“Hər an yeni döyüşlər başlaya bilər” Ehtiyatda olan polkovnik

Analitika 17:09 08.04.2019
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov ötən həftə keçirdiyi xidməti müşavirədə Ermənistanın hərbi-siyasi rəhbərliyinin son zamanlar səsləndirdiyi məsuliyyətsiz çıxışlara münasibət bildirib. General-polkovnik işğalçı ölkəyə ciddi xəbərdarlıq edib.
 
Nazir bütün səviyyələrdən olan komandir və rəis heyətinə düşmənin fəaliyyətinin daim müşahidə edilməsi, hərəkətinin nəzarətdə saxlanılması, onun törədə biləcəyi istənilən təxribata qətiyyətli cavab vermələri və hər an aktiv döyüş əməliyyatlarının başlanmasına hazır olmaları barədə konkret göstərişlər verib. 

Nazirin çıxışına münasibət bildirən ehtiyatda olan polkovnik, uğurlu Horadiz əməliyyatının komandanı Şair Ramaldanov Azvision.az-a açıqlamasında deyib ki, hər an cəbhədə vəziyyət gərginləşə və yeni döyüşlər başlaya bilər: 

“Hər an aktiv fazaya keçmək durumundayıq. Bununla bağlı dəfələrlə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev xəbərdarlıq edib. Azərbaycanın səbri sonsuz deyil. Əgər Azərbaycan görsə ki, Ermənistan vəziyyəti anlamaq istəmir, kontruktiv mövqe sərgiləmir, o zaman başqa seçim qalmayacaq. Unutmaq olmaz ki, Azərbaycan ordusu öz torpaqlarını güc yolu ilə azad etməyə qadirdir”. 

Ş.Ramaldanov qeyd edib ki, Ermənistan danışıqlarda konstruktiv mövqe tutmaq imkanında deyil: “Çünki bu dövlət heç vaxt müstəqil olmayıb. Ermənistanda rəhbərliyə kimin gəlməsindən asılı olmayaraq, onların danışıqlarda yalnız cümlə quruluşu dəyişə, hansısa başqa fikirlər söyləyə bilərlər. Bunun təsdiqi olaraq bircə konstruktiv fikrin ortaya çıxmamasını göstərə bilərik. Ermənistanda hər kəs başa düşür ki, Azərbaycanla gah nala, gah mıxa vurmaqla danışmaq olmaz. Gec-tez Azərbaycanın səbri tükənə bilər. Artıq faciə başlasa, onun qarşısını almaq çox çətin olacaq”. 



Polkovnik əlavə edib ki, Paşinyan başda olmaqla hər kəs Ermənistanın müstəqil dövlət olmadığını bilir: “O, baş nazir kimi ancaq havadarlarının tapşırıqlarını icra edir. Bu gün Paşinyan danışıqlarda desə ki, münaqişəni sülh yolu ilə həll edirik, inanın o ölkəsinə qayıdanda artıq baş nazir olmayacaq. Çünki Ermənistanı böyük dövlətlər, quldur klanlar, hansısa mafioz strukturlar idarə edir. Bu vəziyyəti Azərbaycan da bilir. Ona görə də müstəqil olmayan Ermənistandan konstruktivlik gözləmək mümkün deyil. Bu fonda isə onlar səfeh-səfeh fikirlər söyləyir, siyasi savadsızlıq göstərməyə və populist çıxışlar etməyə başlayırlar. Gah müdafiə naziri, gah Paşinyanın özü gülünc bəyanatlar verir. Belə bəyanatlar Ermənistan cəmiyyətinin faciəsi ilə nəticələnəcək”. 

Ş.Ramaldanov hesab edir ki, Ermənistan tərəfi Vyana görüşündən sonra heç olmasa, danışıqların davamı üçün siyasi etikanı qorumalı idi: “Hesab edirəm ki, onlar qəsdən qıcıqlandırırlar ki, Azərbaycanın səbri tükənsin, öz torpaqlarını güc yolu ilə azad etsin. Bunların qarşıya qoyduğu yol budur. Bu yolu onların havadarları, idarə edənlər onlara göstərib. Azərbaycanın müdafiə naziri hər bir çıxışında ordunun döyüşə tam hazır olduğunu bəyan edir. Sonuncu müşavirədə aktiv döyüşlərə hazır olmaq barədə tapşırıqlar verildi. Bütün bunlar Azərbaycanın hərb yolu ilə torpaqlarını azad etməyə hazır olmasına yönəlmiş mesajlar. Düşünürəm ki, hazırki şəraiti cəmiyyət də anlayır. Bütün heyət cəm şəkildə öz xidməti ilə qoyulan tapşırıqları yerinə yetirməklə məşğuldur. Ermənistan tərəfindən tutulan yol bizə başqa seçim qoymur. Düşünürəm ki, bu çox ciddi vəziyyətdir. Döyüşlərin yenidən aktiv fazaya keçməs istisna deyil”. 

Elvin Abdulqədirov 
Azvision.az 
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Hamısı