Ay İslam ölkəsi, imanına bir qoz İran-Paşinyan əlaqələri

Analitika 15:19 28.02.2019

Dünən Ermənistan baş naziri Nikol Paşinyan Tehranda yerləşən Ararat klubunda erməni vətəndaşlarla görüş keçirib. Görüşməyində qeyri-adi bir şey yox idi. Əsas maraqlı məqam Paşinyanın “selfi”sində ortaya çıxdı. Selfidə Qarabağ separatçılarının bayrağının rəmzləri və “Qarabağ Ermənistanındır, bitdi” yazısı olan bir “parça” görünüb. Bu da təbii ki, Azərbaycanda böyük narahatlıq doğurub.

 

İranda baş verən bu hadisə bir həftə ərzində İran-Azərbaycan münasibətlərində gərginliyə səbəb olan ikinci olay oldu. Birincisiysə İran prezidentinin inqilabın 40-cı ildönümü tədbirindəki çıxışında “Cənubi Qafqaz (Azərbaycan) tarixi İran ərazisidir” deməsi idi.

 

Bir həftə ərzində Arazın o tayından gələn xəbərlər Xəzərin nəbzini artırıb, Xəzərdə Savalan dağı boyda dalğalar meydana gəlib. Ancaq məsələ Araz, Xəzər məsələsi deyil. Nəbi qağanın sözü olmasın Arazın o tayı da, bu tayı da bizim doğma el-obamızdır. Ancaq bizi narahat edən odur ki, bir dığa elimizin qarşısında, obamızın qoynunda bir “qələt” edir, 40 molla bu qələtə çəpik çalır, amma bir kişi durub “bu nə hoqqadı çıxardirsız baba” deyə bilmir. Acizliyimiz də elə bundadır.

 

Gələk İranın mövqeyinə. Qardaş, lap qədimdən bizimki bu farslarnan gətirmir. Təzə xəbər deyil ki, o boyda Xocalı soyqırımı yaşandı Arazın bu tayında. Bir molla durub o taydan bir yasin oxumadı. Hələ erməni üçün istixarə edib, gecə namazında dua edən ağsaqqal ruhanilərdən, Ermənistanın məkrli siyasətinə haqq qazandıran İran siyasətçilərdən danışmıram...

 

Sən demə İran elə dəqiqə sayırmış ki, Azərbaycanla Ermənistan müharibə eləsin, İran da öz mallarını ermənilərə sırısın. 25 ildir İran tacirləri erməniləri həm soyurlar, həm doydururlar. Ona görə də iki dövlətin və xalqın dostluğu başadüşüləndir. 2004-cü ildə İran Ermənistana qaz kəməri çəkəndə artıq bəlli oldu ki, İran kimin dostudur, kimin düşməni. Həmən İran 2001-ci ildə bir tanker nöyütə görə az qala Azərbaycana müharibə edəcəkdi. İllərdir bu “müsəlman ölkəsi” Xəzərdəki neft payımıza iddia irəli sürür, əlinə düşən hər fürsətdə “yıxılana balta vurmaq müstəhəbdir” deyərək bizi baltalayır.

 

İndi də Ararat klubunda Paşinyanın "şousuna" toplaşan ermənilər qondarma Qarabağ Respublikasının bayrağını qaldırıb, Qarabağ Ermənistanındır deyillər, hələ sonuna da bir bitdi sözü əlavə edirlər. SİPAH İranda uçan hər quşdan xəbərdar ola bilir, ancaq ermənilərin bu şousundan bixəbərdir? Niyə bir Azərbaycanlı fəal hətta facebook yazısına görə həbs edilir, ancaq Qarabağa əl uzadan bir erməni dığası rahatca Qarabağ mənimdir deyə bilir?

 

 

Ancaq Azərbaycan ağıllı siyasət aparır. Heydər Əliyev o vaxtkı İran prezidenti Rəfsancaniylə görüşəndə ona hər şeyi başa salmışdı. Rəfsancani çox oddu-alovluydu, amma Əliyev bir görüşdəcə onun “xodun almışdı”. İlham Əliyev də hakimiyyətə gələndən İranla düşmənçilik etmir, əksinə dostluq edir. Ancaq İran dost qədri bilən çıxmadı. Yaxşı yadımdadır, Nardaranda biraz giləvar tərsdən əsən kimi İran mollaları Arazın o tayında əl-ayağa düşür, təsbeh çövürür, narahatıq deyə bəyanatlar verirdilər.

 

İran Ermənistan iqtisadiyyatının “ağası”dır, qardaş. Ermənistan bazarındakı hər beş məhsuldan biri İran malıdır. İran da sanksiyaların bol vaxtı məhsulunu satmağa yer axtarır. İndiki bu yaxınlaşma da çox guman elə bu məsələylə bağlıdır.

 

İranda səfərdə olan erməni baş nazirin burada yaşayan ermənilərlə görüşməsi yerli mollaları heç narahat etmədi. Ancaq bu mollalar heç uzaqgörən deyil. Çünki düşünmürlər ki, əgər bu gün Tehranda, Ararat klubunda Paşinyan ermənilərlə görüşürsə sabah Təbrizdə İlham Əliyev yüz min nəfərlə Tiraxtur-Razinin “qurdlar dərəsində” oyununu izləyə bilər. İran hələ də başa düşmür ki, orada 35 milyon soydaşımız var və onlar heç də “yatmayıblar, oyaqdırlar, öz dilinə dayaqdırlar...”

 

Gələk bu müsəlman ölkəsinə. Şəriət əsasında idarə edilən bu dövlətdə hər cür haram, halal, hər cür halal isə haramdır. Məsələn, müsəlmanlara (azərbaycanlılara) zülmlər etmiş, qırğınlar törətmiş, müsəlman haqqını qəsb edən ermənilərlə dostluq din cəhətdən haram sayılsa da burada halaldır. Yenə dinimizə görə bir kəsin milllətpərvər olması və öz dilində danışıb, təhsil alması halal olmasına rəğmən, xüsusən azərbaycanlılara İranda bu əməl haramdır. Dinin hökmlərini baş-ayaq tətbiq edən İran tez-tez Azərbaycanı İsraillə müttəfiqliyinə görə “siyonist” adlandırır. Ancaq bu “baş-ayaq” İslam dövləti Ermənistan kimi işğalçı, müsəlman-türk düşməni bir dövlətə qucaq açmağı özünə ayıb bilmir. Əsəd kimi qaniçəni dəstəkləməyi “dinən vacib” bilir, Hizbullaha silah satmağı ən böyük savab bilir, Yəməni qarışdırmağı ən əsas cihad sayır. Professor Niyazi Mehdi demişkən, "İslama ən böyük zərbəni müsəlmanlar vurur".

 

Bu yerdə rəhmətlik şair Baba Pünhanın bir şeirindən misal çəkmək lap yerinə düşür: 

 

 “Ay İslam ölkəsi imanına bir qoz”

 

- Ey erməni, azacıq qiryətə gəlsək,

 

  Qoyarıq şəhri İrəvanına bir qoz.

 

 

Türkeş

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Hamısı