İrandan Bakıya “Paşinyan xəyanəti” Sabiq müşavir

Analitika 17:12 28.02.2019

İran molla rejimi Azərbaycanla bütün körpüləri yandıra-yandıra gedir.

Eurasia Diary xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, İranın Azərbaycana münasibəti lap əvvəldən qeyri-səmimi olub:

“İran tərəfi hər zaman müxtəlif yalançı ritorikalarla Azərbaycanla münasibətlərin qaydada olması görüntüsünü yaratmağa çalışıb. Ermənistanın baş nazirinə Tehranda göstərilən münasibət, özlərinin dediyi kimi, “qardaş duyğularını” bir daha ortaya qoydu. Şiəliyi və müsəlmanlığı özünə bayraq etmiş və bununla müsəlman ölkələrinin gözünü boyamağa çalışan fars rejimi hər addımda, fürsət düşən kimi əhalisinin böyük əksəriyyəti şiə olan müstəqil Azərbaycan dövlətinə qarşı qeyri-adekvat münasibətini ortaya qoyur. Əslində bu münasibət “şiə və müsəlman təəssübkeşi” İranın ideologiyasının yalançı və çürük olduğunu ifşa edən faktdır”.

Politoloq bildirib ki, “Ararat” klubunda qadınların başıaçıq oturması da, Azərbaycan əleyhinə qaldırılan şüar da ermənilərə fars rejiminin verdiyi hüquq və azadlıqlar səviyyəsində həyata keçirilib:

“Bu gün İranda cəmi 100 min olan erməni icması özünə universitet aça, öz dilində orta məktəb, müxtəlif incəsənət klubları yarada bilirsə, bu, fars rejiminin məkrli siyasətinin göstəricisidir. Bu, 40 milyonluq Azərbaycan türkünə qarşı diskriminasiya və assimilyasiya siyasəti aparan fars rejiminin riyakar üzünü bir daha açıb ortaya qoyur”.

Politoloq vurğulayıb ki, bu məsələlərdən ciddi nəticələr çıxarılmalıdır:

“Məsələn, Azərbaycan Şimal-Cənub dəmiryolu layihəsi üzrə İrana yarım milyard dollar faizsiz kredit verib. Bu kredit Astaradan Rəştə qədər olan dəmiryolu xəttinin uzadılmasına xərclənməlidir. İnşaatının bitirilməsi keçən ilin sonlarına qədər söz verilmiş tikinti hələ də başa çatmayıb. Əvəzində Nikol Paşinyanla Şimal-Cənub nəqliyyat dəhlizini (şose və dəmiryolu) nəzərdə tutaraq, bu yolun açılması, Ermənistana və Gürcüstana, ola bilsin ki, oradan Avropaya qədər gedəcək qaz kəməri barədə razılıq əldə edilir. Artıq bütün parametrlər üzrə molla rejimi Azərbaycana qarşı sözün həqiqi mənasında düşmən mövqedə dayanıb. Xalqımızın və ümumiyyətlə, İran əhalisinin azlığını deyil, çoxluğunu təşkil edən Azərbaycan türklərini əsarət altında saxlayan, onların milli hüquqlarını, insan haqlarını tapdayan rejimə qarşı, məncə, heç bir güzəşt olmamalıdır”.

Politoloq qeyd edib ki, İrana qarşı tətbiq edilən sanksiyalar şəraitində Azərbaycanın önəmi və rolu Tehran üçün çox vacibdir:

“İrana qarşı sanksiyaların kəskinləşdiyi bir məqamda Azərbaycanın seçimi Tehran üçün taleyüklü əhəmiyyət daşıyır. Ancaq Azərbaycan öz qonşuları ilə yüksək səviyyəli, səmimi və hörmətə əsaslanan siyasət həyata keçirir. Təəssüf ki, İran bunun qarşılığında ölkəmizin milli maraqlarına zidd siyasətini davam etdirir və bunun nəticəsi ola bilər. Bir sözlə, İran Azərbaycandan alternativ nəqliyyat dəhlizinin, qaz nəqliyyatının və başqa bu cür layihələrin işə salınmasının maliyyə hissəsi üçün kredit istəyir, ancaq Ermənistana qaz ixracını artırmaq, bu ölkəni tranzitə çevirmək layihəsinə yatırım etməyə hazır olduğunu ifadə edirsə, Bakıdan cavab addımları ala bilər”.

Qeyd edək ki, İranda rəsmi səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyan Tehranın “Ararat” klubunda erməni icması ilə görüşərək, icma üzvləri ilə birgə selfi çəkdirib. Selfidə əksini tapan plakatda ermənicə “Qarabağ Ermənistandır və Son” yazılıb.

Bu plakatın qaldırılmasına İran hakim dairələrinin imkan tanıması kəskin reaksiyalar doğurub.


Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO

Xəbər xətti

Cəlil Xəlilov: Qazaxın 4 kəndinin danışıqlar yolu ilə azad edilməsi Prezidentimizin tarixi uğuru, tarixi qələbəsidir
14:20 20.04.2024
Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlandı
14:14 20.04.2024
Keniya nümayəndə heyəti Azərbaycana SƏFƏR edəcək
13:59 20.04.2024
Paşinyan: Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcək
13:56 20.04.2024
Paşinyandan dünənki razılaşma ilə bağlı daha bir AÇIQLAMA
13:38 20.04.2024
Zakir Həsənov Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıq VERİB
13:20 20.04.2024
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
13:14 20.04.2024
Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ edib
13:06 20.04.2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi
13:02 20.04.2024
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:56 20.04.2024
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
12:43 20.04.2024
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı
12:29 20.04.2024
İsveç XİN rəhbəri Azərbaycan-Ermənistan delimitasiya komissiyasının əldə etdiyi razılaşmanı müsbət qiymətləndirib
12:16 20.04.2024
Sabah 30 dərəcə İSTİ olacaq
12:01 20.04.2024
Bakıda sevgilisini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi başlanılıb
11:35 20.04.2024
Sevimli səhnə ustası Nəsibə Zeynalovanın doğum günüdür
11:25 20.04.2024
Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb
11:20 20.04.2024
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
11:15 20.04.2024
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
11:05 20.04.2024
Rusiyanın səkkiz bölgəsinə 50 PUA ilə hücum olub
10:56 20.04.2024
Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşıb
10:50 20.04.2024
İran İsrailin hərbi hava texnikalarını "oyuncaq" adlandırıb - VİDEO
10:40 20.04.2024
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
10:30 20.04.2024
Bakıda 29 dərəcə isti var
10:20 20.04.2024
Bu gün yazıçı Çingiz Hüseynovun doğum günüdür
10:15 20.04.2024
Azərbaycanlılara qarşı soyqırımlar... Sulduz qətliamı... -FOTOLAR
10:08 20.04.2024
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
10:06 20.04.2024
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
09:59 20.04.2024
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
09:51 20.04.2024
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:46 20.04.2024
Şuşalılar doğma yurdlarına qayıdırlar - VİDEO
09:22 20.04.2024
“Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür" - Hikmət Hacıyev
09:15 20.04.2024
DİQQƏT: Bakıda bu saatlarda geomaqnit qasırğası başlayır
09:10 20.04.2024
Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
Hamısı