Zurabişvili: "Mükəmməl, mükəmməl, mükəmməl" Doğrudanmı hər şey mükəmməldir?

Rəsmi Tiflis də narahatdır

Analitika 12:50 28.02.2019

Gürcüstan Prezidenti Salome Zurabişvili dünən Prezident İlham Əliyevlə görüşdü. Gözlənilənlərin əksinə olaraq, görüş bir o qədər də soyuq keçmədi. Hətta Azərbaycan prezidenti qonağın şərəfinə rəsmi ziyafət də verdi və onlar mətbuata birgə açıqlama verdilər.

 

Zurabişvili: “Əgər Gürcüstan Dağlıq Qarabağ probleminin həllində rol oynaya bilsə biz buna hazırıq”.

 

 

Zurabişvilinin AZERTAC-a verdiyi müsahibə xüsusilə maraqlı oldu. Düzdür, bizim juralistlər “qonaqpərvər suallar” verdilər, ancaq yenə də xanım prezident son günlər Gürcüstan hökumətinin yürütdüyü siyasətin Bakıda narahatlıq doğurduğunu anladı və iki dövlət arasındakı münasibətlər barədə ilk suala “Mükəmməl, mükəmməl, mükəmməl” deyərək cavab verdi.

 

Zurabişvilinin belə maraqlı cavab verməsi təsadüfi deyildi. O bu qədər isti qarşılanacağını gözləmirdi. Çünki, Gürcüstan sözün həqiqi mənasında son vaxtlar Azərbaycanın əleyhinə kritik addımlar atır və bəyanatlar verirdi. Görünür, belə bir zamanda Azərbaycan prezidentinin göstərdiyi alicənablıq və qonaqpərvərlik xanım prezidentin yaddaşında da dərin iz qoydu. Ona görə də ilk fürsətdəcə “hər şey mükəmməldir” mesajını verdi.

 

Ancaq heç də hər şey mükəmməl deyil. Bunu Zurabişvili də gözəl anlayır. Bakı müttəfiqinin siyasətindən bərk narahatdır. Böyük ehtimalla bunu bağlı qapılar arxasında İlham Əliyev də qeyd edib. Ancaq yenə də Zurabişvilinin “hər şey yaxşıdır, hər şey mükəmməldir” deməsi rəsmi Tiflisin də Azərbaycanın Gürcüstana münasibətini dəyişməsi və mövqeyini sərtləşdirməsindən çox narahat olduğunu göstərir.

 

Zurabişvili müsahibəsində dəfələrlə “çətin vaxtlarda bir-birimizə dəstək olmuşuq” deyir və ardınca Gürcüstanın güclü və demokratik dövlət quruculuğu işini uğurla başa çatdırmasından danışır. Təbii ki, Azərbaycan hər zaman, ən çətin anlarda Gürcüstana həm maddi, həm də siyasi dəstək olub. 2003, 2008, 2010 və digər illərdə Gürcüstana edilən yardımlar, minlərlə kub metr qazın Gürcüstana hədiyyə edilməsi, Rusiyaya rəğmən Gürcüstanla BTC, BTƏ kimi layihələrdə ortaq olunması, Gürcüstana milyonlarla dollar dəyərində investisiya və borc kapitalının verilməsi və ən əsası Gürcüstanın ərazi bütövlüyünün təmin edilməsinin Azərbaycan tərəfindən rəsmi şəkildə dəstəklənməsi Zurabişvilinin qeyd etdiyi dəstəkdir.

 

Gürcüstan son 25 ildə Azərbaycan üçün xoş sözlərdən başqa nə edib?

 

Gürcüstan ərazisindən keçən hər kəmər, hər layihədən böyük gəlir əldə edib və SSRİ dağıldıqdan sonra qonşuluqda özünə iki böyük müttəfiq tapıb. Türkiyə və Azərbaycan. Bütün bunlara rəğmən Gürcüstan hələ də Ermənistanla əməkdaşlıq edir. Azərbaycan 20 ildən çoxdur ki, Qarabağı işğal etmiş Ermənistanı iqtisadi blokada vəziyyətində saxlamağa çalışır. Ermənistan üçünsə əsas koridor Gürcüstan və İrandır. İllərdir Rusiyanın Ermənistana satdığı silahlar məhz Gürcüstanın ərazisindən keçərək Ermənistana göndərilir. Həmən silahlar ki, səngərdə vətən qoyuran onlarla qeyrətli Azərbaycan oğlunu şəhid edib...

 

Odur ki, Zurabişvilinin qeyd etdiyi dəstək sadəcə sözdə dəstəkdir. Gürcüstan Xocalı soyqırımını da nə dövlət nə də parlamentar səviyyədə tanımır. Zurabişvili həmçinin, müsahibədə qeyd edir ki, bütün beynəlxalq təşkilatlarda iki dövlət bir-birinin mövqeyini müdafiə edir, ancaq daha çoxu edilə bilər.

 

Gürcüstanı Azərbaycan üçün quru sözdən daha artığını etməyə imkan verməyən nədir?

 

Xanım prezident bir maraqlı fikir də deyir: “Əgər Gürcüstan Dağlıq Qarabağ probleminin həllində rol oynaya bilsə biz buna hazırıq”. Əlbəttə ki, Gürcüstana problemin həlli üçün çox önəmli bir missiya düşür. O da Ermənistanla olan ticarət yollarını bağlamaqdır. Erməni terrorçuya heykəl qoymaq əvəzinə, Xocalı faciəsini dövlət səviyyəsində tanımaq və dünyaya tanıtmaq.

 

Sonda Zurabişvili Azərbaycana bir xahiş də ünvanladı: “Azərbaycan Rusiyaya belə bir mesaj verə bilər ki, qonşularıyla sülh və qarşılıqlı hörmət münasibətləri qurmaq Rusiyanın özü üçün daha yaxşı olar”. Bu fikirdən belə anlaşılır ki, Gürcüstan Rusiyayla danışıqlara başlamaq üçün Azərbaycandan yardım istəyir. Əlbəttə, Azərbaycan Gürcüstan və Rusiya arasında mövcud olan problemlərin həllində vasitəçi olmağa hər zaman hazırdır. Azərbaycan prezidentinin bu vasitəçiliyə uyğun imkanı və hər iki ölkə rəhbərləri arasında nüfuzu da var. Ancaq Gürcüstan son dövrlərdə yürütdüyü siyasəti davam etdirsə təbii ki, bu xahiş nəzərə alınmayacaq.

 

Eurasia Diary Azərbaycan və Gürcüstan əlaqələrinin dəyərləndirilməsi üçün gürcü politoloq Qia Abaşidzenin fikirlərini alıb.

 

 

“İlk növbədə bu görüş iki ölkə arasında münasibətlərin inkişafı baxımından çox önəmlidir. Gürcüstan prezidentinin ilk regional səfərini Azərbaycana etməsini müsbət qiymətləndirirəm”, - deyə Abaşidze bildirib.

 

Ekspert Zurabişvili administrasiyasının daha çox regional inkişafa istiqamətləndiyini qeyd edib.

 

“Mənim fikrimcə, Zurabişvili azərbaycanlı həmkarı ilə birgə regionda sabitliyin qorunması, nəqliyyat, ticarət, enerji, sosial, mədəni və digər sahələrdə regional əməkdaşlığı genişləndirməyə çox diqqət yetirəcək”, ekspert hesab edir.

 

“Bu gün hər iki tərəf bir daha bəyan etdi ki, iki ölkə arasında yüksək strateji münasibətlər mövcuddur. Düşünmürəm ki, Cevaxetiyadakı abidə münaqişəsi əlaqələrin korlanmasına gətirib çıxaracaq. Rəsmi Tiflis bu barədə Bakıya lazımı qədər izahatlar təqdim edib”, - Abaşidze hər iki ölkənin gələcəkdə Cənubi Qafqaz regionuna xüsusi həssaslıqla yanaşacağını gözləyir.

 

Ekspert Qazpromdan qaz idxalı qərarına açıqlama gətirib. O hesab edir ki, Gürcüstan bununla qaz marşrutlarının diversifikasiyasını nəzərdə tutub.

 

“Gürcüstanda qaz çatışmazlığı olduğu zamanda Azərbaycan bizə yardım əlini uzatdı. Biz bunu yüksək qiymətləndiririk lakin, enerji yollarının şaxələndirilməsi təhlükəsizliyi gücləndirəcək”, - deyə Abaşidze qeyd edib.

 

O, Gürcüstanın rus qazından asılı olması ilə keçmiş qara günlərə qayıtmasını istəmədiyini bildirib. Qia Abaşidze digər alternativlərin də dəyərləndirilməsinin düzgün olduğunu hesab edir.

 

Nicat İsmayılov

Ulvi Əhmədli

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Qubad İbadoğluya YEKUN İTTİHAM elan edildi
15:52 18.04.2024
Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans KEÇİRİLİR
15:50 18.04.2024
Ərəb politoloq Beynəlxalq Ədalət Məhkəməsini SƏRT TƏNQİD ETDİ - ÖZƏL
15:45 18.04.2024
Qarabağdan indiyədək çıxan rus hərbçilərinin və texnikanın SAYI
15:34 18.04.2024
"Fast food"-un bədənimizə və sağlamlığımıza təsiri -ARAŞDIRMA
"Fast food"-un bədənimizə və sağlamlığımıza təsiri -ARAŞDIRMA
15:30 18.04.2024
İşıqforlarla bağlı vətəndaşlara MÜRACİƏT
15:16 18.04.2024
Azərbaycanın təklif etdiyi sülh xalqın... - Deputat Məzahir Əfəndiyevlə MÜZAKİRƏ - VİDEO
15:00 18.04.2024
Rusiya XİN: Aİ-nin Bakı ilə İrəvan arasında normallaşma prosesi ilə bağlı səyləri səmərəsizdir
14:50 18.04.2024
Mariya Zaxarova: Moskva Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanması üçün mümkün olan hər şeyi edib
14:45 18.04.2024
ABŞ rəsmisi: Türkiyənin Cənubi Qafqazdakı fəaliyyəti qəbuledilməzdir
ABŞ rəsmisi: Türkiyənin Cənubi Qafqazdakı fəaliyyəti qəbuledilməzdir
14:43 18.04.2024
Paşinyan kəndlərin qaytarılmasında Türkiyədən bəhs etdi
Paşinyan kəndlərin qaytarılmasında Türkiyədən bəhs etdi
14:37 18.04.2024
“30 il bizə imkan verdi ki, düşməni öyrənək” – Umud Mirzəyev – VİDEO
“30 il bizə imkan verdi ki, düşməni öyrənək” – Umud Mirzəyev – VİDEO
14:30 18.04.2024
Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
14:25 18.04.2024
Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb
14:20 18.04.2024
Hamısı