Azərbaycan Ordusu cəbhə xəttində hadisələrin hər hansı şəkildə inkişafına hazırdır İsrailli ekspert Arye Qut

Analitika 09:58 03.04.2019

Çoxillik münaqişə vəziyyətində olan iki dövlətin liderlərinin görüşünün mümkün və zəruri olması barədə çoxdan danışırdılar. Ermənistanda “məxməri inqilab” adlandırılan hadisələr nəticəsində siyasi rejim dəyişəndən sonra ikitərəfli münasibətlərin nizamlanacağına müəyyən ümid yarandı. Hərçənd hər iki tərəfin gözləntiləri fərqli və tamamilə bir-birinə ziddir. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib: “Uzun fasilədən sonra ilk dəfə olaraq ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistan rəhbərliyi arasında rəsmi görüş təşkil edilib. Bu, bir daha təsdiq edir ki, danışıqların formatı dəyişməz qalır və danışıqlar prosesi Azərbaycan ilə Ermənistan arasında aparılır”.

Tanınmış israilli ekspert Arye Qut AZƏRTAC-a bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyanın bu yaxınlarda Vyanada keçirilmiş görüşü bir daha təsdiq etdi ki, danışıqların formatında heç bir dəyişiklik olmayacaq, hərçənd Ermənistanın baş naziri buna çox ümid edirdi. Ermənistanda “məxməri inqilab”ın liderinin bu cür yelbeyin və bəsirətsiz niyyətləri yeni baş nazirin qeyri-peşəkarlığına, onun strateji təfəkkürünün olmamasına və böyük siyasət üçün əsla yaramadığına dəlalət edir. Prezident İlham Əliyev ilə Nikol Paşinyanın Vyana görüşündən dərhal sonra Ermənistanın müdafiə naziri David Tonoyan təxribat xarakterli bəyanatla çıxış edərək “sülh müqabilində ərazilər” formatını dəyişdiyini bildirib. Tonoyan deyib: “Mən müdafiə naziri kimi deyirəm: Mən “sülh müqabilində ərazilər” formatını dəyişmişəm. Biz bunun tam əksini edəcəyik: “yeni ərazilər uğrunda yeni müharibə. Heç bir güzəşt olmayacaq. Kompromislər mümkündür. Biz bu səngər vəziyyətindən, daim müdafiə olunmaq vəziyyətindən çıxacağıq”.

Arye Qutun fikrincə, belə vəziyyətdə bu cür bəyanatlar ona gətirib çıxaracaq ki, müharibə Azərbaycan üçün ədalətə nail olmağın yeganə üsulu olacaq. İsrailli ekspert vurğulayır: “İki ay bundan əvvəl mən təmas xəttində oldum və atəşkəs rejiminin etibarsız, amanabənd olmasını real surətdə hiss etdim. Təəssüf ki, Nikol Paşinyan və onun müdafiə naziri kimi küçədən gəlmiş, “silahla meydan oxuyan” populistlər, əslində, başa düşmürlər ki, indiki güclü və müstəqil Azərbaycan artıq XX əsrin 90-cı illərinin sonundakı ölkə deyil. Hamı çox gözəl başa düşür ki, dilənçi vəziyyətində olan yoxsul Ermənistan üçüncü ölkənin dəstəyi olmadan Azərbaycan ərazilərinin 20 faizini işğal edə bilməzdi. Azərbaycanın səbri tükənməkdədir. Rəsmi Bakı dəfələrlə bəyan edib və Ermənistana xəbərdarlıq edib ki, o, mövcud status-kvo ilə heç vaxt razılaşmayacaq. Lakin Ermənistanın hərbi və siyasi rəhbərliyinin sərsəm bəyanatları göstərir ki, onlar narahatdırlar, qorxuya və vahiməyə düşüblər”.

Ekspert vurğulayıb ki, Azərbaycan Ordusu cəbhə xəttində hadisələrin hər hansı şəkildə inkişafına hazırdır. O deyir: “İndi Azərbaycan Ordusu - ən güclü, ən müasir texnika və silahlar, ən yüksək döyüş hazırlığı, intizam və şəxsi heyətin mübariz ruhu deməkdir. Azərbaycanın və Ermənistanın maliyyə imkanlarındakı fərqlər onların müdafiə və hücum potensialındakı fərqlərdə əks olunur. Globalpower.org rəsmi hərbi statistika saytının hesablamalarına görə, həm hərbi, həm də siyasi və iqtisadi amillər, o cümlədən rəsmi Bakının daimi dövlət gəlirləri mənbələrinin olması, Ermənistanın isə bu cür mənbələrinin olmaması nəzərə alınmaqla Azərbaycanın hərbi qüdrəti Ermənistanın müdafiə qabiliyyətindən 1,5 dəfə yüksəkdir. Bu gün müstəqil Azərbaycan ölkənin müdafiə sektoruna Ermənistanın bütün dövlət büdcəsinə uyğun məbləğdə sərmayə qoymağı özünə rəva görə bilər. Təcrübənin göstərir ki, müasir müharibədə döyüş əməliyyatları aparılması üçün kimin daha çox inkişaf etmiş, yüksək texnoloji vəsaitləri varsa, həmin tərəf qalib gəlir. 2016-cı ilin Aprel əməliyyatları zamanı erməni işğalçılarına qarşı İsrailin pilotsuz zərbə aparatlarının səmərəli şəkildə tətbiq edilməsini xatırlamaq kifayətdir və bu barədə çox danışmaq olar.

Heç kəs unutmayıb ki, 2016-cı il aprelin əvvəlində Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hərbi təxribatlarına cavab olaraq və öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə Ermənistan ordusuna sarsıdıcı hərbi zərbə endirdi. Heç kəs üçün sirr deyil ki, bu gün Azərbaycan Cənubi Qafqazda ən güclü və qüdrətli ordusu olan ölkədir. Ermənistanın baş naziri və müdafiə naziri çox gözəl bilirlər ki, Azərbaycanla birbaşa hərbi toqquşma Ermənistanın qəti iflasına və fiaskosuna gətirib çıxaracaq. Mən Azərbaycanın hərbi potensialını Ermənistanla heç müqayisə etmək istəmirəm, çünki bunlar tamamilə müqayisəolunmaz şeylərdir. Zənnimcə, Paşinyan çalışacaq ki, vəziyyət son həddə çatmasın, çünki bundan sonra onun üçün və Ermənistan üçün qarşısıalınmaz nəticələr baş verə bilər”.

A.Qutun fikrincə, Azərbaycan və Ermənistan liderlərinin Vyana görüşü bir daha göstərib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Azərbaycan həm ölkənin, həm də Cənubi Qafqaz regionunun maraqlarına cavab verən düzgün və konstruktiv mövqe tutur.

Azərbaycan Prezidenti İlham Əliyev özü də TASS agentliyinə müsahibəsində bu yanaşmanı təsdiqləyərək danışıqlar prosesini nəticəyə yönəltməyin zəruri olduğunu qeyd edib. O deyib: “Azərbaycan üçün birinci yerdə beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazilərinin beynəlxalq hüquq, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsi çərçivəsində işğaldan azad edilməsi məsələsi durur”. Bununla bərabər, danışıqlar prosesində irəliləyiş olmasını və Ermənistan tərəfin son zamanlar təkid etməsinə baxmayaraq, danışıqlar prosesinin formatının dəyişməz olduğunu vurğulayıb. Prezident İlham Əliyev deyib ki, danışıqlar prosesinə yeni təkan verilib.

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Hamısı