"Borcun bir qismini dövlət ödəyə bilər" İqtisadçı ekspertdən maraqlı PROQNOZ

Analitika 12:12 26.02.2019

Prezidentin ötən gün problemli kreditlərin həlliylə bağlı verdiyi açıqlama cəmiyyətdə həm böyük maraq, həm də ümid yaratdı. Dünəndən etibarən, yerli mətbuatda bu məsələ geniş müzakirələrə səbəb olub. Mövzuyla bağlı iqtisadçı ekspert, Dr. Elçin Süleymanov Eurasia Diary-ə ekskluziv müsahibə verib.

Dr. Süleymanov əvvəlcə prezidentin dünənki açıqlamasına münasibət bildirərək qeyd etdi ki, prezident hər zaman vurğulayır ki, Azərbaycan sosial dövlətdir. Dünən problemli kreditlər probleminin dövlət tərəfindən həll ediləcəyi anonsunun verilməsi bir daha bu fikri isbat edir. Düşünürəm ki, tez bir zamanda bu problemin aradan qaldırılması vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması və borc yükünün azaldılmasına öz müsbət təsirini göstərəcək.

 

Problemli kreditlərin mahiyyətinə toxunan E. Süleymanov bildirdi ki, problemli kredit o zaman meydana gəlir ki, vətəndaş bankdan kredit götürür və sonradan müxtəlif səbəblərdən bu borcu ödəyə bilmir. Vətəndaş borcunu ödəmədiyi zamansa bank faizləri borcun üzərinə əlavə edilir. Bu vətəndaşın borc yükünü daha da artırır və nəticədə kredit “problemli kreditə çevrilir”.

 

Azərbaycanda mövcud olan problemli kreditləri izah edən ekspertin sözlərinə görə Azərbaycanda devalvasiyaya kimi daha çox biznes kredtilərində problemlər yaşanırdı. Lakin devalvasiyadan sonra vətəndaşların banklara olan borc yükü birdən-birə artdı. Belə ki, devalvasiyadan öncə vətəndaş 10 min dollar borc götürürdü və bu 8 min manat edirdi. Bu rəqəm vətəndaşın aylıq gəlirinə ekvivalent idi. Lakin bir ildə iki dəfə devalvasiya olduqdan sonra vətəndaşın aldığı 10 min dollar 17 min manat oldu və borcun ödənilməsində ciddi problemlər yaşandı. Hazırda ölkəmizdə əsas problemli kreditlər devalvasiya nəticəsində formalaşıb. Ona görə də düşünürəm ki, prezidentin dünənki açıqlaması da məhz bu tipli kreditlərlə bağlıdır.

 

Dünya təcrübəsində probemli kreditlərin həlli barədə danışan E. Süleymanov qeyd etdi ki, qonşu Gürcüstan, bəzi Ərəb ölkələri və s. dövlətlərdə bu tipli kreditlər sosial məqsədlərlə 5-10 min dollar məbləğinə qədər dövlət tərəfindən ödənilir. Bu ən ideal üsuldur. Çünki bu məsələdə kreditlərin silinməsi banklara ciddi maddi ziyan vura bilər. Ona görə də problemli kreditlər məsələsində hüquqi cəhətdən banklar haqlı mövqedədirlər. Düşünürəm ki, bizdə də vətəndaşın borcunun bir qismini dövlət ödəyəcək. Ancaq böyük bir ehtimalla bu qərar biznes kreditlərinə şamil edilməyəcək.

 

Prezidentin yaxın zamanlarda gözlənilən problemli kreditlərlə bağlı fərmanı barədə E. Süleymanov qeyd etdi ki, “Prezident də açıqlamasında dəfələrlə bu layihənin sosial xarakterli olduğunu vurğuladı. Ona görə də daha çox aşağı və orta təbəqədən olan vətəndaşların problemləri diqqət mərkəzində saxlanılacaq. Düşünürəm ki, veriləcək fərmandan sonra problem “üçtərəfli həll” üsulu ilə çözüləcək. Fərman isə daha çox devalvasiya nəticəsində meydana gələn problemli kreditləri əhatə edəcək. Üçtərəfli həll” üsulu ilə kreditin ödənilməsində hər üç tərəf, vətəndaş, bank və dövlət üzərinə məsuliyyət götürəcək. Vətəndaş dollarnan götürdüyü borcu (krediti) manatla qaytaracaq, borcun bir hissəsini (5-10 min manat) dövlət qarşılayacaq və qalan hissəni bank ya siləcək, ya da daha aşağı faizlər tətbiq edəcək. Problemin yeganə həlli bu cürdür, lakin prezidentin də qeyd etdiyi kimi işçi qrupu problem üzərində çalışır. Sözügedən qrupun açıqlamasından sonra daha konkret və real proqnoz və şərhlər verilə bilər.

 

Nicat İsmayılov

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Qarabağa may ayı üçün avtobus biletləri satışa ÇIXARILIR
16:58 25.04.2024
Ukraynadan Azərbaycana qarşı təxribat
Ukraynadan Azərbaycana qarşı təxribat
16:54 25.04.2024
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
16:54 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri başa çatdı
16:44 25.04.2024
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
16:43 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər
16:33 25.04.2024
"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO
16:30 25.04.2024
İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT EDİB
16:26 25.04.2024
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib
16:18 25.04.2024
İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər
16:16 25.04.2024
Azərbaycanda problemli kreditlər 20% azalıb
16:04 25.04.2024
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
15:52 25.04.2024
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
15:45 25.04.2024
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
15:44 25.04.2024
Elmira Süleymanova dəfn edilib -YENİLƏNİB
15:41 25.04.2024
Hamısı