Öncə bunu deməliyəm ki, Türkiyədəki siyasi durum hər zaman iqtisadiyyatın dalğalanmasına bağlı olub. Türkiyədəki siyasilər, o cümlədən başda Ərdoğan olmaqla hər kəs bilirdi ki, seçkinin təməl daşı demokratiya, xalqın səsi, xalqın dövlətçiliyi düşünməsidirsə, təməlin üzərindəki daşlar, iqtisadiyyat, xarici siyasət, siyasətçilərin qərarlılığıdır.
Onillər boyu ard-arda dövlət çevrilişlərindən usanan və bu səbəbdən ölkəsinin dövlətini dişi ilə, dırnağı ilə qoruyan Türkiyə xalqını, kapitalist prinsiplərlə düşünməsi normal haldır.
Bəli, Türkiyə xalqını çox şeydən əvvəl Türkiyənin iqtisadiyyatı düşündürür. Bu da danılmaz həqiqətdir ki, iqtisadiyyatın düşüsə doğru getməsi və ölkədaxili siyasətdə hakim partiyanın tək hakimiyyətlilik nümayiş etdirməsi, paytaxt sakinlərinin CHP –yə səs verməsinə səbəb oldu.
AKP Ankara kimi böyük şəhəri itirdi, ardıncada İstanbul itirmə gorxusu yaşayır, lakin AKP İstanbulda sona qədər dirənəcəyi gözlənilir. Türkiyə xalqı nə istəyir? 1. Terorun bitməsi. 2. Sabit iqtisadiyyat. 3. Xarici siyasətdə qərarlı, cəsarətli Türkiyə.
Və bunu da xüsusi ilə qeyd etməliyəm ki, Türkiyə xalqı artıq pafoslu çağırışlara, çıxışlara, meydan siyasətinə aldanmır. Ərdoğanın seçkinin bitməsindən həmən sonra, açıqlamasını da, nəzərdən qaçırmamalıyıq. Rəcəb Tayyib Ərdoğanın açıqlamasının məğzi təxminən belədir: "Siyasi kursumuzu xalqın düşüncələrini nəzərə alaraq, dəyişəcəyik."
Bu seçimlər əsasən onu göstərdi ki, Türkiyə xalqı üçün iqtisadi maraqlar, siyasi maraqlardan üstündür və istənilən anda iqtidarı başqası ilə əvəzləyə bilər.
Beynəlxalq münasibətlər üzrə ekspert Ramiyə Məmmədova