Rusiya-Belarus arasında səfir qalmaqalı "Putin geri addım atdı"

Analitika 10:27 01.05.2019

Rusiya prezidenti Putinlə Belarusiya prezidenti Lukaşenko arasında artıq uzun müddətdir müşahidə edilən gərginlik davam edir. İki lider arasında problem Çində keçirilən “Bir kəmər, bir yol” forumunda bir daha özünü biruzə verdi. Belarus mətbuatında yer alan xəbərlərə görə Putinlə mübahisə edən Lukaşenko  forum bitməmiş, bütün rəsmi görüşlərini təxirə salaraq Minskə qayıdıb.

 

Hadisəni araşdırdığımız zaman müəyyən etdik ki, Lukaşenkonun əsas tələbi Rusiyanın ölkəsindəki səfirinin dəyişdirilməsi olub. Əvvəlcə, Putin bununla razılaşmayıb və Lukaşenko öz növbəsində buna qəti şəkildə etiraz edib. Nəhayət, dünən axşam saatlarında Kremlindən gözlənilən xəbər gəlib. Putin bu gərginliyə son qoymaq üçün Belarusiyadakı səfiri Mixail Babiçi gerti çağırıb və onun yerinə  Federasiya Şurasının üzvü Dmitri Mezentsevi Belarusa yeni səfir təyin edib.

 

Bəs Lukaşenko niyə rus səfirinin dəyişdirilməsini tələb etdi?

Mixail Babiç ile ilgili görsel sonucu

 

Əvvəla, Belarusiyadakı əvvəlki səfir, Mixail Babiç çox kobud surətdə Belarusiyanın daxili işlərinə qarışırdı. Lukaşenko dəfələrlə ona Belarusiyanın daxili işlərinə qarışmaması barədə xəbərdarlıq edib. Bu xəbərdarlıqlara iki amil səbəb olub. Birincisi ondan ibarətdir ki, Babiç dəfələrlə belarus mətbuatına verdiyi açıqlama və ya müxtəlif tədbirlərdə Belarusiyanın Rusiya pul vahidindən (rubldan) istifadə etməli olduğunu vurğulamışdı. İkinci və ən önəmli amil isə Babiçin açıqlamalarının birində Belarusiyanın Rusiyaya birləşməsinin zəruri olduğunu deməsi idi. Lukaşenko bu iki amildən savayı ümumiyyətlə rus səfirinin ölkəsindəki fəaliyyətini özü üçün təhlükə hesab edirdi. Ona görə də səfirin geri çağırılması Putindən əvvəl xahiş, sonra tələb etdi. Putin öncə razılaşmasa belə daha sonra Belarusiyadakı səfirini dəyişməyə razı oldu.

 

Rus ekspert Aleksey Martunov qeyd edib ki, səfir Babiçin geri çağırılması sadəcə Belarusiyanın deyil, eyni zamanda rəsmi Moskvanın da xeyrinə olan bir addım idi. Bu səfirin bütün fəaliyyəti dövründə Rusiya və Belarusiya arasındakı münasibətlər günü-gündən gərginləşmişdir. Halbuki, səfirlərin missiyası problem yaratmaq deyil, əlaqələri inkişaf etdirmək və mövcud problemləri həll etməkdir. Putin Lukaşenko tələb etməsə idi belə, bu ölkədəki səfiri dəyişməli idi və dəyişdi.

 

Azərbaycanlı politoloq Elxan Şahinoğlu isə məsələylə bağlı qeyd edib ki, Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə son görüşündə dedi ki, əgər iki ölkə arasındakı münasibətlərin ittifaq səviyyəsində qalmasını istəyirsənsə səfirini ölkəmdən rədd elə, başqasını göndər. Məsələ burasındadır ki, Rusiyanın Belarusdakı səfiri Mixail Babiç həqiqətən kobud şəkildə çalışdığı ölkənin daxili işlərinə qarışırdı. Lukaşenko bir neçə dəfə səfiri kəskin tənqid etmişdi, ona yerini göstərmişdi. İlk dəfədir müşahidə edirəm ki, Putin kiminsə tələbini yerinə yetirir. Rusiya prezidenti bu gün verdiyi fərmanla Babiçi geri çağırararaq onun yerinə Federasiya Şurasının üzvü Dmitri Mezentsevi Belarusa səfir təyin edib. Lukaşenkonun bu nümunəsi göstərir ki, Kremli də geri addım atmağa məcbur etdirmək mümkündür.

 

Nicat İsmayılov

"Bakının memarlığına heyran oldum" - Özbək jurnalist - VİDEO

Xəbər xətti

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar
13:46 25.04.2024
Simonyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdı
13:40 25.04.2024
Hikmət Hacıyev: “Füzuli tam şəkildə yenidən qurulur”
13:30 25.04.2024
Fuat Oktay: "Zəngəzur dəhlizinin açılması Türkiyəni Orta Asiyaya bağlayacaq"
13:27 25.04.2024
Sahil Babayev: "Azərbaycan Macarıstana təbii qaz tədarükünə başlayıb"
13:20 25.04.2024
"Bakının memarlığına heyran oldum" - Özbək jurnalist - VİDEO
13:05 25.04.2024
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
12:50 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak ediblər
12:38 25.04.2024
Haaqa məhkəməsində Ermənistanın əsassız iddiaları davam edir - VİDEO
12:38 25.04.2024
Sabahın hava PROQNOZU
12:35 25.04.2024
Baş Prokurorluqdan Nəsib Quliyevin ölümü ilə bağlı daha bir AÇIQLAMA
12:30 25.04.2024
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
12:30 25.04.2024
Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir
12:25 25.04.2024
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
12:20 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
12:14 25.04.2024
Naxçıvana Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? – DOSYE
12:09 25.04.2024
Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - YENİ TƏYİNAT
12:00 25.04.2024
Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
11:52 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış oldular
11:35 25.04.2024
Şuşada beynəlxalq müsabiqə keçiriləcək - TARİX AÇIQLANDI
11:25 25.04.2024
Qırğızıstan Prezidenti Füzuliyə GETDİ
11:18 25.04.2024
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
11:15 25.04.2024
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
11:05 25.04.2024
Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO
11:00 25.04.2024
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək – BU TARİXDƏ
10:55 25.04.2024
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
10:50 25.04.2024
Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər
10:39 25.04.2024
ABŞ və Avropa ölkələrindən Çinə TƏSİR - ANALİTİKA
10:30 25.04.2024
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
10:24 25.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
10:20 25.04.2024
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
10:15 25.04.2024
Azərbaycanda balıq ovu qadağan edilir
10:07 25.04.2024
BMT Təhlükəsizlik Şurasında kritik anlar: Rusiya veto qoydu
10:00 25.04.2024
Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO
09:55 25.04.2024
Mübariz Qurbanlının ailəsinə AĞIR İTKİ
09:48 25.04.2024
ABŞ-da Tik-Tok qadağan edilib
ABŞ-da Tik-Tok qadağan edilib
09:45 25.04.2024
Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb
09:40 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri... - ŞƏRH
09:32 25.04.2024
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
09:24 25.04.2024
Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib
09:15 25.04.2024
Hamısı