"Zurabişvilini çox çətin iki gün gözləyir" Bakıya səfərin analizi

Analitika 13:33 27.02.2019

Bu gün, fevral ayının 27-si Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycana rəsmi səfərə gəlib. Zurabişvilinin səfərinin öncəsi iki ölkə arasındakı gərginliklər diqqət mərkəzindən yayınmayıb. Gərginliklərə səbəb isə Gürcüstan hökumətinin yürütdüyü siyasətdir.

Beləki, ilk problem Xocalı soyqırımında da iştirak etmiş, onlarla azərbaycanlının qanına bais olan erməni terrorçu Avakyana heykəl ucaldılması zamanı meydana gəldi. Azərbaycanın bu hadisəyə reaksiyası gecikmədi. Gürcü səfir Xarici İşlər Nazirliyinə çağırıldı. Gürcü hökumətindən açıqlama tələb edildi. Gürcüstanın açıqlaması belə oldu: “Xəbərimiz olmayıb”.

avakyan heykəli ile ilgili görsel sonucu

İkinci problem SOCAR-ın Gürcüstana satdığı qazın qiymətini 10% artırması zamanı meydana gəldi. Hadisələr bir-birini izlədiyindən bir çox ekspertlər SOCAR-ın bu qərarının Avakyan heykəlinə görə Gürcüstana tətbiq edilmiş “cəza” kimi qiymətləndirdi. Lakin bu məsələyə də Gürcüstan hökuməti səssiz qalmadı. SOCAR-ın qazın qiymətini qaldırmasından sonra Gürcüstan hakimiyyəti Rusiya ilə qaz alışı mövzusunda danışıqlar aparıldığını rəsmən bəyan elədi. Beləki, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Georgi Kobukiya parlamentdə çıxışı zamanı bildirmişdi. O, qeyd edib ki, “Bəli, biz Rusiya ilə danışıqlar aparırıq və çox güman ki, müəyyən həcmdə qaz alacağıq ki, bu da bizə enerji təhlükəsizliyini və enerji asılılığının olmamasını təmin etməyə imkan yaradacaq”.

Fikirdə əsas diqqət çəkən məqam “enerji asılılığının olmamasını təmin etmək” ifadəsidir. Bu fikir o mənaya gəlir ki, enerji sektorunda Azərbaycandan asılı vəziyyətdəyik və bu asılılığı aradan qaldırmaq üçün hətta düşmənimizdən qaz almağa razıyıq...

Üçüncü problem Gürcüstanın Abxaziya və Ermənistana gedən yolları yenidən işlək hala salmaq üçün fəaliyyətə başlamasıdır. Bu Ermənistanı blokadadan çıxarmaq demək idi.

gürcüstan ermənistanla ile ilgili görsel sonucu

Dördüncü problem isə son günlərdə yaşandı. Gürcüstan Müdafiə Naziri İrəvana rəsmi səfər etdi, hərbi əməkdaşlıqdan danışdı.

gürcüstan ermənistanla hərbi əməkdaşlıq ile ilgili görsel sonucu

Bütün bunların fonunda Gürcüstan Prezidenti Zurabişvili Bakıya səfər edib və İlham Əliyevlə görüşüb. Əslində Zurabişvilini İlham Əliyev sadəcə diplomatik nəzakət naminə qəbul etdi. Gürcüstan prezidentinin proqramında baş nazir və Milli Məclisin spikeriylə görüş yer almışdı. Yəqin ki, sadaladığımız problemlər İlham Əliyevlə Salome Zurabişvilinin görüşünün əsas motivini təşkil edəcək. Xanım Zurabişvilinin əslində İvanaşvili tərəfindən bu hadisələrdən sonra Azərbaycan hökumətinin “nəbzini ölçmək” məqsədiylə göndərildiyi gün kimi aydındır. Bütün bunları nəzərə alaraq, Cənubi Qafqazın ilk qadın prezidentini çox çətin 2 gün gözləyir desək yəqin ki, yanılmarıq.

zurabishvili ile ilgili görsel sonucu

Zurabişvilinin Bakıya səfərini Eurasia Diary-ə verdiyi müsahibədə Gürcüstan paramentinin üzvü Azər Süleymanlı analiz edib.

azər süleymanov ile ilgili görsel sonucu

A. Süleymanlı qeyd edib ki, Zurabişvili sadəcə “kəşfiyyat” məqsədiylə Bakıya gəlib. Onun əsas məqsədi Azərbaycanın mövcud problemlərə yanaşması və atacağı addımlarla bağlı İvanaşvili hökumətini xəbərdar etməkdir. Ümumiyyətlə, Zurabişvilinin nəyisə həll etməyə və ya dəyişdirməyə səlahiyyəti yoxdur. O, İvanaşvilinin kadrıdır və onun siyasi xəttini izləyir. Bir azərbaycanlı kimi Zurabişvilinin Bakıya məhz 26 fevral günü, Xocalı faciəsi günü getməsini istərdim. Orada Xocalı qurbanlarına həsr olunmuş abidə qarşısında baş əyib, onlara həsr edilmiş abidənin qarşısına gül qoymaqla bəlkə indiyədək özünü və hökumətinin buraxdığı səhvləri yuya bilərdi.

Müsahibimizin sözlərinə görə, Zurabişvili və İlham Əliyevin görüşündə əsas müzakirə mövzusu enerji məsələsi olacaq. “İqtisadiyyat naziri bir müddət əvvəl Rusiyadan qaz almağa hazırlaşdıqlarını bildirmişdi. Bu çox təhlükəli bəyanatdır. Rusiya Gürcüstanın ərazi bütövlüyünü pozan yeganə dövlətdir. Bu ən çətin vaxtlarda, Rusiyayla müharibə dövründə heç bir maddi təmənna güdmədən Gürcüstanı qazla təmin edən Azərbaycana xəyanətdir. Əlbəttə ki, Zurabişvili və onu Bakıya göndərənlər də bundan xəbərdardır. Zurabişvili bir növ aranı yumşaltmağa çalışacaq.

Azər Süleymanlı həmçinin qeyd etdi ki, “Gürcüstan hökuməti görünür, qəsdən Azərbaycanla əlaqələri pozmağa çalışır. Bunun yeganə səbəbi Gürcü Arzusu partiyasının lideri İvanaşvilidir. Belə ki, Gazprom-un 10%-i İvanaşvili və onun dostlarının əlindədir və onlara Gürcüstanın SOCAR-dan deyil, məhz Gazprom-dan asılı vəziyyətdə qalması sərf edir. Yəni, bir növ hökumət Azərbaycanla süni gərginlik yaradıb, “zərurət”dən Rusiyadan qaz almağı hədəfləyir. Ancaq gürcü xalqı, o cümlədən orada yaşayan azərbaycanlılar buna imkan verməyəcək”.

 

Nicat İsmayılov

Sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - VİDEO

Xəbər xətti

Bu qaydanı pozan sürücülər 200 AZN CƏRİMƏLƏNƏCƏK – RƏSMİ
11:15 23.04.2024
Sosial ödənişlər 25 apreldə yekunlaşacaq
11:10 23.04.2024
Milli Məclisin növbəti iclası başlayıb
11:04 23.04.2024
Ermənistandan Azərbaycana qarşı növbəti əsassız İDDİA - VİDEO
11:04 23.04.2024
Sülhməramlıların Qarabağı tərk etməsi, Cənubi Qafqazda sülh, III Dünya Müharibəsi? - Politoloq Əlimusa İbrahimovla MÜSAHİBƏ
11:00 23.04.2024
Rəsmi Tehran: "İran Azərbaycan və Ermənistan arasında razılaşmalara hörmətlə yanaşır"
10:55 23.04.2024
Sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - VİDEO
Sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - VİDEO
10:32 23.04.2024
Ermənilər Aşağı Əskiparadan toplanan minaları partladacaq
10:27 23.04.2024
2 nəfər Çinli casusluqda ittiham olunur
2 nəfər Çinli casusluqda ittiham olunur
10:20 23.04.2024
Politoloq: "İran Azərbaycanı özü üçün potensial təhdid görür" - ŞƏRH
10:13 23.04.2024
Dövlət Departamenti: İranda etnik azərbaycanlılar ayrı-seçkiliyə məruz qalır
Dövlət Departamenti: İranda etnik azərbaycanlılar ayrı-seçkiliyə məruz qalır
10:07 23.04.2024
Artan ailədaxili münaqişələr, cinayətlər... - Günahkar kimlərdir? - Ekspertlərin RƏYİNDƏ
10:00 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanda ZƏLZƏLƏ oldu
09:51 23.04.2024
Serbiya prezidenti xəbərdarlıq ETDİ - - Kosovoda...
Serbiya prezidenti xəbərdarlıq ETDİ - - Kosovoda...
09:45 23.04.2024
Bəzi bölgələrə yağış, Şahdağa sulu qar yağıb - FAKTİKİ HAVA
09:40 23.04.2024
Polşadan Rusiyaya “nüvə” hədəsi
Polşadan Rusiyaya “nüvə” hədəsi
09:37 23.04.2024
Paşinyan: "İşğalda olan bütün ərazilər Azərbaycana geri qaytarılacaq"
Paşinyan: "İşğalda olan bütün ərazilər Azərbaycana geri qaytarılacaq"
09:34 23.04.2024
Qırğızıstan prezidenti Ağdama gedəcək
09:30 23.04.2024
Bu gün Türkiyədə Milli Suverenlik və Uşaq Bayramı qeyd edilir
09:21 23.04.2024
Bu gün Bakıda beynəlxalq konfrans keçiriləcək - DAVAMI LAÇINDA OLACAQ
09:20 23.04.2024
Malayziyada helikopterlər toqquşub, azı 10 nəfər ölüb - VİDEO
09:13 23.04.2024
Makronu tənqid edən erməni jurnalist İrəvana buraxılmadı - VİDEO
09:08 23.04.2024
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb
09:02 23.04.2024
Paytaxtın bu küçələrində TIXAC VAR
08:55 23.04.2024
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
08:42 23.04.2024
Rus ordusu cəbhə xəttini yardı: sürətlə irəliləyir
06:21 23.04.2024
“TikTok” ABŞ-də sona qədər hüquqi mübarizə aparacaq
05:19 23.04.2024
Məktəb direktorunun MƏHKƏMƏSİNDƏN: Həmin qadından 300 min alıbmış
03:08 23.04.2024
Modriç gələcəyi ilə bağlı qərar verdi
02:06 23.04.2024
Aİ ölkələri yaxın vaxtlarda Ukraynaya HHM sistemləri göndərə bilər
01:00 23.04.2024
Peskov: “Sülhməramlıların Qarabağdan çıxarılması regiondakı reallıqlara uyğundur”
00:05 23.04.2024
Naxçıvanda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər SAXLANILIB
23:38 22.04.2024
Boksçumuz erməni rəqibini məğlub edib 1/4 finala yüksəldi
23:25 22.04.2024
Paşinyan Qarabağ ermənilərinin geri qayıtmasını real hesab etmir
23:06 22.04.2024
Azərbaycan və ABŞ maliyyəçilərinin görüşü keçiriləcək
23:00 22.04.2024
Leninin məqbərəsi BAĞLANIB - SƏBƏB
22:40 22.04.2024
Azərbaycanla Keniya arasında iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub
22:21 22.04.2024
Gürcüstan-Türkiyə sərhədində külli miqdarda qızıl-zinət məmulatlarının qanunsuz idxalının qarşısı alınıb
22:00 22.04.2024
Prezident İlham Əliyev: Fəxr edirik ki, azərbaycanlı mütəxəssislər BAM-ın tikintisində fəal iştirak ediblər
21:49 22.04.2024
Rumıniya parlamenti Qara dənizin minalardan müdafiəsi qrupunda iştirakını təsdiqləyib
21:39 22.04.2024
Hamısı