Türkiyə demokratiyasında "qısaqapanma" Seçkilərin nəticələri ləğv edildi

Analitika 12:05 07.05.2019

Dünən Türkiyənin Yüksək Seçki Komissiyası şok bir qərarla Türkiyədə keçirilmiş və Ərdoğan partiyası (AKP-nin) üçün böyük uğurusuzluq hesab edilən seçkilərin nəticlərəni ləğv edib.

YSK bu qərarı 7 lehinə, 4 əleyhinə olmaqla qəbul edib.

ysk ile ilgili görsel sonucu

Qeyd edək ki, martın 31-də keçirilmiş seçkilərdə İstanbul bələdiyyəsi uğrunda əsas iqtidar AKP (namizədi Binəli Yıldırım) və CHP (Cümhuriyyət Halk Partisi, namizədi Ekrem İmamoğlu) mübarizə aparıblar, cüzi fərqlə Ekrem İmamoğlu qalib gəlib.

İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə təkrar seçkilərin iyunun 23-də keçiriləcək. ​Seçkilərə qədərsə təzə mandat alan İmamoğlunun mandatı əlindən alınacaq.

İYİ partiyası lideri Meral Akşener YSK-nın bu qərarını demokratiyaya qarşı həyata keçirilən sivil çevriliş kimi şərh edib.

meral akşener ile ilgili görsel sonucu

Türkiyədə baş vermiş bu olay həm ölkə daxilinə, həm də beynəlxalq miqyasda ciddi rezonansa səbəb oldu. Seçkilərin nəticələrinin ləğv edilməsi mərkəzi müxalifətdə, CHP-də şokk efekti yaratdı. Xalqın dəstəyini yeni-yeni dadan İmamoğlu birdən-birə iftar vaxtı seçkilərin nəticələrinin ləğv edildiyini eşitdi. İmamoğlu mətbuata verdiyi açıqlamada gülər üzümüzlə sona qədər mübarizə apacağıq, Hər şey gözəl olacaq” dedi.

Türkiyədə seçkilər başa çatdıqdan sonra ilkin nəticələr açıqlandığı andan bəri iqtidar partiyası olan AKP-də ciddi narahatlıq var idi. Ərdoğan gülər üzlə və sakit tonda seçkilərin nəticələrini şərh edərkən dedi ki, xalq yenə bizi seçib, bizi dəstəkləyib və ən çox səsi də AKP qazanıb. Ancaq İstanbul, Ankara, İzmir kimi böyük şəhərlərin itirilməsi AKP-nin bu zəfərinin əslində məğlubiyyətə bərabər qələbə olduğunu gözlər önünə sərirdi.

Ərdoğan hər şeydən çox İstanbulun itirilməsindən narahat idi. Çünki o, bir lider kimi ilk olaraq İstanbulda bələdiyyə seçkilərini qazandıqdan və buraya uğurlu rəhbərlikdən sonra populyar siyasi liderə çevrilmişdi. Xalq Ərdoğanı İstanbulu fəth edən gənc lider kimi tanımışdı. Ərdoğan İstanbuldakı bələdiyyə rəhbərliyindən Türkiyə prezidentliyinə qədər yüksələ bildi və bu yüksəlişdə İstanbula rəhbərliyin xüsusi rolu var idi. İndi Ərdoğan başqa bir liderin öz səyləri və əzmi ilə İstanbulu “fəth etməsi”ni və günü-gündən nüfuzunu artırmasını gözə ala bilməzdi. Ərdoğan seçkilərin nəticələrindən narahatlığının başqa bir səbəbi isə eyni vaxtda paytaxt Ankaranı və meqapolis - İstanbulu itirməsi idi. Bununla barışmaq olmazdı. Ancaq seçkiləri bir günün içində ləğv etmək də absurd olardı. Həm də Ərdoğan xalqın belə bir anda ona dəstək verəcəyindən də arxayın deyildi. Ona görə də seçkilərin nəticləri açıqlandığı andan etibarən üzərində mübahisələr edilən İstanbulda İmamoğluna mandatın verilməsinə göz yumdu. Bu arada qeyd edək ki, İmamoğlu ən gec mandat alan bələdiyyə başçısı oldu. Çünki İstanbuldakı seçkilər açıqlandıqdan sonra AKP-nin tələbi ilə səslər yenidən sayılmışdı.

erdoğan ile ilgili görsel sonucu

Ərdoğan seçkilərdən sonrakı bir ay ərzində xalqın və mətbuatın nəbzini ölçdü. Və ən son 3 gün əvvəl qeyd etdi ki, “Vətəndaşım mənə deyir ki, başkanım seçkiləri təkrarlayaq”. Bu bəyanatla Ərdoğan nəticəlrəi ləğv edən seçki komissiyasına mesajını vermiş oldu. Bu YSK üzərində ciddi təzyiq yaratdı. Və sonda İstanbulda keçirilən seçkilər ləğv edildi və 23 iyunda bu ərazidə yenidən seçkilər keçiriləcəyinə qərar verildi.

YSK-nin seçkiləri ləğv etmə səbəbi də olduqca maraqlıdır. Qurumdan mətbuata verilən açıqlamada qeyd edilib ki, seçkilər ona görə ləğv edilib ki, seçki qutularına və seçkilərə nəzarət edən yerli seçki komissiyalarının üzvləri dövlət qulluqçusu olmayıb. Maraqlıdır ki, ölkədə seçkiləri təşkil edən, ona nəzarət edən və seçkilərin nətcilərini elan edən bir qurum 36 gün sonra bunu müəyən edib. Əslində, YSK heçnəyi müəyyən etməyib. Bu məsələni AKP-nin YSK-daki nümayəndələri qaldırıb və qeyd ediblər ki, belə olan halda seçkilər qanunsuzdur. YSK-da 11 nəfər üzvdən 7-sinin qərarıyla seçkini ləğv edib.

İmamoğlu YSK-nı təzyiqlərə boyun əydiyi üçün qınayıb. "Əfəndim, nəymiş, seçki komissiyalarının tərkibinə fövqəladə etiraz etdikləri üçün nəticələri ləğv etmiş. Həmin seçki komissiyaları prezidenti də seçdi, konstitusiya referendumunu da keçirdi. O zaman prezident seçkiləri də şübhəlidir, konstitusiya da şübhəlidir"-o bildirib.

Nəticədə Türkiyədə demokratiya bir daha ağır yara aldı. Təkrar seçkilərin keçirilməsində ciddi bir qəbahət yoxdur. Ancaq seçkilərdə saxtakarlıqlarla bağlı konkret dəlil və sübutlar olduğu zaman bu cür yola əl atmaq lazımdır. Türkiyəli məşhur hüquqşunas, prof. Dr. Sibel İncəoğlu bu məsələ barədə qeyd edir ki, “Əgər YSK əlində konkret qanun pozuntusu varsa bunu xalqa təqdim etsin, ancaq etirazlarla, bəhanələrlə seçkilər yenilənə bilməz. Bu seçkiyə, demokratiyaya inamı sarsıdır. Demokratiya inancın sarsılması dövlətə inancın sarsılması mənasına gəlir.

prof. Dr. Sibel İnceoğlu ile ilgili görsel sonucu

Bəs niyə İstanbul bu qədər önəmlidir?

Çünki Türkiyənin ən çox turist axını olan, ən gəlirli və ən çox investor cəlb edən şəhəri, megapolisi İstanbuldur. İstanbula və Ankaraya nəzarət edə bilməyən bir iqtidar halimiyyəti əlində saxlasya bilməz. Ona görə də hazırki iqtdiar İstanbul məsələsində bu qədər inadkardır. Hansı yolla olursa olsun, İstabulu itirmək istəmir. Ancaq Ərdoğanın bu inadı Türkiyədə çox aktiv olan cəmiyyət vicdanında, ictiami rəydə əks təsir göstərə bilər. Bu mənfi təsirsə 23 iyunda keçiriləcək seçkilərdə yenidən və bu dəfə daha böyük fərqlə İmamoğlunun zəfərini şərtləndirə bilər. Çünki YSK İmamoğlunun əlindən mandatını almaqla onu məzlum duruma salır. Və əslində bu Ərdoğanın və iqtidarının reputasiyasını endirir, İmamoğlununsa nüfuzunu artırır.

Ancaq düşünmək olmaz ki, bütün bunları Ərdoğan və kamandası hesablamayıb, düşünməyib. Seçkilərin təkrarlanması mövcud elektoratda ən əsas motivasiya problemi yaradacaq. Çünki vətəndaş səs verdiyi, seçdiyi və sevdiyi namizədin əlindən süni bəhanələrlə mandatının alındığını görəndə məyus olur və siyasətdən soyuyur. Ona görə də ehtimal var ki, İmamoğlunu dəstəkləyən elektorak növbəti seçkiləri boykot etsin. Bu əslində uzun illər müxtəlif avtoritar rejimlərdə həyata keçirilən siyasi iştirak səviyyəsinin aşağı salınması üçün istifadə edilən təcrid siyasətinin bir nümunəsidir.

Bununla belə müxtəlif sosial şəbəkələrə və türk mətbuatına diqqət yetirdiyimiz zaman sanki İmamoğluna kütləvi dəstəyin formalaşmağa başladığını görürük. Çünki YSK-nın qərarından sonra sanki o, cəmiyyətdə yeni bir qəhrəmana çevrildi. Məşhurlar belə İmamoğluna dəstək verməyə başlayıb. Gülben Ergen, Can yılmaz, Tan Taşçı, Yunus günce Demet Akbağ və digərləri “herşey güzel olacak” heşteqilə imamoğluna dəstəklərini ifadə ediblər.

CHP və müttəfiqləri bu gün yenidən seçkilərdə iştirak edib, etməyəcəkləri ilə bağlı müzakirələrə başlayıb. Ancaq İmamoğlunun yenidən seçkilərdə iştiraka can atır. O, lideri Kılıçdaroğlunu inandıra bilib ki, əslində bu qərar ona daha çox xalq qazandıracaq. Ona görə də biz, yaxın zamanlarda İstanbulda yeni seçki yarışını müşahidə edə bilərik. Ərdoğanınsa əsas strategiyası İstanbulda yaşayan kürd vətəndaşların və AKP-dən incik düşmüş elektoratı öz tərəfinə çəkmək olacaq. Dünən 8 il sonra PKK terror təşkilatının lideri Abdullah Öcalanın vəkilləriylə görüşməsinə və kürd vətəndaşlara müraciətinə imkan verilməsi də böyük ehtimal bu strategiyaya uyğun həyata keçirilmiş bir plandır.

Sonda Türkiyədə 31 mart seçkilərinin nəticələrinin ləğv edilməsilə demokratiyada kiçik bir "qısaqapanma" baş verdi. Demokratiyanın fəaliyyətini davam etdirib-etdirməməsi türk elektoratın inadkarlığından və əzmindən asılı olacaq. 

 

Nicat İsmayılov

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Hamısı