Dinlərarası savaş qızışdırılır? - Şri-Lankada terror aktı "Kəşfiyyatın bilirmiş"

Analitika 11:47 23.04.2019

Şri-Lankada Pasxa bayramı günü iki kilsə və iki oteldə ard-arda terror aktları həyata keçirildi. 310 nəfər dünyasını dəyişdi və 500-ə yaxın insan yaralandı. Həyata keçirilən terror aktları hələ ki heç bir silahlı qruplaşma və ya terror təşkilatı öz üzərinə götürməyib, lakin hökümət 40 nəfər şübhəli şəxsi ələ keçirib və ölkədə fövqəladə vəziyyət elan edilib. Qeyd etmək lazımdır ki, bundan təxminən bir ay əvvəl Yeni Zellandiyada, iki məsciddə həyata keçirilən silahlı hücum nəticəsində 50 nəfər dinc müsəlman öldürülmüş, 50 nəfərsə ağır yaralanmışdı.

sri lanka terror ile ilgili görsel sonucu

Bu terror aktları iki arqumentin təzahürüdür: 1. Artıq terror sərhəd tanımır və getdikcə daha da beynəlxalq səviyyədə özünü biruzə verir. 2. Dini zəmində həyata keçirilən terror aktları yenidən özünün yüksəliş dövrünə qədəm qoyur.

 

Şri-Lankada terror aktının baş verdiyi zaman (yəni Pasxa bayramının keçirildiyi gün) onu ifadə edir ki, həyata keçirilən bombalı hücum həftələr öncəsindən planlaşdırılmışdı. Yeni Zellandiyada müsəlmanlara qarşı həyata keçirilən terror aktından sonra bu dəfə hədəfin xristianlar olması da təsadüfi deyil. Məşhur amerikalı politoloq Samuel Hantinqton özünün “sivilizasiya müharibəsi” kitabında dinin xalqlar arasında münaqişləri formalaşdırmaq və genişləndirmək üçün əhəmiyyətli faktor olduğunu qeyd edir. Doğurdan da son dövrlərdə xüsusən də, “Ərəb baharı”ndan sonra dünyada yeni nəsil terrorizm – “islam terrorizmi”nin formalaşması və ardınca müsəlmanlara qarşı beynəlxalq müstəvidə təzyiqlərin artması hazırki dövrdə Hantinqtonun sözlərinin nə qədər doğru olduğunu bir daha gözlər önünə sərir.

 

Bəs Terror aktını kim həyata keçirdi?

Hazırda beynəlxalq aləmi ən çox bu sual maraqlandırır: Terroru müsəlmanlar edib ya başqaları? Artıq qərb mətbuatında “islam terrorizmi” mövzulu məqalələrə yenidən rast gəlirik. Baxmayaraq ki, heç bir terror qruplaşması həyata keçirilən bombalı hücumu öz üzərinə götürməyib, buna rəğmən kimlərsə sanki bu məsələnin məhz müsəlmanlar tərəfindən həyata keçirildiyinə dünyanı inandırmağa və beynəlxalq mətbuatın diqqətini bu müstəviyə çəkməyə cəhdlər edir.

 

Ancaq bir faktı da qeyd etmək lazımdır ki, Şri-Lanka 30 ilə yaxın vətəndaş müharibəsi ilə qarşı-qarşıya qalmış bir dövlətdir. Ümumiyyətlə, Asiyanın cənubunda yerləşən Şri-Lanka müxtəlif dinlərə məxsus insanların yaşadığı və polietnik cəmiyyətə sahib bir ölkədir. Ona görə də bu ölkədə həm etnik, həm də dini zəmində baş verən münaqişələr tez-tez baş verir. Şri-Lankada sabitliyi pozan və illərdir öz terror hücumlarıyla ölkənin siyasi durumunu daha da ağırlaşdıran əsas terror təşkilatı “Tamil Elam Qurtuluş Arslanları”dır.

Tamil Kaplanları ile ilgili görsel sonucu

 

Bu təşkilat dünyanın 30-dan artıq ölkəsində terror təşkilatı kimi tanınıb. Təşkilat 1976-cı ildə yaradılıb. 30 ildən artıq Şri Lanka höküməti ilə müharibə aparıb. Təşkilat Hindistanla sərhəddə yaşayan Tamil etnik qrupunun azadlığı uğrunda mübarizə aparan separatçılardan ibarətdir. “Tamil Elam Qurtuluş Arslanları” ilə Şri-Lanka ordusu arasında gedən uzun-uzadı döyüşlər nəticəsində 2009-cu ildə bu təşkilat tamamilə məhv edilir. Təşkilatın məskunlaşdığı əsas ərazilər ələ keçirilir, lideri isə öldürülür. Təşkilatın tamamilə darmadağın edilməsinə baxmayaraq sonuncu terror aktı barədə əsas şübhələr Tamilçilərin və işidçilərin üzərinə istiqamətlənir.

 

Bu arada bir maraqlı faktı da qeyd etmək lazımdır ki, Şri-Lankanın Telekomunikasiya Naziri olan Harin Fernando terror aktının baş verməsindən sonra mətbuata skandal açıqlamalar vermişdi. O, qeyd etmişdi ki, Şri-Lankanın kəşfiyyat idarəsi belə bir terror əməliyyatının həyata keçirilə biləcəyi ehtimalından xəbərdar idi. Kəşfiyyat idarəsinin bəzi üzvlərinin əvvəlcədən çox şeydən xəbərləri olub. ABŞ, Hindistan və Böyük Britaniya xüsusi xidmət orqanları Pasxa bayramından öncə genişmiqyaslı terror aktının baş vermə potensialının olduğu ilə bağlı Şri Lanka kəşfiyyat idarəsinə xəbərdarlıq etmişdilər. Bütün bunlara rəğmən heç bir təhlükəsizlik tədbiri görülməyib.

Harin Fernando ile ilgili görsel sonucu

Şri-Lankada baş verən hadisələri şərh edən türk professor Səncər İmer qeyd edib ki, “Bu hadisə məqsədyönlü şəkildə həyata keçirilib və əsas məqsəd 10 il əvvəl dayandırılmış vətəndaş müharibəsini yenidən başlatmaqdır. Bundan savayı bu terror aktıyla vətəndaş müharibəsinin yenidən alovlanması və daxili sabitliyin pozulması hədəflənir. Bütün bunlarsa Çinin liderliyində həyata keçirilən və Şri-Lankanın da qoşulduğu “Bir kəmər, bir yol” layihəsinin axsadılmasına gətirib çıxaracaq. Yeni Zellandiyadakı müsəlmanlara qarşı həyata keçirilən qətliam, Sudandakı dövlət çevrilişi və Şri-Lankadakı partlayışlar Çinin regional təsirini azaltmaq üçün həyata keçirilən tədbirlər kimi nəzərdən keçirilə bilər”.

Prof. Dr. Sencer İMER ile ilgili görsel sonucu

Nicat İsmayılov

"Dünya xaosa doğru sürüklənir" - Deputat Əli Məsimli ilə Müzakirə - VİDEO

Xəbər xətti

Şimal-Qərb bölgəsində daha 2 məktəbli maksimum nəticə göstərib
03:33 17.04.2024
ABŞ yaxın günlərdə İrana qarşı yeni sanksiyalar tətbiq edəcək
02:25 17.04.2024
Millimizin heyəti AÇIQLANDI - SİYAHI
01:00 17.04.2024
BƏƏ-də leysan yağışlarına görə yollar bağlanıb, aviareyslər təxirə salınıb
00:07 17.04.2024
Qazaxıstanda daşqınlar səbəbindən dövlət vəsaitlərinə qənaət rejimi tətbiq edilib
23:44 16.04.2024
Sabah Astara və Yardımlının bəzi ərazilərində qaz olmayacaq
23:23 16.04.2024
Ermənilər Azərbaycana məxsus daha bir musiqini oğurladı - VİDEO
23:22 16.04.2024
Yeni Zelandiya baş nazirinin son videosu maraqlara SƏBƏB OLUB - VIDEO
Yeni Zelandiya baş nazirinin son videosu maraqlara SƏBƏB OLUB - VIDEO
23:08 16.04.2024
Kakaonun qiyməti yeni tarixi maksimuma çatıb
23:00 16.04.2024
Qazaxda sürücü sükan arxasında infarkt keçirib, avtomobil qəzaya düşüb
22:40 16.04.2024
Körfəz ölkələri daşqınların əsarətində - VİDEO
22:30 16.04.2024
İran və İsrailin Azərbaycandakı səfirləri arasında MÜBAHİSƏ YARANIB - FOTO
İran və İsrailin Azərbaycandakı səfirləri arasında MÜBAHİSƏ YARANIB - FOTO
22:25 16.04.2024
Ərdoğan: Türkiyənin milli gəliri 1,1 trilyon dolları ötüb
22:22 16.04.2024
Gürcüstan DİN Tbilisidə mitinq təşkilatçıları və iştirakçılarına xəbərdarlıq edib
22:00 16.04.2024
Almaniyanın maliyyə nazirindən şok açıqlama
21:59 16.04.2024
Ərdoğan: "İranın İsrailə hücumuna görə məsuliyyəti ilk növbədə Netanyahu daşıyır" - VİDEO
21:53 16.04.2024
Biləsuvarda əmək yarmarkası keçiriləcək
21:40 16.04.2024
Taksi qiymətləri yenidən bahalaşıb? - Müştərilər şikayətçidirlər
21:33 16.04.2024
Tbilisidə regional konfransda Azərbaycanda istilik təchizatı sahəsində görülən işlərdən danışılıb
21:21 16.04.2024
IMF Azərbaycanda inflyasiyanın gerilədiyini proqnozlaşdırır
21:00 16.04.2024
Serbiya Prezidenti COP-29-a dəvət edilib
20:50 16.04.2024
Aleksandr Vuçiç Prezident İlham Əliyevə zəng edib
20:43 16.04.2024
Qırmızı Meydanın bağlanma səbəbi açıqlanıb
20:40 16.04.2024
IMF Azərbaycanda iqtisadi artımla bağlı proqnozlarını yaxşılaşdırıb
20:20 16.04.2024
Azərbaycanın iki rayonunda günəş elektrik stansiyaları tikiləcək
20:00 16.04.2024
Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib
19:50 16.04.2024
Moskvanın Qırmızı Meydanı BAĞLANDI
19:44 16.04.2024
"Dünya xaosa doğru sürüklənir" - Deputat Əli Məsimli ilə Müzakirə - VİDEO
19:30 16.04.2024
Qəzzada ölənlərin sayı 34 minə YAXINLAŞIR
19:20 16.04.2024
Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi əməkdaşlıq MÜZAKİRƏ OLUNDU
19:10 16.04.2024
Zelenski Ukraynada səfərbərlik haqqında qanun imzalayıb
18:56 16.04.2024
Şəxsi bank kart məlumatları ələ keçirilir - DİN-dən XƏBƏRDARLIQ
18:47 16.04.2024
Bakıda yol qəzası sıxlığa səbəb olub
18:38 16.04.2024
Azərbaycanın cəsur qadınları QARABAĞDA! - VİDEO - FOTOLAR
18:32 16.04.2024
Umud Mirzəyev: “Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində səsləndirdiyi iddialar absurddur”
18:30 16.04.2024
Kirakosyandan Azərbaycana qarşı növbəti təxribat dolu İDDİALAR - VİDEO
18:21 16.04.2024
Paytaxtda 19 yolda sıxlıq müşahidə olunur
18:19 16.04.2024
Sabah Bakının üç rayonunda qaz olmayacaq
18:10 16.04.2024
Nazim Bəydəmirlinin istintaqı yekunlaşıb: Məhkəmə başlayır
17:47 16.04.2024
Ermənistan XİN rəhbəri Səudiyyə Ərəbistanına gedir
17:35 16.04.2024
Hamısı