Professordan FHN-ə çağırış Ən sərt tədbirlərdən çəkinməyin!

Analitika 12:45 03.04.2019

FHN yanğın təhlükəsizliyi qaydalarına əməl etməyən, təlimatlara uymayan hansısa qurumu birbaşa ləğv edə bilməsə də, onu yüksək məbləğdə cərimələyə bilər. Hətta ilk cərimədən sonra İnzibati İcraat haqqında qanuna əsasən bir neçə dəfə cərimələyə bilər.

Bu sözləri Axar.az-a beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev “Diqlas”dakı yanğından sonra bənzər hadisənin başqa inzibati və yaşayış binalarında baş verməsinin qarşısının alınması üçün görülməsi vacib olan işlər barədə deyib.

F.Mehdiyev bildirib ki, FHN məhkəməyə də müraciət edə bilər:

“Bundan narahat olmaq və sahibkarlığa maneə kimi dəyərləndirilməsindən ehtiyat etmək lazım deyil. Əksinə, bu, sahibkarlığın qorunması baxımından vacibdir. Çox istərdim ki, FHN cərimədən əvvəl nöqsanlarla bağlı akt tərtib etdikdən sonra qarşı tərəfə məhdud bir vaxt versin. Məsələn, bir ay! Bir aydan sonra yoxlama zamanı müəyyən olunsa ki, nöqsanlar aradan qalxmayıb, onda cərimə tətbiq edilsin. Cərimə tətbiqi də müddətli olsun – yəni növbəti bir ayda cərimə tətbiq edilən obyektdə daha bir yoxlama keçirilsin. Yenə də nöqsanların aradan qaldırılması yönündə iş görülmədiyi üzə çıxarsa, növbəti, daha ağır cərimə və məhkəməyə obyektin fəaliyyətinin dayandırılması barədə müraciət edilsin”.

F.Mehdiyev deyib ki, sərt metodlardan istifadə edilməməsinin səbəbləri var:

“Məsələn, bir çox sahibkar bəzi qurumlar, nazirliklər tərəfindən yersiz müdaxilələrə məruz qaldıqlarını bildirir və vaxtaşırı dövlətdən yardım istəyir. Dövlət də dəfələrlə sahibkarlardan yana olduğunu nümayiş etdirib. Amma FHN sahibkarların bu iddiasından çəkinməməli, ehtiyat etməməli, ən sərt tədbirlər almaqdan geri durmamalıdır. Nəhayət, sahibkarlar da anlayacaq ki, bu tədbirlər onların özünün malının və canının qorunması üçündür”.

F.Mehdiyev bildirib ki, ticarət mərkəzlərinin çoxunda vəziyyət ürəkaçan deyil:

“Məsələn, Sədərək Ticarət Mərkəzində yanğın baş versə, nə həmin əraziyə yanğınsöndürən avtomobil girə biləcək, nə də başqa yolla yanğının tez bir zamanda söndürülməsi mümkün olacaq. Yaxud, Yasamal rayonunda “Bizim market” mağazası var. Daim insanla dolu olur. Marketin ikinci mərtəbəsinə çıxış ancaq liftlədir, pilləkəni yoxdur. Mən onlara dedim ki, niyə pilləkən yoxdur, yanğın zamanı nə baş verəcək, düşünmüsünüzmü? Dedilər ki, yanğın nərdivanı var. Ancaq mən o yanğın çıxışını, nərdivanını axtarsam da, görə bilmədim. Bu adi, ikimərtəbəli marketdə olan böyük bir nöqsandır. Təsəvvür edin, daha hündür ticarət mərkəzlərində, yaşayış binalarında necə nöqsanlar var”.

Ekspert vurğulayıb ki, bütün sahibkarlara birdəfəlik xəbərdarlıq edilməlidir:

“Hansısa qurumun bu məsələ ilə bağlı səlahiyyətlərinin artmasını gözləməyə ehtiyac yoxdur. Sadəcə, sərt tədbirlərə əl atılmalıdır. Həmçinin qanunvericilik ağırlaşdırılmalıdır, standartları artırmaq lazımdır. Elektron hökumət portalında bu qaydaları camaata tanıtmaq lazımdır. VÖEN-i olan bütün şəxslərin hamısının qeydiyyatı Vergilər Nazirliyində var. Bütün bu insanlara sms vasitəsilə təlimatlar, qaydalar, standartlar göndərilməlidir ki, həmin şəxslər nəyi necə etməli olduqlarını bilsinlər. Çünki bu gün insanların əksəriyyətinin qanunvericilikdən xəbərləri yoxdur. Nəzərə alınmalıdır ki, dövlətin məqsədi əslində cərimələmək deyil, bu problemi aradan qaldırmaqdır”.

F.Mehdiyev bildirib ki, təkcə inzibati binalarda deyil, yaşayış binalarında da vəziyyət acınacaqlıdır:

“Bu gün hətta düzgün tikilən binaların heç birində yanğın nərdivanı yoxdur, lakin bu, bütün yaşayış binaları üçün mütləqdir. Çünki yanğın zamanı binanın daxilində insanlar alovdan deyil, tüstüdən dünyasını dəyişir. Bu baxımdan binanın bayırdan olan yanğın nərdivanı mütləqdir. Bu zaman insanlar tüstünün təsirinə az məruz qalaraq binanı tərk edə bilirlər. Ancaq blok tipli çıxışlarda bu, mümkün deyil.

Yəni FHN ən xırda detalı belə nəzərdən qaçırmadan, ən sərt ölçülər götürməlidir”.

Professor əlavə edib ki, bu gün şəhərsalmada ciddi nöqsanlar var və problem də buradan qaynaqlanır:

“Bir-birinə bu qədər yaxın binalar olarmı? Adi yol, maşın parklama yeri qoyulmur. Bakıda şəhərsalmada ciddi pozuntular var. Yolların kənarları satılıb, parklanma yerləri yoxdur, bir ağaclıq, yaşıllıq qalmayıb. Belə olduğu üçün ciddi təhlükəsizlik problemi ilə üzləşirik”.

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Hamısı