Terror hücumlarının Azərbaycanda təkrar olma ehtimalı barədə Akif Həsənovla MÜSAHİBƏ

Terroristlər Şri Lankanı ona görə seçib ki, o daha zəif müdafiə olunur

Analitika 13:47 23.04.2019

Ekspert Eurasia Diary-nin Şri Lankada 310 insanın öldürüldüyü terror hadisəsi ilə bağlı suallarını cavablandırdı.

- Hansı qüvvələr Şri-Lankada baş verən terror hücumlarından siyasi məqsədləri üçün istifadə edib?

- Pasxa günündə Katolik kilsələrinin partladılmasının arxasında çох ehtimal ki, İslam pərdəsi altında gizlənən terrorçular durur. Bu ehtimalı, ağdərili turistlərin yaşadığı otellərin də partladılması faktı doğurur. Xatırladaq ki, yerli xüsusi xidmət orqanları hücumların törədilməsində Şri Lankadakı ekstremist müsəlman təşkilatının adını çəkiblər. Bu təşkilat isə terror aktlarının törədilməsində iştirakı barədə bəyanat yaymayıb.

Bu hadisənin niyə Şri Lankada baş verdiyini izah etmək çox asandır. Avropa və Amerikadan gələn turist axını üçün uğurlu bir mövsüm,  xüsusi xidmətin zəifliyi - bütün bunlar dünyanı silkələyən böyük bir kampaniyanı çox inamla və böyük miqyasda həyata keçirməyə imkan verən faktorlardır...

- Cinayətkarlardan başqa, baş verənlərə görə kim günahkardır?

- Burada adanın xüsusi xidmət orqanının günahı olduğu açıq-aşkardır - onlara hadisədən bir həftə əvvəl belə bir hücumun olma ehtimalı barədə siqnallar gəlmişdi, lakin bunun daha gec tarixə planlaşdırıldığını güman edirdilər. Bu ciddi bir nöqsandır, terrorla mübarizə nəzəriyyəsi siqnal daxil olduqda dərhal tədbirlərin görülməsini tələb edir, çünki söhbət insan həyatından gedir.

 - Azərbaycanla Ermənistan arasında mövcud olan müharibə vəziyyətini nəzərə alsaq, ölkəmizdə belə bir halın baş verməsi nə dərəcədə mümkündür?

- Bunu demək çətindir. Bu xüsusi xidmət orqanının işindən asılıdır - onlar gözlənilən terror aktı barədə etibarlı, vaxtında və müvafiq məlumatlara malik olmalıdırlar və potensial həssas ərazidə fəal şəkildə profilaktika həyata keçirməlidirlər. Bunu etmək üçün, daha əvvəl də oxşar cinayətlərə cəlb edilmiş şəxslərə aid geniş məlumatları olmalıdır və bu istiqamətdə daim müşahidə aparılmalıdır. Bununla yanaşı, qeyri-qanuni silahlı birləşmələrin tərkibində müxtəlif münaqişələrə cəlb edilmiş şəxslərin vətəndaşlıqdan məhrum edilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi lazımdır. Əhali arasında maarifləndirmə işi aparılmalı, binalarda və nəqliyyat vasitələrində sahibsiz bağlamalara, paketlərə, qeyri-adekvat davranan şübhəli şəxslərə və bir sıra digər əlamətlərə diqqət yetirilməlidirlər.

- "İslam terrorizmi" haqqında yeni nəşrlər dalğasının başlanacağına əmin olun ...

- Ümumiyyətlə terrorizmi hansısa etnik və dini qruplara bağlamaq yanlışdır. Terror hücumu gücsüzün güclüyə çarəsiz şəkildə qarşı çıxmaq cəhdidir. Diqqət etsəniz, "İslam terrorizmi" geridə qalmış Yaxın Şərq və digər müsəlman ölkələrində "demokratik rejimlərin" keçirdiyi hərbi əməliyyatlardan sonra geniş yayılmağa başladı. Bu fəaliyyətlər nəticəsində Əfqanıstanda, İraqda, Suriyada, Liviyada və Yəməndə milyonlarla insan öldürüldü və öz evlərindən didərgin düşdü, onların əksəriyyəti öz yaxınlarını itirdi.

Müharibə və "terror" mahiyyətcə çox gəlirli biznes olduğundan, bu kütlələrin əhval-ruhiyyəsindən istifadə edən iş adamları da tapılıb. Sözdə "İslam terroru"nun İslama və ya onun Vəhabi və digər təriqətləri ilə heç bir əlaqəsi yoxdur. Terroristlərin mütləq əksəriyyətinin əsl İslam barədə təsəvvürləri yoxdur və yalançı peyğəmbərlərin ona etdiyi izahlara kor-koranə inanır, çünki bu şərhlər onlarda intiqam almaq və öldürmək istəyini doğruldur.

Yeri gəlmişkən, bu cür terrorizmlə artıq Avropa qarışıqlıq içindədir - hələ ki, məscidlər və qaçqın düşərgələri yandırılır...

Ən təhlükəli olan isə, terrorizmin və yerli müharibələrin onun liderlərinə böyük gəlir gətirməsidir.

- Moskva dünyanı terrorizmə qarşı birləşməyə çağırıb, lakin onun çağırışı eşidilmədi. Bu şərdən müdafiə olunmağın bir yolu varmı?

- Terrorçu qruplaşmaların liderlərini məhv etməklə terrorun aradan qaldırılacağını söyləyən nəzəriyyəçilərin fikirlərinə münasibətim çox pessimistdir. Amerikalıların terrorçu təşkilatın rəhbəri Bin Ladeni öldürməsindən sonra, daha qəddar və təcavüzkar olan "İslam dövləti" meydana çıxdı. Müsəlman ölkələrində qırğınlar dayandırılmayınca  bu şər qüvvə məhv edilə bilməz. Lakin ümumiyyətlə, terrorun hər növünün öz səbəbləri var və onu yaradan səbəblərə qarşı mübarizə aparmaq lazımdır, əks təqdirdə onu məğlub etmək mümkün deyil. Və liderlər həmişə olacaq.

KQB-nin polkovnik-leytenantı Akif Həsənov Sovet kəşfiyyatında təxminən 15 il xidmət edib, qərb ölkələrində fəaliyyət göstərib, Azərbaycanda, "qoruma altında" hərəkət edərək və KQB-nin tapşırıqlarını yerinə yetirərək  başqa bir peşədə xidmət edib. Azərbaycan mətbuatında və sosial şəbəkələrdə onun KQB-nin iştirak etdiyi bəzi hadisələrlə bağlı xatirələri dərc olunur.

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO

Xəbər xətti

“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
10:30 20.04.2024
Bakıda 29 dərəcə isti var
10:20 20.04.2024
Bu gün yazıçı Çingiz Hüseynovun doğum günüdür
10:15 20.04.2024
Azərbaycanlılara qarşı soyqırımlar... Sulduz qətliamı... -FOTOLAR
10:08 20.04.2024
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
10:06 20.04.2024
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
09:59 20.04.2024
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
09:51 20.04.2024
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:46 20.04.2024
Şuşalılar doğma yurdlarına qayıdırlar - VİDEO
09:22 20.04.2024
“Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür" - Hikmət Hacıyev
09:15 20.04.2024
DİQQƏT: Bakıda bu saatlarda geomaqnit qasırğası başlayır
09:10 20.04.2024
Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Hamısı