Vyanada erməni diplomatiyasının iflası Və sonrasında baş verənlər

Analitika 12:38 31.03.2019

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında baş tutan Vyana görüşü və sonrasında baş verənlər Dağlıq Qarabağ konfliktinin gələcəyi üçün xüsusi əhəmiyyət kəsb edir. Beləki, uzun müddət sonra rəsmi şəkildə Azərbaycan və Ermənistan liderləri konfliktin həlli üçün bir araya gəldilər ki, bu bir az da Azərbaycan tərəfinin israrlı mövqeyi və təzyiqləri hesabına baş tutdu.

 

Vyanada Əliyevlə Paşinyan arasında ilk rəsmi görüşün baş tutması Azərbaycanın diplomatik uğuru hesab edilə bilər. Beləki, 2-3 ay öncə Paşinyanın siyasi ritorikasına diqqət yetirdiyimiz zaman müşahidə edirdik ki, o, danışıqlarda yalnız iki tərəfin, Azərbaycanla Ermənistanın iştirakının əleyhinədir. Paşinyan dəfələrlə bəyan etmişdi ki, Ermənistanda keçirilən seçkilərdə Qondarma Dağlıq Qarabağ Respublikasının vətəndaşları iştirak etməyiblər və Paşinyan danışıqlarda Qarabağ ermənilərini təmsil edə bilməz. Ona görə də danışıqlar 2+1 formatında, qondarma rejimin də iştirakıyla keçirilməlidir.

 

Ancaq Azərbaycan bir növ Paşinyanı Vyana görüşündə iştirak etməyə məcbur etdi. Əvvəla Əliyev istər Düşənbədə, istərsə də Davosda keçirilən qeyri-rəsmi görüşlərdə seperatçıların danışıqlarda iştirakında Ermənistanın israrının müharibə səbəbi ola biləcəyinə işarə etmişdi. Bundan savayı Azərbaycan ATƏT-in Minsk qrupu ilə təmasa keçərək Ermənistanın danışıqlardan yayınması halında gec-tez müharibə faktorunun reallaşacağını açıq bir şəkildə bəyan etmişdi.

 

16 yanvarda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçirilən görüşdən sonra “xalqların sülhə hazırlanması” kimi çox vacib və pozitiv bir bəyanat verilməsi belə Azərbaycan tərəfinin mövqeyini yumuşaltmadı. Azərbaycan Paşinyan hakimiyyətə gəldikdən bu yana rəsmi şəkildə ikitərəfli görüş tələb edirdi. Ermənistan tərəfi hətta Paris görüşündə belə “ liderlərin görüşünə hazırlıq” barədə heç nə vəd demədi. Paşinyan bacardığı qədər ikitərəfli görüşü yubadmaq istəyirdi. Lakin Paris görüşündən bir müddət sonra Azərbaycan ordusu genişmiqyaslı hərbi təlimlərə start verdi. Bu həm Ermənistana, həm də ATƏT-ə əyani bir mesaj idi. Mesaj çox sadə idi, “Daha yubanmaq olmaz”.

hərbi təlimlər 2019 ile ilgili görsel sonucu

 

Vyana görüşünün baş tutmasıyla nəticələnən, ardıcıl baş verən və siyasi əhəmiyyətə malik hadisələrə nəzər salaq:

  • 23 fevralda Azərbaycan ordusu kiçikmiqyaslı hərbi təlimlərə start verdi;
  • 5 martda ATƏT-in sədri Layçak Bakıya gəldi və İlham Əliyevlə görüşdü;
  • 5 martdakı görüşdə Layçak danışıqların formatının dəyişdirilməyəci barədə açıqlama verdi;
  • 6 martda Paşinyan Avropa İttifaqı komissarı ilə görüşdü və komissar Yohannes Xan danışıqların formatının dəyişdirilməsini məqbul hesab etmədiklərini bildirdi;
  • 11 martda genişmiqyaslı hərbi təlimlərə strat verildi;
  • 22 martda ATƏT nümayəndəsi Kasperşik Paşinyanla görüşdü;
  • 24 martda artıq görüşün baş tutacağı bəlli oldu;
  • 27 martda görüşün harada və nə zaman keçiriləcəyi müəyyənləşdirildi.

Vyana görüşü ilə nəticələnən diplomatik xronikaya nəzər saldığımız zaman bir daha görürük ki, Ermənistan danışıqlarda qondarma rejimin iştirakı üçün bütün imkanlarını səfərbər edib. Paşinyan Avropa İttifaqı və ATƏT başda olmaqla bütün beynəlxalq insitutların rəhbərləri ilə görüşüb və onları seperatçıların danışıqlar masasında iştirakına razı salmağa çalışıb. Ancaq Paşinyanın bütün diplomatik addımlarını Əliyev vaxtında gördü və konkret mövqey ortaya qoydu. “Danışıqların formatının dəyişdirilməsinə imkan verməyəcəyik”. Başqa sözlə danışıqların formatının dəyişməsi müharibə səbəbidir. İlham Əliyevin bu mövqeyi xüsusən Bakıda ATƏT sədri Layçakla keçirilən görüşdə bir daha özünü doğrultdu və Layçak Ermənistan rəhbəliyinə lazımı iradı çatdırıb, görüşlərin formatının dəyişdirilməyəcəyini bəyan etdi.

 

Bütün bunları nəzərə alaraq qeyd edə bilərik ki, Azərbaycan başqa sözlə desək Paşinyanı zorla Vyanada danışıqlar masasına oturtdu. Və Əliyev 3 saat çəkən danışıqlardan sonra mətbuata verdiyi ilk açıqlamada dedi: “Əsas odur ki, danışıqların formatı dəyişməz qalıb”. Yəni, biz qarşı tərəfin bütün cəhdlərinə rəğmən danışıqların formatını qoruya bildik. Bu nöqteyi-nəzərdən qeyd edirik ki, Vyana görüşünün baş tutması belə diplomatik uğur hesab edilməlidir.

 

Vyana görüşündə Paşinyanın üz cizgilərindən, bədən dilindən bəlli olurdu ki, o çox şeydən narazı qalıb. Danışıqlardan sonra görüşü dəyərləndirən Paşinyan “normal keçdi” dedi. Təbii ki, başqa deməyə sözü qalmamışdı və ürəyini Bako Saakyana boşaltmaq üçün birbaşa Xankəndiyə zəng etdi. Xankəndiyə edilən zəngdə nələr danışıldığını bilmirik, ancaq zəngin səbəbi aydın idi. Paşinyan bir daha öz ölkəsinin ictiamiyyətinə göstərmək istədi ki, danışıqlarda o, Qarabağ ermənilərini də təmsil edib və görüş barədə müzakirələr aparmaq üçün onların rəhbəri Saakyana zəng edib.

 

Vyana görüşlərindən sonra ikinci və ən əsas hadisə ABŞ-da, Nyu-Yorkda baş verdi. Ermənistan Mudafiə Naziri David Tonoyan erməni lobbisinin toplantısında çıxış edərək bildirdi ki, “Ərazilər əvəzinə sülh formatını dəyişərək yeni ərazilər uğrunda yeni müharibə prinsipinə üstünlük verəcəyik, biz hücum bölmələrinin sayını artıracağıq ki, döyüş əməliyyatlarını düşmən ərazisində apara bilək”.Tonoyanı bu cür həyasız və radikal çıxışa məcbur edən də məhz Ermənistanın Vyanadakı diplomatik uğursuzluğu oldu. Paşinyanın aylardır üzrində çalışdığı “2+1” layihəsi iflasa uğradı və o, təkbətək görüşə məcbur edildi. İndi erməni ictimaiyyətinin diqqətini Vyanadakı uğursuz görüşdən Nyu-Yorkdakı militarist və radikal şuara çevirmək lazım gəlirdi. Bu nöqteyi-nəzərdən deyə bilərik ki, Ermənistan hökumətinin mövcud siyasi stuatsiyada tək məqsədi danışıqlarda vaxt qazanıb, hakimiyyətini qorumaqdan ibarətdir.

david tonoyan ile ilgili görsel sonucu

 

Azərbaycan danışıqların həlli üçün Ermənistana ciddi təzyiq göstərir və bu təzyiq davam etdirilməlidir. Tonoyanın açıqlamalarına bənzər açıqlamalara isə yalnız Xarici İşlər Nazirliyimizin nümayəndələri deyil, həm də təmas xəttindəki texnikamız cavab verməlidir. Sülh məsələsinə gəlincə, hazırda sadəcə problemin həlli istiqamətində danışıqlardan söhbət gedir, sülh danışıqları Qarabağ azad edildikdən sonra başlanmalıdır...

 

Nicat İsmayılov

Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO

Xəbər xətti

Məşhur rejissor cəngavər statusu alacaq
Məşhur rejissor cəngavər statusu alacaq
15:00 29.03.2024
Azərbaycanda problemli kreditlərin məbləği AZALIB
14:48 29.03.2024
Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILIR - MƏBLƏĞLƏR
14:42 29.03.2024
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar  var
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar var
14:35 29.03.2024
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
14:33 29.03.2024
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
14:30 29.03.2024
Müharibə veteranları üçün yeni güzəşt MÜƏYYƏNLƏŞİR
14:25 29.03.2024
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
14:15 29.03.2024
Bu halda ipotekaya xitam VERİLƏCƏK
Bu halda ipotekaya xitam VERİLƏCƏK
14:05 29.03.2024
Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
14:00 29.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu
13:55 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
13:45 29.03.2024
Umud Mirzəyev: “Aİ-nin Cənubi Qafqaza səfəri regionu öz təsir dairəsində saxlamaqdır”
13:36 29.03.2024
Narkotik istehlak etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
13:25 29.03.2024
Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək
13:20 29.03.2024
Fransada inflyasiya kəskin artıb
Fransada inflyasiya kəskin artıb
13:15 29.03.2024
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi
13:05 29.03.2024
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
13:00 29.03.2024
Ötən il Azərbaycana xaricdən 1,7 mlrd. dollar pul baratı daxil olub
12:49 29.03.2024
Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO
12:45 29.03.2024
Oğurluqda ittiham olundu, özünü güllə ilə vurdu - Maraqlı faktlar
12:30 29.03.2024
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
12:20 29.03.2024
“Crocus”da xəsarət alanların sayı 382 nəfərə ÇATDI
12:18 29.03.2024
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
12:15 29.03.2024
İndi dünya daha yavaş dönür
12:10 29.03.2024
“Pulu olmayan bələdiyyə necə fəaliyyət göstərsin?!” – Fazil Mustafa
12:05 29.03.2024
Aİ-nın Cənubi Qafqazda səfəri sülh prosesinə necə təsir edəcək? – Amerikalı Ekspert Açıqlayır – ÖZƏL
12:00 29.03.2024
Netanyahu Mossad rəhbərinin sülh təklifini RƏDD EDİB
11:55 29.03.2024
Şuşa şəhərində yeni məscidin təməli qoyulub
11:52 29.03.2024
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
11:50 29.03.2024
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
11:45 29.03.2024
Sosial xarakterli fövqəladə mühit rejimində qaydalarına riayət edilməməsinə görə cərimələr müəyyənləşir
11:42 29.03.2024
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:40 29.03.2024
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
11:38 29.03.2024
ABŞ yeni ittifaq yaradır... - ANALİTİKA
11:33 29.03.2024
Azərbaycanda bu maşınlar kəskin UCUZLAŞDI - Satmaq istəyənlər isə 3 dəfə artdı
11:28 29.03.2024
ABŞ və Aİ Ermənistanı niyə silahlandırır? – SƏBƏB VƏ MƏQSƏD
11:22 29.03.2024
Bakı-Sumqayıt şosesində yaranan sıxlığın SƏBƏBİ bilindi
11:17 29.03.2024
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
11:15 29.03.2024
Hamısı