"Məktəb psixoloqları üçün vahid, universal bir proqram olmalıdır" Psixoloq

Bir orta məktəbdə 300 şagird oxuyur, onlar üçün bir-iki psixoloq çox azdır

Analitika 09:00 10.04.2019
Bir neçə gün öncə şəhər məktəblərindən birində 8-ci sinif şagirdinin özünə qəsd etməsi xəbəri ölkə ictimaiyyətini sarsıtdı. Gənc qızın ölümündən sonra məktəb direktorunun səs yazısı mətbuatda yayıldı və direktor araşdırma müddətində işdən kənarlaşdırıldı, müəllimlər və şagirdlərin davranışı isə ayrılıqda geniş bir mövzu predmetidir...
 
Ümumilikdə yeniyetməlik insan həyatında psixoloji baxımdan ən həssas dövrdür. Və bu hadisədən sonra həyəcan təbili çalınmalıdır. Hətta gecikirik. Hər il qəbul imtahanlarının nəticələri elan olunduqdan sonra imtahandan keçməyən abituriyentin intihar xəbərini eşitməyə artıq alışmışıq. Eurasia Diary-ə açıqlama verən psixoloq Azad İsazadə məktəb psixoloqlarının mühüm, böyük problemləri həll etməyə hazırlamaq üçün vahid universal bir proqramın olmasının vacibliyini vurğulayıb.
 
 
 
"Bir orta məktəbdə 300 şagird oxuyur, onlar üçün bir-iki psixoloq çox azdır"
 
"Reallıq belədir ki, bu gün Azərbaycanda universiteti bitirən psixoloqun iş tapması üçün ən rahat yer məktəbdir. Lakin məktəbdə çalışan psixoloqların sayı qənaətbəxş deyil. Nəzərə alsaq ki, bir orta məktəbdə 300 şagird oxuyur, onlar üçün bir-iki psixoloq çox azdır. Onların sayı artırılmalıdır. Fiziki olaraq bu mümkün deyil. Psixoloqların keyfiyyətinə gəldikdə isə, institutu bitirmiş psixoloqun birdən-birə mühüm, böyük problemləri həll etmək təcrübəsi yoxdur. Deməli, onları buna hazırlamaq üçün vahid, universal bir proqram olmalıdır. Bütün psixoloqlar bu proqramla işləməli və eyni alətlər, texnikalar olmalı, hansı vəziyyətdə, hansı psixoloji testi istifadə etmək məsləhətdir, bunu bilməlidirlər. Bu fəaliyyət bir mərkəzdə toplanmalı və onun üzərində peşəkarlar işləməli və təzə tövsiyyələr verilməlidir", deyə o qeyd edib.
 
Cinsi azlıqlara aid müraciətlərdən danışarkən Azad İsazadə bildirib ki, yeniyetməlik dövründə insanda doğrudan da hansı cinsə aid olduğu  sualı yarana bilər. "Ancaq müraciət edənlərin çoxunun, bəlkə də 80%-nin reallıqda cinsi azlığa aidiyyatı yoxdur. Sadəcə məktəbdə bir balaca fərqli davranışa görə bu ləqəbi onlara qoyublar. Yeniyetmələr çox qəddar olur. Hər hansısa streotip varsa və ya ləqəb qoyulursa, hətta mənfi olmayanı belə təsirə malikdir. Hazırda psixoloqlara bu məsələylə bağlı müraciətlər çox olmasa da, bu o demək deyil ki, bu hallar azdır. İntihar depresiyanın zirvəsi kimi qiymətləndirilə bilər. İnsan depressiyadan çıxış yolu axtarır və tapmayanda ona elə gəlir ki, yeganə çıxış yolu intihardır. Qərbdə psixoloq institutu çoxdan var və daha genişdir. Amma qərb ölkələrində xüsusilə, şimal və qərbdə intihar halları Azərbaycandan çoxdur. Bəzən məsələ təkcə psixoloqa müraciət etməklə həll olunmur. Bəzən də insan psixoloqa müraciət etmək istəmir. Lakin bu o demək deyil ki, psixoloqlar bütün problemləri həll etməyə qadirdir", deyə psixoloq əlavə edib.

Image result for Azad İsmayılov psixoloq

Məktəb "yavaş-yavaş işləyən mina"dır

Azad İsazadənin sözlərinə görə, yeniyetmənin problemi ondadır ki, kiməsə gülməli gələn bir şey ona faciə kimi görünə bilər. "Uşaqlıqda bütün problemlərini böyüklər həll edib və yeniyetmə yaşına çatanda problemləri həll etmək təcrübəsi yoxdur. Və ilk dəfə hansısa problemlə rastlaşanda ona belə gəlir ki, onun həyatı bitib. Bu ləkədən sonra vəziyyət düzələ bilməz. Hər il abituriyentlərin arasında imtahandan kəsilən bir-iki nəfər özünə sui-qəsd edir. Bizə təəcüblü gəlir, deyirik ki, bu il qəbul olunmamısan gələn il qəbul olunarsan. Amma bizim cəmiyyətdə instituta qəbul olunmaq super vacib bir iş sayılır, qəbul olunmamaq isə faciədir. Təki diplom olsun, sonra nəçi işləyəcəksən vacib deyil. Məktəbli 9-cu sinifdən repetitor hazırlığına gedir və başa düşür ki, imtahandan kəsilsə bir il də hazırlığa getməlidir. Səbəb kimi gətiriləcək amillər çoxdur. Və ali təhsil şərt deyil, əsas bacarıqdır. İki-üç diploma olub işsiz olanlar da var".

"Praktiki olaraq, məktəb "yavaş-yavaş işləyən mina"dır. 400-500 yeniyetmə olan yerdə epileptik tutmadan, şagirdlər arasında dava yaranmasına kimi hər bir şey baş verə bilər. Bura mürəkkəb kritik bir idarədir. O divarların arasında baş verənə müəllimlər cavabdehdir. Onlar da fiziki baxımdan çatdıra bilmir. Müəllimin əsas vəzifəsi savad verməkdir. Savadın keyfiyyəti ayrı məsələdir. Bizdə yavaş-yavaş rahatlaşma olur və düşünürük ki, bizdə belə şey ola bilməz. Burada hansısa cinayət tərkibi axtarmaq düzgün deyil. Kim istəyərdi ki, bu baş versin? Bundan əlavə məktəbdə intihar hadisəsinin qarşısını almaq üçün digər bir məktəbdə rəhbərliyin "pencərələri şuruplatmaq" göstərişi də həll yolu deyil. Bəyəm şüşəni sındırıb tullanmaq olmaz və ya şüşəni sındırıb venanı kəsmək olmaz? Bəs məktəbdən çıxıb özünü ayrı yerdə atsa? Bunun üzərində fikirləşməliyik və nəyisə dəyişmək lazımdır", deyərək ekspert fikrini tamamlayıb.

Gülnar Səlimova

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
Hamısı