"Əvvəllər biri mən türkəm deməyə qorxardı" Tarixçi-publisist Şuhrat Barlas

Analitika 17:27 29.03.2019

Özbəkistanlı tarixçi, publisist Şöhrət Barlas Eurasia Diary-ə ekskluziv açıqlamalar verib.

 

"Nazarbayevdən sonra qızı hakimiyyətə gələ bilər"

Dariga Nazarbayeva ile ilgili görsel sonucu

Ş. Barlas əvvəlcə Qazaxıstanda və Mərkəzi Asiya regionda gedən siyasi dəyişiklikləri izah edib. O, qeyd edib ki, “Nazarbayevin istefası gözlənilən idi. O, illərlə yalnız Qazaxıstanın deyil, bütün Türk dünyasına xidmət edib və türk elinin ağsaqqalı kimi məşhurlaşıb. Lakin Nazarbayevin son dövrlər səhətində yaranan problemlər və yaşının kifayət qədər irəliləməsi onda belə bir fikir yaratdı ki, artıq istefa vaxtı çatıb. Düşünürəm ki, Nazarbayev bu istefa ilə yeni bir siyasi ənənə yaratdı və ən azından digər region ölkələrinin liderləri kimi dövlət başçısı kimi dünyadan köçmək istəmədi”. Ş. Barlas həmçinin bildirib ki, Nazarbayevdən sonra yerinə kimin keçəcəyini dəqiq demək çətindir, ancaq qızı Dariqa xanımın parlament sədri vəzifəsinə gətirilməsi məncə, onun 2020-ci ildə keçirləcək prezident seçkilərində iştirak edəcəyinə dəlalət edir. Həmçinin Nazarbayevin hələ sağlığında paytaxtın adını Nur-sultan olaraq dəyişmək ən azından siyasi etikaya uyğun gəlmir.

 

"Özbəkistan bağırsaqlarını rüşvətxor məmurlardan təmizləyir"

özbekistan'da tutuklamalar ile ilgili görsel sonucu

 

Qazaxıstanla birlikdə Özbəkistanda da həm siyasi, həm də digər sahələrdə ciddi dəyişikliklər müşahidə edilir. Özbəkistanda Şövkət Mirziyoyev hakimiyyətə gəlməsindən sonra keçmiş bürokratik aparata və korrupsiyaya qarşı ciddi mübarizə başladı. Yüzlərlə korrupsioner məmur və hətta keçmiş prezident İslam Kərimovun qızı həbs edilib. Onlarla general, nazir, güc strukturlarında çalışan yüksək rütbəli məmur, hökümət üzvləri və s. həbs edildi. Yəni, Özbəkistan bağırsaqlarını rüşvətxor məmurlardan təmizlədi. 30 minə yaxın siyasi repressiyalara məruz qalmış və qara siyahıya düşən siyasi fəalın adı qara siyahıdan silindi. İllərlə sırf azad və müstəqil fikirlərini ifadə etdiklərinə görə məhkum edilən yüzlərlə jurnalist, alim və tarixçi həbsdən azad edilib. Ən əsası isə Şövkət Mirziyoyev xalqın içindən çıxan biri olaraq mütamadi olaraq vətəndaşlarla görüşür və bu görüşlərdə hətta onu mühafizəçilər deyil, xalq müşahidə edir. Bu tipli dəyişikliklərin bütün region dövlətlərinə görülməsi təbii ki, mümkündür və gözləniləndir deyə Ş. Barlas qeyd edib.

 

"Özbəkistan Mərkəzi Asiyanın lider dövlətinə çevriləcək"

özbekistan'da tutuklamalar ile ilgili görsel sonucu

 

Ş. Barlasın sözlərinə görə, Özbəkistan Mərkəzi Asiyanın tam mərkəzində, tranzit yollarının üzərində yerləşən, böyük tarixə malik bir dövlətdir. 34 milyon vətəndaşa sahib bu ölkə heç bir hərbi təşkilatın üzvü deyil və balanslı siyasət yürüdür. Özbəkistan həm NATO, həm də KTMT ilə eyni zamanda müxtəlif sahələrdə əməkdaşlıq edir. Xüsusən ,Şövkət Mirziyoyevin hakimiyyətə gəlməsindən sonra Özbəkistan getdikcə Mərkəzi Asiyanın lider dövlətinə çevriləcək.

 

"Ermənistanın Özbəkistanda heç səfirliyi belə  mövcud deyil"

özbekistan ermenistan ile ilgili görsel sonucu

 

 

Azərbaycan və Özbəkistan dövlətləri arasında münasibətlər yüksək səviyyədədir. Özbəkistan Azərbaycanın haqq davası olan Dağlıq Qarabağ probleminin Azərbaycanın xeyrinə həll edilməsinin tərəfdarıdır. Təsadüfi deyil ki, Ermənistanın Özbəkistanda heç səfirliyi belə  mövcud deyil.

 

Nizaminin əsərin ilk dəfə özbəklər tərcümə edib

nizami gəncəvi ile ilgili görsel sonucu

 

 Özbək xalqı və Azərbaycan xalqı çox qədim tarixi ənənələrə sahib, eyni soydan gələn, eyni dildə danışan, eyni dəyərlərə sahib və eyni dinə inanan iki xalqdır. Bizim mədəniyyətimizdə də birçox ortaq məqamlar var. Biz dahi Nizamini, Fizuli və Nəsimini həm də özbək xalqının şairləri hesab edirik və bu doğmalıqdan irəli gəlir. Tarixdə ilk dəfə Nizaminin “Xosrov və Şirin” poemasını tərcümə edən də məhz bir özbək olmuşdur. Bu şəxs məşhur Qutub Xarəzmi olub (1341).

 

“Turana qılılncan daha böyük nemət, yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət”

“Türk xaqlarının bir olması bu gün ən böyük zərurətdir” deyən Ş. Barlasın sözlərinə görə, bu birliyə aparan əsas yolu Hüseyn Cavid göstərib. Hüseyn Cavid məşhur “İblis” əsərində də qeyd edir ki, “Turana qılılncan daha böyük nemət, yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət”. Türk xalqlarının birliyi sadəcə kültür millətçiliyinin, mədəni əlaqələrinin möhkəmləndirilməsinin hesabına baş tuta bilər. Türk xalqlarının birləşməsinə ən böyük əngəlsə din ayrımçılığı və ümmətçilikdir.

turan birliği ile ilgili görsel sonucu

 

"Əvvəllər biri mən türkəm deyməyə qorxardı"

 

Ş. Barlasın sözlərinə görə əvvəllər Özbəkistanda biri özünə Türk deməyə qorxardı. Türkçülər və Turançıların əksəriyyəti həbslərdə idi. Türkçülük ideologiyasına qarşı ciddi təzyiqlər mövcud idi. Məşhur yazıçı Məhəmməd Əli Maxmudov "Boz Börü" kitabını yazdığına görə həbs edilmişdi. Lakin bu gün hətta dövlət televiziyalarında türkçü tarixçilər və ya şairlər çıxış edir və sərbəst fikirlərini ifadə edə bilirlər. 

 

"Türküstanda ən böyük ideoloji xəstəlik manqurtluqdur"

 

“Türküstan regionunda və ümumi post-sovet məkanında ən böyük ideoloji xəstəlik manqurtluqdur. Manqurtluq çox ağır xəstəlikdir və bu xəstəlikdən sağalmaq mümkün deyil. Sözügedən manqurtlar sovet dövrü bitsə bel hələ də o ənənələr əsasında yaşayan insanlardır. Bu tip insanlara cəmiyyətin hər təbəqəsində görmək mümkündür. Belə insanların şəxsi fikri olmur, onlar kimi olmayan insanları qəbul edə bilmirlər, totalitarizmin prinsiplərini ideal hesab edirlər, radikal səviyyədə muhafizəkardırlar və cəmiyyətdə milli şurun oyanması bu insanlar üçün ən böyük bədbəxtlikdir. Düşünürəm ki, bu tipli manqurtlar cəmiyyətimizdən təmizləndiyi zaman biz daha da inkişaf etmiş bir ölkə olacayıq.

 

"Nəsibə Zeynalova özbəklərin ən çox sevdiyi azərbaycanlı aktrisadır"

nəsibə zeynalova ile ilgili görsel sonucu

Ş. Barlas həmçinin qeyd edib ki, “Özbəkistanda hələ də “Qaynana”, “Əhməd hardadır?” və digər Azərbaycan filmləri maraqla izlənilir. Nəsibə Zeynalova özbəklərin ən çox sevdiyi azərbaycanlı aktrisadır. Azərbaycan müğamı və digər mahnıları dillər əzbəridir. Azərbaycan şairlərinin şeirləri burada çox məşhurdur. Bütün bunlar bir daha iki xalq arasındakı yaxın münasibətləri sübut edir”.

 

Nicat İsmayılov

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr III günündə davam edir - CANLI

Xəbər xətti

Stoltenberq təsdiqlədi: NATO-nun iclasında Zelenski də olacaq
05:50 18.04.2024
Qərbin təzyiqlərinə baxmayaraq, bundan imtina etməyəcəyik
03:49 18.04.2024
Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov
01:48 18.04.2024
Qarabağdan çıxarılan sülhməramlılar qatarla yola salındı
00:06 18.04.2024
Salyan sakinləri balıqların qoxusundan ŞİKAYƏTLƏNİRLƏR
23:44 17.04.2024
Tramp seçkiqabağı sorğuda Baydenə uduzur
23:23 17.04.2024
Fələstinin BMT-yə üzvlüyü sabah Təhlükəsizlik Şurasında səsverməyə çıxarılacaq
23:00 17.04.2024
Belçika İrana qarşı yeni sanksiyalara görə Aİ sammitini çağıracaq
22:39 17.04.2024
IMF ABŞ-nin yumşaq fiskal siyasətini tənqid edib
22:22 17.04.2024
Bolqarıstanın cənubunda yeni quş qripi virusu aşkarlanıb
22:00 17.04.2024
Burundidə leysan yağışları nəticəsində 200 mindən çox insan zərər çəkib
21:40 17.04.2024
784-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi
21:21 17.04.2024
Əli Kərimin xatirəsinə həsr olunan tədbir keçiriləcək
20:47 17.04.2024
İranlının narkokuryerliyə cəlb etdiyi şəxs saxlanıldı
20:30 17.04.2024
Qanun Tiflisi AB-dən uzaqlaşdıracaq - Mişel
20:05 17.04.2024
Daha dörd qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib
19:50 17.04.2024
Azərbaycanın növbəti iki ildə AQEM-ə sədrliyi dövründə görəcəyi işlər müzakirə olunub
19:28 17.04.2024
Rusiyanın Çerniqova hücumu nəticəsində ölənlərin sayı 17-yə çatıb, şəhərdə matəm elan edilib - YENİLƏNİB
19:18 17.04.2024
MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə prosesi keçirilib
19:15 17.04.2024
Bayramov Sarıbayla görüşdü
19:00 17.04.2024
Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalanıb
18:50 17.04.2024
Azərbaycan Tatarıstanla iqtisadi tərəfdaşlığının inkişaf istiqamətlərini müzakirə edib - YENİLƏNİB
18:44 17.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr III günündə davam edir - CANLI
18:40 17.04.2024
Hakan Fidan HƏMAS sədri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
18:39 17.04.2024
17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
18:33 17.04.2024
Rusiyadan Azərbaycana gətirilən dondurulmuş toyuq məhsulunda bakteriya aşkarlanıb
18:20 17.04.2024
Brüssel sammitində Ursula Fon der Leyenə "cinayətkar" dedilər
18:11 17.04.2024
Naxçıvanda "Bayraktar" dronları havaya qaldırıldı
18:00 17.04.2024
“Paris-2024” Yay Olimpiya Oyunlarının startına 100 gün qaldı
17:50 17.04.2024
Əfv Komissiyasının iclası keçirildi
17:40 17.04.2024
Dövlət ali təşkilatdır ailə isə... - Deputat Tahir Kərimli ilə MÜZAKİRƏ - VİDEO
17:38 17.04.2024
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı YENİ XƏBƏR
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı YENİ XƏBƏR
17:30 17.04.2024
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana gələcək
17:20 17.04.2024
Prezidentdən Şuşa şəhəri ilə bağlı SƏRƏNCAM
17:08 17.04.2024
Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir
17:05 17.04.2024
Azərbaycanda daha bir sabiq deputat vəfat etdi – FOTO
17:00 17.04.2024
Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı
Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı
16:52 17.04.2024
Fransalı politoloq Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın iddialarından DANIŞDI – ÖZƏL
16:29 17.04.2024
13 yaşlı qızla münasibətdə olan şəxsə HÖKM OXUNDU
16:22 17.04.2024
Sülhməramlıların Qarabağdan çıxarılmasının SON TARİXİ açıqlandı
16:08 17.04.2024
Hamısı