Azərbaycanda intiharlar niyə artır? Ekspertdən açıqlama

Analitika 16:35 04.04.2019

8-ci sinif şagirdinin intihara cəhdi

Bugün səhər saatlarında daha bir yeniyetmə intihara cəhd etdi. Eurasia Diary-nin verdiyi xəbərə görə, Səbail rayonunda yerləşən 162 nömrəli tam orta məktəbdə 8-ci sinif şagirdi özünü məktəbin 3-cü mərtəbəsindən yerə atıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan şagird (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) xəstəxanaya yerləşdirilib, vəziyyəti hazırda ağır olaraq qalır. Hadisə zamanı yeniyetmənin əlində kəsici alət olub. İlkin məlumata görə, şagirdin ailəsində müəyyən problemlər mövcuddur.    

Görünən odur ki, Azərbaycanda intiharların sayı ildən-ilə artır. Belə bir fikir var ki, onların sayı artmayıb, sadəcə intihar hadisələri KİV-də yayımlanır deyə belə təsəvvür yaranıb. “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin psixoterapevt-psixoanalitiki Elmir Əkbər Eurasia Diary-ə açıqlamasında bu fikrin təmamilə yanlış olduğunu bildirib.

Related image

 

Azərbaycanda intiharların səbəbi nədir?

“Müraciətlərdən belə aydın olur ki, intihar sayında real artım var. Qeyd edək ki, intihara cəhd xarakterin zəif və ya güclü olmasından asılı deyil. Xoşbəxtlikdən intihara cəhdlərin heç də hamısı ölümlə  bitmir. Lakin bu sakitləşməyə əsas vermir. İntihar hallarının artmasının bir səbəbi odur ki, cəmiyyət inkişaf edib və insanlar arasında ünsiyyət forması təmamilə dəyişib. Əvvəl insanlar arasında olan canlı ünsiyyət gərginliyi aradan qaldırırdı. İkinci bir səbəb isə ailədə insanların bir-biri ilə çox maraqlanmaması, cəmiyyətdə və ailədə laqeydlik və biganəliyin artmasıdır. Sovet dövründə sərhədlər bağlı idi. Böyük sistemin sərhədi bağlı olanda kiçik sistemlərin sərhədləri açılır. Yəni, dövlətin sərhədi bağlı olanda ailədə sərhəd açılır. Əvvəllər insanlar bir-birinin evində rahat televizora baxa bilərdi və s. Lakin indi biganəlik yarandıqda belə insanlar düşünür ki, müdaxilə etsə özü üçün başağrısı yaradacaq, indiki dövrdə qiymətli olan zamanını itirəcək", Elmir Əkbər söyləyib. 

Onun sözlərinə görə, son günlərdə üç qızla bağlı yayılan video göstərir ki, ailədə ata-ana arasında səmimiyyət yoxdur, ailə üzvü evdən çıxanda hesabat vermir və s.

"Ünsiyyət qırıqlığı da intiharların yaranmasında rol oynayır. Azərbaycanda bir quruluşdan digərinə keçid olan ictimai formasiya ilə yanaşı, Qarabağ problemi də yan təsir kimi çıxış edir. Lakin inkişaf etmiş ölkələrdə psixoterapiyanın inkişafı ilə bu aradan qalxdı. Azərbaycanda bu proses başlasa da hazırda müraciətlərin sayı intiharların sayından geri qalır. İnsanlar hələ də cadugər yanına getməklə intiharın qarşısını almaq istəyirlər. Çox təəssüf ki, mütəxəssislərin bir çoxunun da müvafiq təhsili və təcrübəsi yoxdur. Azərbaycanda psixoterapiya xidmətinə daha çox diqqət ayırmaq əvəzinə psixoterapevt ixtisası ləğv olundu. Bütün dünyada psixoterapevt yox, artıq psixoterapevt analitik, psixoterapevt loqoterapevt kimi şaxələri üzrə mütəxəssislər yetişir. Biz bu cür yanaşma ilə intiharın qarşısını ala bilmərik. İntihara aparan ən böyük yollardan biri də depressiyadırDepressiyada olan insan mütləq peşəkar psixoloq konsultasiyalarından keçməlidir. Əgər insan deyirsə ki, mən artıq ağzımın dadını itirmişəm, dünya sanki dəyişib, rəngarəngliyini itirib, əvvəl zövq aldığım şeylərdən indi zövq ala bilmirəm və nəhayət deyirsə ki, mən artıq həyatın mənasını itirmişəm bu ciddi narahatlığa səbəb olmalıdır. Bu zaman təkcə dərman preparatlarının qəbulu sadəcə asılılıq yaranmasına gətirib çıxaracaq", ekspert deyib.

"Psixoloqun ölümü intihar yox, qəsd idi"

Bəs psixoloqun özü çətin psixoloji durumda olarkən nə edir? Psixoloqun da həyatında bir problem ola bilər.  İki il öncə yerli mediada intiharlara dair ekspert rəyləri ilə çıxış edən, insanları intihardan çəkindirən psixoloq Dəyanət Rzayevin özünə qəsd etməsi ilə bağlı yayılan xəbər hər kəsi sarsıtmışdı. Ekspert məşhur psixoloqun qətlində qəsdin olduğuna inanır.

“O müxtəlif varlı, biznesmen adamlarla bağlı fikirlər söyləyirdi. Dəyanətin yaxınları və onunla yaxın təmasda olan insanlar hamısı bu ölümün qətl olduğunu deyib. Onun cəsədini tapdıqları şərait də bunu deməyə zəmin verib. Bundan əlavə, psixoloqlar özləri hər həftə ən azı bir superviziya və bir terapiya olmaqla prosedurdan keçirlər.  Ona görə Dəyanət Rzayevin intihar edərək ölməsi ehtimalı mümkünsüzdür”, deyə Elmir Əkbər sonda qeyd edib.

Eyni zamanda, KİV-də yer alan intihar xəbərləri də psixoloji təsir kimi ortaya çıxır, yeniyetmə və digər psixoloji durumu zəif və ya çətin vəziyyətdə olan insan bu xəbərləri oxuduqda, psixoloji təsirə məruz qalır. İntihar baş verdikdə digər araşdırmalarla yanaşı pxisoloji araşdırma da aparılmalıdır. Məsələn, 1968-ci ildə Praqaya sovet tankları yeridiləndə 21 yaşlı çex etiraz olaraq özünü yandırmışdı. Ondan sonra daha 15-20 nəfər bundan nümunə götürdü.

Kədərli statistika

İntiharlar müharibələrdən və qətllərdən daha çox insan tələfatına səbəb olur. Bunu Dünya Səhiyyə Təşkilatının ekspertləri bildirib. Hər il dünyada 800 000-dən çox adam intihar edir. Hazırda hər 100 min nəfərdən 7-si özünə qəsd nəticəsində həyatını itirir. Hər 40 saniyədən bir kimsə intihar edir. Məlumata görə təkcə 2000-ci ildən bəri dünyada baş verən intiharların sayı 1 milyona çatır və bunun da öz səbəbləri var. Dünya statistikasında bildirilir ki, ən yüksək intihar halları narkomanlar, əlillər, ruhi xəstələr, həmçinin xroniki alkoqolizmdən əziyyət çəkənlər arasında müşahidə olunur.

İntihar motivi mənəvi olduğu kimi maddi imkansızlıq da ola bilər. Lakin intiharların statistikası demək olar ki, həm inkişaf etmiş, həm də kiçik dövlətlərdə eynidir. Məsələn Somali intiharlara görə son yerlərdən birini tutur. Maia Szalavitz adlı araşdırmaçı jurnalist bu nəticəyə gəlir ki, firavan ölkələrdə bir qayda olaraq mülkiyyət bərabərsizliyi daha böyük olur. O hesab edir ki, bərabərsizliyin özü də nisbi anlayışdır və burada başlıca amil sosial status məsələsidir. Başqa sözlərlə işini itirən bankir başa düşür ki, o, innən belə müəyyən maşınları sürüb, müəyyən restoranlarda yeyə bilməyəcək. Elə buna görədir ki, son iqtisadi böhran dövründə məhz bank və birja işçiləri arasında intihar halları daha çox olub. Bundan başqa, intihar səviyyəsi iqlim şəraiti ilə də bağlı ola bilər. 

Hər bir insanın həyatı boyunca intihar fikri ağlından keçir, amma bunun həyata keçirilməsi ani bir qərardır. Belə deyilir ki, özlərini asanların boyun nahiyəsinə baxanda, çırmaq izləri görunür, bu o deməkdir ki, peşman olur, amma özünü qurtara bilmir. Bu cür arzuolunmaz halın yaranmasının qarşısını almaq üçün ekspertin də qeyd etdiyi kimi problemə vaxtında və peşəkar yanaşma olmalıdır. 

Gülnar Səlimova

Azərbaycanın təhlükəsizlik orqanlarının yaranması günüdür - VİDEO

Xəbər xətti

Gənclər Paytaxtında teatr əsaslı təlim düşərgəsinə yekun vurulub
13:12 28.03.2024
Direktor müavini olmaq istəyənlərin NƏZƏRİNƏ
13:02 28.03.2024
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
12:54 28.03.2024
Sabah 20 dərəcə isti olacaq
12:45 28.03.2024
“Bu ərazilər Azərbaycana sülh yolu ilə qaytarılacaq” – İlyas Hüseynov
12:30 28.03.2024
Sabah dumanlı hava gözlənilir
Sabah dumanlı hava gözlənilir
12:27 28.03.2024
Ombudsman Xankəndidə erməniəsilli sakinlərlə görüşüb, sığınacağa baş çəkib
12:23 28.03.2024
"Aİ nümayəndələrinin diqqəti yalnız Rusiyaya qarşıdır" - Mariya Zaxarova
12:17 28.03.2024
“Macarıstan ABŞ-ın birbaşa diqtəsinə qulaq asmır” – Politoqdan AÇIQLAMA
12:15 28.03.2024
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:09 28.03.2024
Tanışını öldürən şəxsin cinayət işi məhkəməyə göndərildi
12:06 28.03.2024
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
11:55 28.03.2024
Mərkəzi Bank uçot dərəcəsini AZALTDI
11:52 28.03.2024
Toyda gəlinə verilən hədiyyə boşananda BÖLÜNMƏYƏCƏK
11:50 28.03.2024
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
11:45 28.03.2024
Mərkəzi Bankdan inflyasiyaya dair proqnozla bağlı AÇIQLAMA
11:43 28.03.2024
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
11:40 28.03.2024
Paşinyan "mühacir Qarabağ hökumətini" tanımadığını bildirib
11:39 28.03.2024
ABŞ-Ermənistan-Aİ müştərək konfransı Azərbaycana təzyiq planının tərkib hissəsidir - deputat Könül Nurullayeva
11:30 28.03.2024
Türkiyənin bu küçələrinə azərbaycanlı şəhidlərin adı verilib
Türkiyənin bu küçələrinə azərbaycanlı şəhidlərin adı verilib
11:24 28.03.2024
Ermənistan hökuməti separatçıların İrəvandakı açıqlamalarına göz yumur - BƏYANAT
11:20 28.03.2024
Rusiya şəbəkəsi ifşa edildi, ölkədə həyəcan təbili çalındı
Rusiya şəbəkəsi ifşa edildi, ölkədə həyəcan təbili çalındı
11:15 28.03.2024
KTMT-nin Baş katibi: "Ermənistanla münasibətləri təhlil edirik"
11:11 28.03.2024
Rusiya ulduzları Müslüm Maqomayevin mahnılarından ibarət albom yazdı
11:07 28.03.2024
Qalaktikadakı nəhəng qara dəliyin YENİ FOTOSU
11:06 28.03.2024
Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilib
11:05 28.03.2024
ABŞ Dövlət Departamentinin əməkdaşı ölkəsini soyqırıma şərait yaratmaqda günahlandırıb
11:03 28.03.2024
Putin Qərbə xəbərdarlıq edib
Putin Qərbə xəbərdarlıq edib
11:00 28.03.2024
Sülh müqaviləsinin imzalanması reallaşır? – Paşinyanın Fransa nümayəndəsi ilə görüşünün GİZLİ MƏQAMLARI
10:45 28.03.2024
Əli Nağıyev: Ermənistanla sülh müqaviləsinin imzalanması üçün yaranmış şərait Fransanı ciddi narahat edir
10:35 28.03.2024
Deportasiya edilən təxribatçı sığınacaq istədi
Deportasiya edilən təxribatçı sığınacaq istədi
10:30 28.03.2024
Bakıda döyüş tətbiqinə yararlı qumbara və partladıcı tapıldı
10:25 28.03.2024
Bu gün ilk Qədr gecəsidir
Bu gün ilk Qədr gecəsidir
10:20 28.03.2024
Hər 6 uşaqdan 1-i kiberbullinqə məruz qalır
Hər 6 uşaqdan 1-i kiberbullinqə məruz qalır
10:15 28.03.2024
DTX rəisi: Fransa Ermənistanı yeni müharibəyə təhrik edir
DTX rəisi: Fransa Ermənistanı yeni müharibəyə təhrik edir
10:12 28.03.2024
Əli Nağıyev: “Daşaltı əməliyyatında itkin düşmüş daha 73 nəfərin adı yaxın günlərdə açıqlanacaq”
10:08 28.03.2024
12 nəfər Qəzza sakini humanitar yardım almaq üçün həyatını itirib
12 nəfər Qəzza sakini humanitar yardım almaq üçün həyatını itirib
10:05 28.03.2024
Bağça müdiri vəzifəsinə qəbul üçün imtahan keçiriləcək
10:00 28.03.2024
İtaliyada güclü ZƏLZƏLƏ oldu
09:58 28.03.2024
Azərbaycan Xalqının Qüruru İlə Oynamaq olmaz! – Elman Mustafazadə yazır...
09:58 28.03.2024
Hamısı