Məmmədyarovla Mnatsakanyan görüşündə razılaşmalar - ŞƏRH "Eyfeldən baxanda Qarabağ görünmür"

Analitika 13:20 16.04.2019

Aprelin15-də Moskva şəhərində Rusiya tərəfinin təşəbbüsünə əsasən, Rusiya xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında görüş keçirilib.

 

Görüş zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə başlıca məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb. Nazirlər, KİV nümayəndələrinin qarşılıqlı səfərləri də daxil olmaqla, insanlar arasında təmasların qurulması istiqamətində praktiki addımların atılmasına razılıqlarını ifadə ediblər.

Görüş nəticəsində Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin və ATƏT-in həmsədrlərinin birgə bəyanatı qəbul edilib.

 

Bəyanatda qeyd edilib ki, "Tərəflər münaqişə zonasında, o cümlədən kənd təsərrüfatı işləri görülən zaman vəziyyətin daha da sabitləşməsində maraqlı olduqlarını diqqətə çatdırıblar. Onlar həmçinin tərəflərin ərazisində həbsdə olan şəxslərin qohumlarının onlara baş çəkməsi üzrə qarşılıqlı əsasda tədbirlər görülməsi üçün razılığa gəliblər. Nazirlər KİV nümayəndələrinin qarşılıqlı səfərləri də daxil olmaqla, insanlar arasında əlaqələrin qurulması üzrə praktiki işlərə başlamağa dair razılıqlarını bildiriblər".

 

Məmmədyarovla Mnatsakanyan arasında razılaşdırımış müddəlar:

Bəyanatda qeyd edilən və tərəflər arasında razılaşdırılmış 3 müddəanı qeyd edək:

  1.  Həbsdə və girovluqda olanların ailə üzvlərinin onlara baş çəkməsi
  2. KİV nümayəndələrinin qarşılıqlı səfərləri
  3. Təmas xəttinə yaxın ərazidə kənd təsərrüfatı ilə məşğul olan vətəndaşların təhlükəsizliyi.

Bu üç müddəa Azərbaycan və Ermənistan XİN rəhbərlərinin sonuncu görüşündən əldə edilən yükun nəticələrdir və qeyd etmək lazımdır ki, bu nəticələr danışıqlar prosesində ciddi yenilik hesab edilir. Görüşün nəticələri və əldə edilən razılaşamalar barədə sabiq QAT (Qarabağ Azadlıq Təşkilatı) sədri, ictimai xadim Akif Nağı öz fikirlərini Eurasia Diary ilə bölüşüb.

 

“Bu razılaşma yalnız ermənilərin maraqlarına cavab verir”

akif nağı ile ilgili görsel sonucu

 

A.Nağı qeyd edib ki, “Bu razılaşma yalnız ermənilərin maraqlarına cavab verir və onların ssenarisinə uyğun gəlir. Ermənistan maraqlıdır ki, torpaqlar işğal altında qalsın və bu şəraitdə Azərbaycanla münasibətlər normallaşsın . Bu proses işğal altındakı torpaqlarımızın , işğal faktının arxa plana keçirilməsinə, müəyyən vaxtdan sonra isə tamamilə unutdurulmasına gətirib çıxaracaq. Ermənilərin istədikləri budur. Bu, onların 1905-1906-cı, 1918-1920-ci illərdə sınaqdan çıxardıqları metoddur. Ermənilər bu prosesi indi ilk baxışdan ziyansız və ya xoşniyyətli görünən əsirlərə baş çəkilməsi , jurnalistlər arasında qarşılıqlı mübadilə kimi formalardan istifadə edirlər. Sonrakı proses qarşısıalınmaz xarakter alacaq. Daha hər şeyi ermənilərə bağışlayıb dostluq mahnıları oxuyacağıq.

Bizim maraqlarımız tələb edir ki, bu yaxınlaşma, dialoq prosesləri yalnız Ermənistanın bütün silahlı qüvvələrinin Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərimizdən çıxarılmasından sonra başlasın. İndiki halda dialoqların davam etdirilməsi milli maraqlara ziddir. Azərbaycan hakimiyyətindən, vətəndaş cəmiyyəti təmsilçilərindən kim bu prosesdə birbaşa iştirak edəcəksə , tariximizə xəyanətkar kimi düşəcək.

Ermənilər bu prosesi 2001-ci ildə məlum hadisələrlə başlamaq istədilər, 42 nəfərdən ibarət erməni nümayəndə heyəti Bakıya gəldi , siz də o prosesdə iştirak edirdiniz. Biz , QAT olaraq onda prosesin qarşısını ala bildik. Ermənilər 2-ci cəhdi 2004-cü ildə NATO-dan pərdə kimi istifadə edərək həyata keçirməyə çalışdılar. Həbsə düşsək də, onun da qarşısını ala bildik. 3-cü cəhd son illərin "sülh platforması" layihəsi ilə bağlı baş verdi. Onun mənasız olduğunu , təsir imkanlarını sıfıra endirə bildik. İndi daha təhlükəli və aldadıcı adlar altında hərəkətə keçiblər. Amma bunun da qarşısını ala biləcəyik. Xalqın böyük əksəriyyəti bizim mövqeni dəstəkləyir, Bizim gücümüz bundadı.

 Ona görə də növbəti xəyanət aktına da imkan verməyəcəyik. Biz də sülh istəyirik , Amma ləyaqətli sülh. “Si vis pasem, para bellum” – “Bütün sülhlərə gedən yol müharibədən keçir”. İndi də elə olacaq. Qarabağ münaqişəsinin sülh deyilən yolla həlli yoxdur. Çörçilin məşhur frazasını çoxları bilir. Baş nazir seçildikdən sonra lordlar palatasında ondan soruşurlar ki, “Almaniya ilə münasibətləri necə nizama salacaqsan sülh , ya hərb yolu ilə?” O , isə cavab verir ki, “Biz sülh və ya hərb seçimi qarşısında deyilik, biz hərb və ya şərəfsizilik seçimi qarşısındayıq və biz hərbi seçirik. Biz Azərbaycanı sevən insanlar olaraq hərbi, müharibə yolunu seçirik. Çünki, başqa yolumuz yoxdu.

 

“Eyfeldən baxanda Qarabağ görünmür”

Görüntünün olası içeriği: Kamal Ali, oturuyor

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Moskva görüşündə KİV nümayəndələrinin qarşılıqlı səfərləri barədə razılaşmalarına münasibət bildirən Eurasia Diary saytının baş redaktoru, jurnalist Kamal Ali qeyd etdi ki, “Mən 1999-2001-ci illərdə ardıcıl olaraq üç dəfə Ermənistana və Dağlıq Qarabağa digər jurnalist həmkarlarla birgə səfər etmişəm. Hətta deyə bilərəm ki, o dövrdə işğal edilmiş ərazilərə səfər edən ilk jurnalist qrupun içində olmuşam. Dəfələrlə İrəvanda, Xankəndi və Şuşada olmuş və müxtəlif araşdırmalar həyata keçirmişəm. Bizim getdiyimiz ərəfədə münaqişə yeni bitmişdi və sülh ehtimalları geniş müzakirə edilirdi. Ancaq bizim səfərlərimizin danışıqlar prosesinə heç bir müsbət təsiri olmadı. Çünki biz ora gedib qarşı tərəfin əleyhinə materiallar hazırlayırdıq, ermənilərdə Bakıya gəlib, bizim əleyhimizə. Müharibə bitmişdi, ancaq bu gün olduğu kimi dünən də bir çox sahədə, əsas da informasiya sahəsində savaş davam edirdi”.

K. Ali həmçinin bildirdi ki, “ Qeyd etdiyim kimi, bizim səfərlərimiz heç bir uğur gətirmədi. İndi yenə bu məsələ Moskva görüşündə razılaşdırılıb. Ancaq mən belə hesab edirəm ki, KİV nümayəndələrinin səfərləri danışıqlar üçün heç bir müsbət rol oynaya bilməz. KİV sadəcə ictimai rəyi araşdırıb, öyrənə bilər. Məsələn, mən İrəvanda olanda oradakı vətəndaşlarla çalışırdım tez-tez ünsiyyətdə olum və onların bizə münasibətini öyrənim. Qəribədir, ancaq insanların əksəriyyəti Azərbaycana və azərbaycanlılara qarşı xoş fikirlər səsləndirir və bu müharibəni tez zamanda bitirmək barədə ağız dolusu danışırdılar. İndi illər keçib və həm Azərbaycanda, həm də Ermənistanda nəsil dəyişib”.

“Düşünürəm ki, indiki vəziyyətdə bu tipli razılaşmalar Qarabağın azad edilməsi üçün heç nə vəd etmir. Moskva görüşündə əldə edilən razılaşmalar daha çox humanitar məsələlərlə bağlıdır. ATƏT, Rusiya və Paşinyan təbii ki, bu vəziyyətdən və danışıqların bu ssenari üzrə davamında maraqlıdılar. Ancaq Azərbaycana sözügedən danışıqlar yox, Qarabağ lazımdır. Bu tipli danışıqlar ATƏT-ə gərəkdir ki, o öz “sülhməramlı missiyasını” davam etdirə bilsin. Təbii ki, başa düşüləndir, axı Eyfeldən baxanda Qarabağ görsənmir”.

 

Danışıqlarda yeni mərhələ: “Xalq diplomatiyası”

zaur məmmədov ile ilgili görsel sonucu

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Moskva görüşüylə bağlı Bakı Politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov Eurasia Diary-ə ekskluziv açıqlamalar verib.

Z. Məmmədov qeyd edib ki, artıq 2018-ci ilin payızından başlayaraq Azərbaycan və Ermənistan arasında münaqişənin həlliylə bağlı danışıqlar intensivləşib. Tərəflər problemin sülh yoluyla həlli üçün yeni variantlar işləyib hazırlayır. Xüsusən Vyanada Azərbaycan və Ermənistan dövlət rəhbərləri səviyyəsində baş tutan görüş danışıqların formatının müəyyənləşdirilməsi və uğurlu davamı üçün xüsusi əhəmiyyət kəsb edir.

Rusiya təbii ki, bir çox regionda, xüsusən də Cənubi Qafqazda dövlətlər arasında problemdə əsas vasitəçi kimi önə çıxmağa cəhd edir. Rusiya Qarabağ danışıqlarında yenidən rıçaqları əlinə almağa cəhd edir. XİN rəhbərlərinin görüşünün Moskvada təşkil edilməsi də bununla bağlı idi. Lavrov görüşü təşkil etdi və elə onun səyi nəticəsində tərəflər bəzi humanitar məsələlərdə qarşılıqlı razılığa gəldilər.

Görüşdə girovlar, KİV nümayəndələri və kənd təsərrüfatında çalışan vətəndaşlarla bağlı məsələlərdə konkret razılıq əldə edilib. Ancaq təbii ki, Azərbaycan bununla kifayətlənə bilməz. Xüsusən girovlarla bağlı məsələdə Azərbaycan “hamının hamıya prinsipi” ilə girovların dəyişdirilməsini dəfələrlə təklif edib, ancaq qarşı tərəf ATƏT-in və BMT-nin bu məsələdə konkret qətnamələrini heçə sayaraq bu təkliflə razılaşmır.

Moskva görüşü bir daha göstərdi ki, danışıqlar davamlı olacaq və danışıqlarda yeni bir mərhələyə keçid baş verəcək. Bu mərhələ isə “xalq diplomatiyası” mərhələsidir. Ümumilikdə bu il, Dağlıq qarabağ probleminin həlli üçün kritik il hesab edilir. Əvvəlcə bütün humanitar məsələləri həll edib, tez bir zamanda, yeni mərhələdə işğal edilmiş ərazilərimizin qaytarılması prosesinə keçid üçün gərəkəni etməliyik.

 

“Girovların qohumlarının səfərini təşkil etmək bir qədər riskli məsələdir”

əvəz həsənov ile ilgili görsel sonucu

Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri, konfliktoloq Əvəz Həsənov da həmçinin mövzuyla bağlı fikirlərini Eurasia Diary ilə bölüşüb. Ə. Həsənov qeyd edib ki, bu görüş digər görüşlərdən fərqli olaraq Rusiya tərəfindən müşayiət olunmaqla konkret həll olunması mümkün olan məsələlərin qeyd olunması ilə yadda qalıb Burada həm Ermənistan tərəfinin, həm də Azərbaycan tərəfinin təklifləri nəzərə alınıb. Hesab edirəm ki, jurnalistlərin görüşünü təşkil etmək problem deyil və bu çox asan olacaq. Girovların qohumlarının səfərini təşkil etmək bir qədər riskli və emosional məsələ olduğundan indi reallaşması üçün gərək cəmiyyətin mövqeyi bir qədər yumşalsın.

Əhalinin kənd təsərrüfatı ilə məşğul olan bir vaxtda sakitliyə əməl edilməsi ilə bağlı prosesləri idarə etmək də asan olacaq. Bu daha çox Azərbaycan tərəfinin təklifidir. 2016-cı il aprel hadisələrindən sonra Ermənistan tərəfi üçün cəbhə xəttində vəziyyəti gərginləşdirmək o qədər də cəlbedici olmayacaq.

 

Nicat İsmayılov

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Qubad İbadoğluya YEKUN İTTİHAM elan edildi
15:52 18.04.2024
Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans KEÇİRİLİR
15:50 18.04.2024
Ərəb politoloq Beynəlxalq Ədalət Məhkəməsini SƏRT TƏNQİD ETDİ - ÖZƏL
15:45 18.04.2024
Qarabağdan indiyədək çıxan rus hərbçilərinin və texnikanın SAYI
15:34 18.04.2024
"Fast food"-un bədənimizə və sağlamlığımıza təsiri -ARAŞDIRMA
"Fast food"-un bədənimizə və sağlamlığımıza təsiri -ARAŞDIRMA
15:30 18.04.2024
İşıqforlarla bağlı vətəndaşlara MÜRACİƏT
15:16 18.04.2024
Azərbaycanın təklif etdiyi sülh xalqın... - Deputat Məzahir Əfəndiyevlə MÜZAKİRƏ - VİDEO
15:00 18.04.2024
Rusiya XİN: Aİ-nin Bakı ilə İrəvan arasında normallaşma prosesi ilə bağlı səyləri səmərəsizdir
14:50 18.04.2024
Mariya Zaxarova: Moskva Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanması üçün mümkün olan hər şeyi edib
14:45 18.04.2024
ABŞ rəsmisi: Türkiyənin Cənubi Qafqazdakı fəaliyyəti qəbuledilməzdir
ABŞ rəsmisi: Türkiyənin Cənubi Qafqazdakı fəaliyyəti qəbuledilməzdir
14:43 18.04.2024
Paşinyan kəndlərin qaytarılmasında Türkiyədən bəhs etdi
Paşinyan kəndlərin qaytarılmasında Türkiyədən bəhs etdi
14:37 18.04.2024
“30 il bizə imkan verdi ki, düşməni öyrənək” – Umud Mirzəyev – VİDEO
“30 il bizə imkan verdi ki, düşməni öyrənək” – Umud Mirzəyev – VİDEO
14:30 18.04.2024
Hamısı