Azərbaycanda 170 manata ət satılır...

Analitika 17:40 25.03.2019

Bu gün dünyanın bir çox ölkələrində ətin qiyməti keyfiyyətinə, heyvanın cinsinə və digər amillərə görə tənzimlənir. Avropa Birliyinə üzv dövlətlərdə, həmçinin ABŞ-da da bu təcrübə həyata keçirilir. Təqdim olunan qiymətlər, üzərindəki təsnifat, yağlılıq dərəcəsi, heyvanın cinsinə nəzər yetirməklə həm münasib qiymətə ət seçmək, həm də ətin keyfiyyətli olub-olmamasını müəyyənləşdirmək mümkündür. Həmçinin bir müddət öncə Türkiyədə də ətin qiyməti ilə bağlı yeni siyasət müəyyənləşib.

Maraqlıdır, bu proqram Azərbaycanda tətbiq olunarsa, nə kimi töhfələr verə bilər?

Eurasia Diary bildirir ki, iqtisadçı-ekspert Natiq Cəfərli Sputnik-Azərbaycan-a açıqlamasında belə bir proqramın ölkəmizdə tətbiqinin təsirlərindən danışıb: "Elə ət məhsulları var ki, onların qiyməti kifayət qədər yüksəkdir. Bu cür ət məhsulları Cənubi Amerika və Avstraliyadan gətirilir. "Mərmər at" deyilən bir anlayış var. Bu ətin kilosu çox bahadır, bəzi hallarda 100 dollardan da yüksək olur. Bunun da bəlli səbəbləri var. O səbəbdən düşünürəm ki, bütün ət məhsullarının müəyyən kateqoriyalarla təsnifləşdirilməsi müsbət hal kimi qiymətləndirilə bilər".

N.Cəfərli qeyd edib ki, bu siyasətin reallaşdırılması üçün Azərbaycanda infrastruktur yaradılmalıdır: "Bir sıra ölkələrdə ətin qiyməti onun keyfiyyəti, kalorisi, cinsi, yağlılığı və digər amillərdən asılı olaraq dəyişilir. Bu siyasət həmin ölkələrdə uğurla reallaşdırılır. Lakin Azərbaycanda bu siyasətin uğurla reallaşdırılması üçün bir infrastruktur formalaşmayıb. Bunun üçün ilk olaraq potensial istehsalçıların qeydiyyatı aparılmalıdır".

"Azərbaycanda ət bazarında yerli məhsullar üstünlük təşkil etdiyi üçün çox zaman kənd yerlərində fermerlər kəsdikləri əti qapılarında satırlar. İstehsalçıların qeydiyyatı olmadığı üçün biz ölkədə nə qədər ətin istehsal olunması haqda dəqiq rəqəmlərə sahib deyilik. Bundan sonra isə ətlər markalanmalıdır. Növbəti mərhələdə isə prosesin daha asan reallaşması üçün elektron fəaliyyətə keçirilməlidir", - ekspert əlavə edib.

N.Cəfərli hesab edir ki, bu siyasət ölkəmizdə də tətbiq edilərsə, ətin markalaşması prosesi istehsalçıların qeydiyyata alınması ilə paralel həyata keçirilməlidir: "Markalaşma olduqdan sonra ətin təbiiliyi, yağlılığı, heyvanın cinsinə görə qiymət fərqləri yarana bilər. Avropada elə ərzaq dükanları var ki, orada heyvanın yemində heç bir qatqıdan istifadə olunmayan kənd təsərrüfatı məhsulları satılır. Bu məhsullar sırasında ət məhsulları da var və qiymətlər digərləri ilə müqayisədə fərqlidir".

"Azərbaycanda da belə bir praktikanın həyata keçirilməsi ilk olaraq alıcılar üçün daha müsbət addım kimi qiymətləndirilə bilər. Çünki yalnız bu zaman alıcı almaq istədiyi ətin tərkibi haqda məlumatlı olacaq", - o qeyd edib.

Bu gün Azərbaycanda ətin keyfiyyəti və tərkibindən asılı olmayaraq qiyməti 10-14 manat arasında dəyişilir. Ölkədə orta aylıq əmək haqqının 544.1 manat olması isə əhaliyə kifayət qədər ət istehlak etməyə imkan vermir. Məhz bu səbəbdən də Azərbaycanda adambaşına düşən ət istehlakı digər ölkələrlə müqayisədə kifayət qədər aşağıdır. chartsbin.com-un hesabatına görə, ölkəmizdə ət istehlakında adambaşına düşən illik rəqəm 32 kiloqramdır.

İllik olaraq ət istehsalı ilə bağlı rəqəmlərə nəzər saldıqda Azərbaycanın bir sıra ölkələrdən geridə olduğunu görə bilərik. ourworldindata.org-un yayımladığı son hesabata görə, Azərbaycanda 122.370 ton ət istehsal olunub. Rusiyada bu rəqəm 3.77, İranda 2.8, Türkiyədə 1.91, Ukraynada 1.17, Cənubi Afrikada 1.71 milyon ton ət istehsal olunur. ABŞ-da isə bu rəqəm qat-qat yüksək olaraq, 20.39 milyon təşkil edir.

Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO

Xəbər xətti

ABŞ və Avropa ölkələrindən Çinə TƏSİR - ANALİTİKA
10:30 25.04.2024
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
10:24 25.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
10:20 25.04.2024
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
10:15 25.04.2024
Azərbaycanda balıq ovu qadağan edilir
10:07 25.04.2024
BMT Təhlükəsizlik Şurasında kritik anlar: Rusiya veto qoydu
10:00 25.04.2024
Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO
09:55 25.04.2024
Mübariz Qurbanlının ailəsinə AĞIR İTKİ
09:48 25.04.2024
ABŞ-da Tik-Tok qadağan edilib
ABŞ-da Tik-Tok qadağan edilib
09:45 25.04.2024
Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb
09:40 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri... - ŞƏRH
09:32 25.04.2024
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
09:24 25.04.2024
Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib
09:15 25.04.2024
Rusiyada Harri Kasparovun həbsinə qərar verildi
09:09 25.04.2024
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
09:00 25.04.2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
Hamısı