Avropa İttifaqı ilə yeni saziş bizə nə verəcək? Ekspert rəyi

Azərbaycan hökuməti və ölkə başçısı Azərbaycanda islahatların aparılmasına rəvac verir

Analitika 14:40 29.04.2019

Bugün Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri, konfliktoloq Əvəz Həsənovla "Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq haqqında saziş" mövzusunda görüş keçirilib.

Əvəz Həsənov sazişin bu ilin ilk yarısında imzalanacağını bildirib.

"Saziş imzalandıqdan sonra Avropa şirkətləri Azərbaycanda qeyd-şərtsiz qeydiyyatdan keçiriləcək. Belə ki, 28 ölkənin bütün qanunverici və icraedici strukturlarında bu müqavilə təsdiq olunacaq. Hər bir üzv ölkənin dövlət strukturları onu nəzərdən keçirəcək. Azərbaycan parlamenti sazişi ratifikasiya etdikdən və prezident təsdiqlədikdən sonra isə müqavilə fəaliyyətə başlayacaq. Avropa İttifaqı ilə yeni saziş Azərbaycanın iqtisadi, regional, enerji, informasiya təhlükəsizliyi, müəllif hüquqları, insan hüquqları, media, eləcə də Qarabağ məsələsində dəstəkçi rol oynayacaq. Ermənistanın Aİ ilə hərtərəfli əməkdaşlığa dair razılaşmasında Dağlıq Qarabağla bağlı bənddə qeyd olunur ki, Avropa Birliyi ölkələrin ərazi bütövlüyünü tanıyır. Münaqişəni Cənubi Qafqazın inkişafı üçün maneə hesab edir və onun sülh yolu ilə həll olunmasını dəstəkləyir. Azərbaycanla imzalanacaq sazişdə də təxminən belə bir bənd olacaq", Əvəz Həsənov deyib.

Aİ ilə münasibətlərin siyasi sahədə üstünlərindən danışarkən, ekpert Avropa nümunəsində yaxşı idarəetmə sistemini, Elektron hökumət layihəsini qeyd edib. 

"Avropa İttifaqı Azərbaycana Rusiyanın təcavüzkar meylli siyasətindən müdafiə olunmaq, heç də normal olmayan İran-Azərbaycan münasibətlərində balansı qorumaq üçün lazımdır", deyə o bildirib.

Azərbaycanla Aİ arasında ticari münasibətlərdən danışarkən, Əvəz Həsənov Avropanın neftə olan tələbatının 5%-ni Azərbaycanın ödəməsini və Avropa bazarı Azərbaycanın ən böyük investoru olduğunu vurğulayıb. "Lakin neftdən başqa rəqabətədavamlı məhsulumuz yoxdur", deyə o bildirib. 

Əvəz Həsənov saziş imzalandıqdan sonra qanunvericilikdə dəyişikliklərin olacağını, viza rejiminin getdikcə daha da yumşalacağını qeyd edib. 

"Assosiativ razılaşma"ya toxunan ekspert onun sözügedən sazişlə müqayisədə daha sıx təmasları nəzərdə tutduğunu, viza və investisiya mühiti, iş yerlərinin açılması cəhətdən daha çox əhaliyə, əməkdaşlığa dair sazişin isə strukturun inkişafına xidmət etdiyini söyləyib.  

Ekspert hesab edir ki, Avropa İttifaqı ilə əməkdaşlıq haqqında sazişin indiyədək imzalanmamasının səbəblərindən biri, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmaması ilə bağlıdır. 

"ÜTT üzvü olmayan ölkə ilə Aİ ilə ticari əlaqələri genişləndirə bilməz. Avropa İttifaqı Azərbaycanın ÜTT-yə qəbul olunması üçün istər məsləhət formasında, istərsə də iqtisadi layihələrdə lobbiçiliklə dəstək olur. Azərbaycanda iqtisadi monopoliya çox yüksəkdir. Keyfiyyətsiz xidmət göstərən, məhsulların təhlükəsizliyinə tam qaranti verməyən yüzkərlə marketlər var. ÜTT-yə daxil olduqda bu marketlər bir brend altında fəaliyyət göstərəcək. Bu əl işləri və ekoloji məhsullarda rəqabəti artıracaq, keyfiyyətsiz bazarı öldürəcək. Artıq kasıb təbəqə məhsulu mənşəyi və ya keyfiyyəti bəlli olmayan, ucuz və sistemli marketlərdən, varlı adamlar biomarketlərdən alacaq. Kənd təsərrüfatı inkişaf edəcək, lakin o kasıb təbəqəyə çatmayacaq", deyə o bildirib.

Sazişin imzalanması istiqamətində prosesi şərh edərkən ekspert hökumətin əvvəlcədən planlaşdırılmış şəkildə siyasi islahatlara getdiyini, Azərbaycanın regional siyasətinin strateji baxımdan uğurlu sayıldığını və bunun siyasi islahatların şərtlərindən biri olduğunu vurğulayıb. "Avropa İttifaqına inteqrasiya prosesi uzun prosesdir və gec gedir. Əslində, Azərbaycanın indiyədək apardığı ehtiyatlı və astagəl siyasəti onu bir sıra təhlükələrdən sığortalayıb, deyə Əvəz Həsənov əlavə edib.

Gülnar Səlimova

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Qubad İbadoğluya YEKUN İTTİHAM elan edildi
15:52 18.04.2024
Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans KEÇİRİLİR
15:50 18.04.2024
Hamısı