"Biz bu təxribata getməməliyik" - Əflatun Amaşovdan xəbərdarlıq | Eurasia Diary - ednews.net

17 İyul, Çərşənbə


"Biz bu təxribata getməməliyik" - Əflatun Amaşovdan xəbərdarlıq

Ekspert rəyi A- A A+

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov son günlərdə gündəmi zəbt edən mövzulardan biri olan Azərbaycan və Gürcüstan arasında Keşikçidağ və ya David Qareci monastrı məsələsi ilə bağlı Eurasia Diary-ə ekskluziv açıqlamalar verib.

Keşikçidağ monastırı ile ilgili görsel sonucu

Ə. Amaşov qeyd edib ki, Keşikçidağ abidəsi Azərbaycanla Gürcüstan arasında delimitasiya edilməyən ərazidə yerləşən tarixi abidələrindən biridir. Son günlər bəzi Gürcüstan vədəndaşlarının bu əraziyə daxil olması ilə bağlı müəyyən problemlər yaranıb. Lakin bu mövzu tezliklə həllini tapacaq. Məlum olduğu kimi Azərbaycanla Gürcüstan arasında ərazilərin indiyədək 64%-i delimitasiya edilib. Qalan 36% ərazinin delimitasiyası üçün tərəflər uzun zamandır çalışır. Beləki, bu iş üçün xüsusi olaraq Azərbaycan Gürcüstan Sərhəddinin Delimitasiyası üzrə Komissiya faəliyyət göstərir. Komissiyanın üzvləri mütəmadi olaraq görüşlər keçirir. Belə hesab edirəm ki, tezlikə bu məsələ tərəflər arasında həll ediləcək. Azərbaycan və Gürcüstan iki dost, müttəfiq dövlətdir və bütün məsələlərdə olduğu kimi bu məsələdə də müttəfiqlər razılığa gələcək.

 

“Lakin təssüfflər olsun ki, ölkə daxilində və xaricində bəzi mətbuat orqanları günlərdir bu mövzuda yalan-yalnış xəbərlər yazır. Azərbaycanla Gürcüstan arasında yeni bir problemin meydana gəldiyindən bəhs edirlər. Ancaq bu xəbərlərdə məqsəd Azərbaycanla Gürcüstanın inkişaf edən müttəfiqlik münasibətlərini zədələməkdən başqa bir şey deyil. Təbii ki, iki dövlətin və iki xalqın arasında olan yüksək səviyyədə dostluq və müttəfiqlik əlaqələri Ermənistan başda olmaqla bəzi dövlətləri narahat edir. Onlar ən adi bir məsələni şişirdib tərəflər arasında gərginlik yaratmağa səy göstərir. Ancaq biz bu təxribata getməməliyik. Azərbaycanda bütün media nümayəndələri belə məsələlərdə diqqətli olmalıdırlar. Azərbaycanla Gürcüstan arasında münasibətlərin ən yüksək səviyyədədir. Bunu biz Gürcüstan prezidenti Salome Zurabişvilinin Bakıya səfərində bir daha müşahidə etdik. Azərbaycanla Gürcüstanı bağlayan sadəcə iqtisadi bağlar deyil, həm də tarixi-mədəni əlaqələrdir. Bu səpkidə münasibətlərin davam etdirilməsi və inkişafı hər iki dövlətin maraqlarına uyğundur. Azərbaycan üçün Gürcüstan, Gürcüstan üçün isə Azərbaycan çox vacib strateji müttəfiqdir. Çünki hər iki dövlət regionda söz sahibidir” deyə Ə. Amaşov əlavə edib.

 

Nicat İsmayılov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...