"Ermənistanın Hindistanı varsa, Azərbaycanın da Pakistanı var" Hərbi əməkdaşlığın qızıl dövrü

Analitika 10:50 05.04.2019

Pakistan Azərbaycanın ən sıx əməkdaşlıq etdiyi, müttəfiqlikdən savayı qardaşlıq münasibətləri olan bir dövlətdir. Xüsusən iki dövlət arasında günü-gündən genişlənən hərbi əməkdaşlıq daha çox diqqət cəlb edir. Bu məqalədə xüsusən 2016-cı ilin aprel döyüşlərindən sonra Azərbaycan və Pakistan arasında daha da genişlənən hərbi əməkdaşlığın inkişaf tempi tətqiq edilib.

 

Pakistan Azərbaycanın müstəqilliyini Türkiyədən sonra ikinci tanıyan ölkədir. Azərbaycan Respublikasının müstəqilliyi Pakistan tərəfindən 1991-ci il dekabrın 12-də tanınıb. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin iyun ayının 9-da qurulub. Bu faktlar Azərbaycanla Pakistan arasında münasibətlərin ilkin mərhələdən ideal səviyyədə qurulmasına və inkişafına zəmin yaradıb.

Pakistanla Azərbaycan arasında hərbi əməkdaşlığın inkişaf tempi Azərbaycanın müstəqilliyinin ilk illərində üzləşdiyi hərbi embarqo və daha sonrasındakı sosial, siyasi və iqtisadi problemlərlə bağlı olaraq olduqca aşağı səviyyədə idi. Lakin Azərbaycanda daxili siyasi sabitlik və iqtisadi inkişaf əldə edildikdən sonra Pakistanla olan dostluq və müttəfiqlik əlaqləri hərbi əməkdaşlıq səviyyəsinə keçdi.

Xüsusən 2016-cı ilin aprel ayında Azərbaycanla Ermənistan arasında baş verən “4 günlük müharibə” bir daha göstərdi ki, Azərbaycanla Pakistan yalnız müttəfiq deyil, həm də qardaş ölkələrdir. Aprel döyüşlərinə ilk reaksiyanı aprel ayının 3-də Pakistan İslam Respublikasının Müdafiə Nazirliyi verdi. Beləki, Pakistan Müdafiə Nazirliyinin “Pakistan Defence” səhifəsində “Pakistan xalqı Ermənistanla münaqişədə Azərbaycan xalqını dəstəkləyir, Dağlıq Qarabağ Azərbaycanındır” başlıqlı paylaşım edildi. 

 Ardınca, Rusiya paytaxtında keçirilən Avrasiya ölkələri parlament spikerlərinin birinci toplantısında iştirak edən Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq azərbaycanlı jurnalistlərə açıqlamasında qeyd etdi ki, “Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın başqa yolu qalmazsa, biz dost ölkəyə hər cür dəstək verməyə hazırıq. Pakistan ordusunun canlı qüvvələri başqa ölkələrin ərazisində hərbi əməliyyatlara qatılmır. Lakin hökumətin razılığı ilə Pakistan hərbi qüvvələri dost ölkələrə dəstəyini də əsirgəmir”.

Sərdar Ayaz Sadiq ile ilgili görsel sonucu

Həmçinin məlumdur ki, Pakistan 80 minlik qoşununu Azərbaycana dəstək üçün hazır vəziyyətə gətirmişdi. Məhz bu fakt Azərbaycan rəhbərliyi tərəfindən yüksək qiymətləndirildi və Pakistanla olan əməkdaşlığın daha da inkişaf etdirilməsinə səbəb oldu. Azərbaycan prezidenti başda olmaqla bütün Azərbaycan vətəndaşları Pakistanın dəstəyini əyani şəkildə hiss etdi. Nəticədə Pakistanla Azərbaycan arasında hərbi əməkdaşlıq özünün “qızıl dövrünü” yaşamağa başladı.

 Azərbaycan Milli Məcisinin deputatı Tahir Rzayev  Hindistanın Ermənistana silah satmasına münasibət bildirərkən bildirib ki, “Ermənistanın Hindistanı varsa, Azərbaycanın da Pakistanı var”. Bu açıqlama doğurdan da mövcud stuatsiyanı analiz etməyə kömək edir. Tarixi zərürət zülmə uğrayan iki müsəlman, qadaş xalqı bir-birinə daha da yaxınlaşdırdı. Aprel döyüşlərindən sonra Pakistanın dəstəyini yüksək qiymətləndirən Azərbaycan öz hərbi arsenalında daha çox Pakistan silahlarını görmək barədə qərar qəbul etdi. Bu qərara həmçinin Aprel döyüşlərindən sonra Azərbaycanla Rusiya arasında yaşanan soyuqluq və gərginləşmə də öz təsirini göstərdi. Aprel döyüşlərindən sonra Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlığın yeni erası başlandı.

28 fevral, 2017-ci ildə Azərbaycan prezidenti İlham Əliyevlə Pakistan İslam Respublikası prezidenti Nəvaz Şərif arasında İslamabadda təkbətək görüş baş tutdu. Görüşdə Əliyev əvvəlcə öz həmkarına aprel döyüşləri zamanı Pakistanın göstərdiyi dəstəyə görə təşəkkür etdi.  

Bu çox məhsuldar görüş idi. Görüşün sonunda Azərbaycan Pakistandan JF -17 Thunder”“Super Mushshak”  döyüş təyyarələrinin alınması haqqında razılaşma əldə edildi. Bu razılaşmaya əsasən həmən ilin 27 iyulunda Pakistan aviasiyasının marşalı Ərşad Malik və Azərbaycan Hərbi Hava Qüvvvələrinin komandanı general-leytenantı Ramiz Tahirov 10 ədəd “Super Muşak” təlim-məşq təyyarəsinin Azərbaycan HHQ-yə verilməsi barədə saziş imzalayıblar. Bu tarixi saziş Azərbaycanla Pakistan arasında hərb əməkdaşlıq tarixinə qızıl hərflərlə yazıldı. Qeyd edək ki, “Super Muşak” “Saab şirkətinin MFI-17 təyyarəsinin təkmilləşdirilmiş versiyasıdır. JF qırıcıları isə Azərbaycan üçün “Su-30”un alternatividir. Beləki, Rusiya və Ermənisan arasında imzalanan müqaviləyə əsasən ilkin mərhələdə 8, daha sonra 12 "Su 30 sm" qırıcısı Ermənistana satılacaq. Azərbaycanda məhz buna görə Pakistanın istehsal etdiyi JF-lərə diqqəti yönəldib. Xatırladaq ki, JF təyyarələri son həftələrdə Hindistanla Pakistan arasında yaşayanan döyüşlərdə müsbət leyfiyytləri ilə seçiliblər və düşmən üçün əsl baş ağrısına çevriliblər.

JF -17 Thunder ile ilgili görsel sonucu

 

2018-ci ilin Sentyabrın 25-də Bakı Ekspo Mərkəzində keçirilən “ADEX 2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi çərçivəsində müdafiə naziri, general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsi sədrinin müavini, general-leytenant Malik Zəfər İqbalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Pakistanın istehsal etdiyi aviabonmbaların alınmasıyla bağlı razılaşma əldə edilib. İstehsal edilən müxtəlif təyinatlı aviasiya bombaları və yönləndirmə dəstlərinin Azərbaycan Hərbi Hava Qüvvələrinə təqdimatı keçirilib və bəyənilib. Bu aviasiya bombaları uzaq məsafədən düşmənin möhkəmləndirilmiş sığınacaqlarını, xüsusilə də betondan düzəldilmiş sığınacaqlarını dəqiqliklə məhv etməyə imkan verir. Bombalar həm NATO ölkələrində istehsal olunan təyyarələrdən, həm də Sovet təyyarələrindən atıla bilir.

Pakistan İslam Respublikasında səfərdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyətini 2019-cu ilin martın 22-də bu ölkənin prezidenti Arif Alvi və Birləşmiş Qərargah rəisləri Komitəsinin sədri general Zübair Mahmud Həyat qəbul edib. Görüşlərdə ölkələr arasında hərbi, siyasi, iqtisadi və s. əlaqələrin inkişafı barədə danışıqlar gedib və Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlığın genişləndirilməsi barədə müqavilə imzalanıb. Bu müqavilə yaxın gələcəkdə Azərbaycanın Pakistandan yeni silahlar alması və hərbi əməkdaşlığını daha da intensivləşdirməsini təmin edəcək. 

 

 

 

Martın 23-də isə İslamabad şəhərində Pakistan Silahlı Qüvvələrinin hərbi paradı keçirilib. Paradda Pakistan Ordusunun bölmələri ilə yanaşı, Azərbaycan Ordusunun bir piyada bölməsi tribuna önündən keçərkən Pakistan dövlət rəhbərliyi ayağa qalxaraq heyəti salamlayıb. Paradın aparıcısı Azərbaycan dilində “Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan - Pakistan dostluğu!” ifadələri ilə ordumuzun hərbçilərini təqdim edib.

İslamabaddakı parad bir daha Azərbaycanla-Pakistan arasında sarsılmaz dostluğu və qardaşlığı gözlər önünə sərib. Bu paradda birgə yürüyən qəhərəman Azərbaycan və Pakistan əsgərlərinin yaxın zamanlarda Kəşmirdə, Qarabağda birgə yürüşlərinin keçirilməsi iki müsəlman xalqın Tanrıdan ən böyük diləyidir.

 

Nicat İsmayılov

 

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Hamısı