemon idi, lentli fotoaparatlar istehsal edirdilər. Amma son 10 ildə onların hamısı sıradan çıxdı, çünki rəqəmli fotoaparatlar yarandı. Bu baxımdan gələcəkdə Azərbaycanda da hansısa ixtisaslar, sənətlər sıradan çıxacaq və yeniləri yaranacaq”.
 
Təhsil eksperti hesab edir ki, artıq bir dəfə ali təhsil almaq insana ömür boyu bəs etməyəcək, vaxtaşırı yeni biliklərin əldə edilməsinə ehtiyac olacaq: "Bu prosesi izləyən biri kimi deyim ki, 50 il bundan qabaq ali təhsil almaq, yəni 5 il oxumaq 25-35 il ondan istifadə etməyə bəs edirdi. İndi isə öz ixtisasımızı ən azı 4-5 dəfə dəyişməliyik. Bir ali təhsil kifayət etmir. Məsələn, mən güman edirəm ki, gələcəkdə taksi sürücüləri yoxa çıxacaq. Çünki maşınlar elektronlaşacaq. Əslində, avtomobil olmayacaq, 4 təkər üzərində kompüter olacaq, yəni maşının sükanı olmayacaq. Buna görə sürücüyə ehtiyac qalmayacaq. Amma bir sıra ixtisaslar tarixi, milli-mənafe baxımından əmək bazarında az ehtiyac olsa belə saxlanılmalıdır. Çünki bizim yerləşdiyimiz coğrafi mövqe bunu tələb edir. Dediyim kimi, ləğv olunan bir sıra ixtisaslar yaxın olan digər ixtisaslara birləşəcəklər”.
 
Bu proses əlbəttə ki, 2019-cu ildə ali məktəblərə sənəd verəcək abituriyentlər üçün müəyyən qədər çaşqınlıq yaradacaq: "Həm 2019-cu ildə qəbul imtahanlarının yeni formatda keçirilməsi, həm də yeni ixtisaslar ixtisas seçimi zamanı daha diqqətli olmasını tələb edir. Bu dəyişikliklər ali məktəblərə qəbul zamanı plan yerlərinin də sayına təsir göstərəcək. Nəzərə alsaq ki, 2018-ci ildə ali məktəblərə plan yeri 43 min olub, bu ləğvolma prosesindən sonra plan yerlərinin sayında azalma olacaq. Ümumiyyətlə, Nazirlər Kabinetinin 11 fevral 2019-cu il qərarına əsasən, əvvəlki təsnifatda mövcud olan 175 ixtisasın sayı 148-ə qədər azaldılıb. O cümlədən, 18 ixtisasın adında dəyişiklik edilib, 70-ə yaxın ixtisas birləşdirilib və ya çıxarılıb, 46 yeni ixtisas yaradılıb. Hesab edirəm ki, plan yerləri azalanda bu xaricdə təhsil almağa meyli artıracaq. Ali təhsil müəssisələrində plan yerlərinin sayı müvəffəqiyyətlə müsabiqədən uğurla keçmiş abituriyentlərin sayından az olsa bu zaman təkcə keçid balı toplamayan abituriyentlər yox, eyni zamanda müsabiqə şərtlərini ödəyib, amma Azərbaycanda ali təhsil müəssisəsinə daxil ola bilməyən şəxslər də xarici ölkələrdə təhsil almağa üz tutacaqlar. Biz təhsilin əlçatımlılığını təmin etməliyik. Qəbul qaydalarını asanlaşdırmalıyıq ki, insanlar xarici ölkələrə təhsil almaq üçün üz tutmasınlar”.
Xınalığa dolu düşüb - VİDEO

Xəbər xətti

Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
İranın Azərbaycanı hədəf seçməyinin GİZLİNLƏRİ – Güneyli fəalın ŞƏRHİNDƏ
15:10 19.04.2024
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
14:48 19.04.2024
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
14:37 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı növbəti BÖHTAN
14:30 19.04.2024
Məleykə Abbaszadədən gənclərə ÇAĞIRIŞ: “Özlərini aldatmasınlar”
14:10 19.04.2024
“Ukrayna Qərbi buna görə şantaj edir” – Moldovalı politoloqla ÖZƏL
14:00 19.04.2024
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq - Nazir əmr İMZALADI
13:56 19.04.2024
Lalə Azərtaşın aparıcısı olduğu veriliş bağlanır - Xəzər TV-dən AÇIQLAMA
13:50 19.04.2024
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
13:40 19.04.2024
İpotekaya xitam verilən hallar genişlənir
13:30 19.04.2024
Naxçıvanda 120 milyonluq POZUNTU – Materiallar DTX-yə TƏQDİM EDİLDİ
13:20 19.04.2024
Bu şəxslərin maaşı ARTIRILDI
13:10 19.04.2024
Bakıda 29, bölgələrdə 30 dərəcə isti olacaq - PROQNOZ
12:59 19.04.2024
Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunub
12:45 19.04.2024
Xocavənddə Ermənistan istehsalı olan partlayıcı qurğular aşkarlanıb
12:35 19.04.2024
Bakıda taksilər kütləvi şəkildə cərimə meydançasına aparılır? - AÇIQLAMA
12:20 19.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişinin regiona təsiri - Ərəb Ekspert ŞƏRH EDİR
12:15 19.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələrin SON GÜNÜDÜR
12:00 19.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
11:55 19.04.2024
Vüqar Gülməmmədov parlamentdə HESABAT VERİR
11:50 19.04.2024
Hamısı