Əgər Ermənistan Qafqazda sülh içində yaşamaq istəyirsə... ABŞ prezidentinin sabiq müşaviri - P.Qobl

Analitika 13:07 17.04.2019

Aprel ayının 15-i Azərbaycan Xarici İşlər Naziri Elmar Məmmədyarovla Ermənistan Xarici İşlər Naziri Zöhrab Mnatsakanyan arasında görüş baş tutub. Görüşü təşkil edən Sergey Lavrov da görüşdə iştirak edib. Görüşün nəticələri Azərbaycan, həm də Ermənistan mətbuatında ciddi müzakirələrə səbəb olub.

 

Görünən odur ki, nazirlərin görüşündə masada Madrid prinsipləri və “rus planı” geniş müzakirə edilib. Təbii ki, Rusiya yenidən danışıqlarda “rıçaq”ları əlinə almağa çalışır. Vyana görüşündən sonra Lavrov böyük səylə çalışırdı ki, növbəti görüş Moskvada baş tutsun. Bəs Rusiyanın bu “canfəşanlığının” səbəbi nədir?

Məmmədyarovun bir müddət əvvəl Moskvada MDB konfransında iştirak edərkən yerli mətbuata açıqlamasında maraqlı bir fikir səsləndirmişdi: “Lavrov da mənə dedi ki, gəlin bu işi həll edək, artıq 30 il keçib”. Təbii ki, Lavrov da artıq münaqişənin həllini arzu edir, ancaq kimin xeyrinə və necə? Rusiya sözün həqiqi mənasında 2018-ci ilin payızından başlayaraq Qarabağ problemi ətrafında danışıqların intensivləşməsindən narahatdır. Qeyd etmək lazımdır ki, ötən görüş istisna olmaqla Rusiya hətta bir müddət danışıqları istiqamətləndirməkdən kənarda qalmışdı. O ərəfələrdə Trampın təhlükəsizlik məsələləri üzrə müşaviri Bolton regiona səfər etmiş, hər iki tərəflə görüşmüş və ABŞ-ın bu problemin həllində maraqlı olduğunu açıq bir şəkildə bəyan etmişdi.

 

Rusiya “qulağının dibindəki” münaqişənin okeanın o tərəfindən idarə edilməsinə imkan verə bilməzdi və vermədidə. Aylar sonra yenidən biz ermənilərlə birgə əyləşdiyimiz diplomatiya masasında “Lavrov planı”, Medvedev plan kimi danışıqların həlliylə bağlı “Rus strategiyaları”nı müzakirə etməyə başladıq. Bu da yenidən problemin həllinin uzadılması mənasına gəlir. Çünki Rusiya aprel təcrübəsində də görüldüyü kimi Qarabağda real bir müharibənin əleyhinədir. Ona görə də israrla tərəfləri danışıqlara cəlb etməyə çalışır. Bu danışıqlarsa tərəfləri, daha çox da Azərbaycanı “passivləşdirmək” məqsədi daşıyır.

 

 Moskva danışıqlarından vur tut əldə etdiyimiz 3 razılaşma oldu, onlar da humanitar məsələlərlə bağlı. Heç Ermənistan girovluqda saxlanılan vətəndaşlarımızı qaytarmağa belə razı olmadı. Sadəcə “girovluqda olanların ailə üzvləriylə görüşünə” razılıq verildi. Kənd təsərrüfatında çalışan vətəndaşlara şərait yaradılması isə bir lütf kimi dəyərləndirilə bilməz təbii ki. Atəşkəsə əməl etmək Ermənistanın əsas öhdəliyidir.

 

Amerika prezidentinin sabiq müşaviri, siyasi analitik, Qarabağ probleminin həlliylə bağlı “Qobl planı”nın müəllifi Poul Qobl Moskva görüşü və Azərbaycanla Ermənistan arasında davam edən diplomatik danışıqların perspektivləri barədə Eurasia Diary-ə eksklüziv müsahibə verib.

 

P. Qobl qeyd edib ki, “Düşünürəm ki, təsəvvür olunandan az irəliləyiş qeydə alınıb. Mənim zənnimcə Moskva İrəvanla xoşbəxt olmadığı üçün Bakıya tərəf yönəlir. Amma bunu dəyişmək üçün həqiqi məhdudiyyətlər var. Baş verənlər Moskvanın “pozitiv mövqe” ortaya qoyduğunu və tərəflərin bu mövqeylə razı olduğunu göstərir. Rusiyanın hələ də danışıqlara pozitiv və ya neqativ təsiri mövcuddur.

 

Moskva görüşündə razılaşdırılan KİV nümayəndələrinin və girov ailələrinin səfərinə gəldikdəysə,  insanların bir-birilə olan əlaqəsi həmişə xoş qarşılanır, bunlar yalnız qısa müddətli nəticələr vəd edir. Əgər qərar təsdiq olunsa və daha sonra bunlar baş versə, bu bir məsələdir. Amma bu şeylər nəyisə irəlilətmək üçün edilirsə onlar nadir hallarda təsirini göstərə bilər. 

 

Nəticənin əldə edilməsi üçün mənim baxış bucağım 25 ildə olduğu kimi qalır. Bu konflikt torpaqların qaytarılması və nəzarətin Ermənistan hakimiyyəti üzərindən Azərbaycana təqdim edilməyənə qədər donmuş olaraq qalacaq. Qısası, uzun illərdir davam edən Qarabağ probleminin həllinə dair danışıqların uğurla nəticələnəcəyinə şübhə ilə yanaşıram. Alternativ kimi sülh yox, açıq hərbi əməliyyatlar bu və ya digər tərəfin qələbəsi ilə nəticələnəcək. Amma bu da ciddi qaçqın axınına səbəb olar. 

 

Mən 1992-ci il Yanvar ayında Qobl planı adlanan planı təklif etdim, o vaxt bir aydan az bir müddət idi ki, SSRİ süquta uğramışdı. O vaxt şəffaf olan bir çox məsələ daha belə deyil. Düşünmürəm ki, indi hər şey inandırıcıdır. Amma bunu deyə bilərəm ki, əgər Ermənistan Dağlıq Qarabağ üzərində nəzarəti saxlamaq və Qafqazda sülh şəraitində yaşamaq istəyirsə, Azərbaycanın istəklərini yerinə yetirməlidir. Mən Zəngəzuru Azərbaycanın Naxçıvanla arasında mövcud olan dəhliz olaraq təklif etdim. Güman edirəm ki, alternativlər də var. 

 

Nicat İsmayılov

Ülvi Əhmədli 

Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO

Xəbər xətti

Milli Məclisin iclası başlayıb
11:05 29.03.2024
Hikmət Hacıyev: "Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir"
11:00 29.03.2024
Amerikalı cütlüklər İsrail əleyhinə kampaniya BAŞLATDILAR
10:56 29.03.2024
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
10:52 29.03.2024
Ankarada ZƏLZƏLƏ oldu
10:45 29.03.2024
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
10:40 29.03.2024
Buraxılış imtahanlarının cavabları nə zaman açıqlanacaq? – RƏSMİ AÇIQLAMA
10:36 29.03.2024
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:32 29.03.2024
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA - VİDEO
10:24 29.03.2024
Xankəndidə silah-sursat aşkarlandı
10:15 29.03.2024
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
10:10 29.03.2024
Avropa İttifaqının Cənubi Qafqaz səfərinin GİZLİNLƏRİ – Fikrət Sadıqov AÇIQLAYIR
10:01 29.03.2024
Xırdalanda 12 ədəd qumbara tapıldı - VİDEO
09:51 29.03.2024
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə BAŞLAYIR
09:47 29.03.2024
Azərbaycanda professor vəfat etdi
09:36 29.03.2024
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
09:25 29.03.2024
Azərbaycan nefti BAHALAŞDI
09:21 29.03.2024
Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO
09:10 29.03.2024
Daha 35 ailə Füzuliyə yola salındı
09:00 29.03.2024
Dani Alveş ziyafət təşkil etdi
06:40 29.03.2024
Bişkekdə fövqəladə vəziyyət elan edildi
05:30 29.03.2024
İsrail vətəndaşlarına bu ölkələrə səyahət etməmək XƏBƏRDARLIĞI EDİLİB
04:05 29.03.2024
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Hamısı