Nə bizə “II Qarabağ” lazımdır, nə də gürcülərə “II Cənubi Osetiya” Ekspertlər Keşikçidağ məsələsi barədə…

Analitika 12:37 08.05.2019

Məlumdur ki, aprel ayının 23-dən bəri Azərbaycanla Gürcüstan sərhəddində yerləşən Keşikçidağ və ya David Qareci monastrı ilə bağlı müzakirələr davam edir. Qeyd edək ki, Azərbaycan və Gürcüstan arasındakı sərhəd ərazilərin 64%-i delimitasiya edilib. Qalan 36% mübahisəli ərazi hesab edilir və bu monastdra o ərazidə yerləşir. Aprel ayının 23-də Gürcüstan prezidenti Salome Zurabişvilinin ərazinin təcili delimitasiyasıyla bağlı çağırışından sonra Azərbaycan sərhəddiçiləri ərazidə nəzarəti gücləndirmişdi. Nəticədə Gürcüstan vətəndaşlarının əraziyə daxil olmasında problemlər meydana gəlmişdi.

 Bu amil həftələrdir Gürcüstan mətbuatında ciddi müzakirələrə səbəb olub. Və bir neçə siyasətçilər, vətəndaş cəmiyyəti üzvləri, müxtəlif partiya rəsmiləri əraziyə yaxınlaşaraq burada aksiyalar keçirib və ya buna cəhd edib.

 

Gürcüstanla yaşanan problemi Eurasia Diary üçün şərh edən politoloq İlqar Vəlizadə qeyd edib ki, Gürcüstanla Azərbaycan arasında heç bir real problem yoxdur. Tərəflər arasında o zaman bir siyasi və ya diplomatik problem meydana gələ bilərdi ki, tərəflərdən biri və yaxud hər ikisi ərazi iddası irəli sürsün. Lakin nə Azərbaycanın, nə də Gürcüstanın irəli sürdüyü hər hansısa ərazi iddiası yoxdur. Tərəflər sadəcə bəzi sərhəd hissələrinin razılıq əsasında delimitasiya edilməsi üçün çalışırlar. Ancaq xüsusən Gürcüstandakı müxtəlif siyasətçilər, partiyalar bu məsələdən öz reytinqlərinə görə istifadə etməyə çalışırlar. Onlar icitimaiyyətdən xal qazanmaq üçün papulist çıxışlar edir və "mübahisəli ərazi" adlandırdıqları sərhəd ərazisinə gələrək burada etiraz aksiyaları keçirirlər. Lakin həm gürcüstanlı, həm də azərbaycanlı ictimai xadimlər məsələyə soyuqqanlı yanaşmalı və məsələni qızışdırıb problem halına gətirməməlidirlər. Əks halda bu, hər iki dövlətin və xalqın əlehinə olar.

ilqar vəlizadə ile ilgili görsel sonucu

İ. Vəlizadə həmçinin bildirib ki, tərəflər delimitasiya məsələləri üzərində çalışırlar. Bu işlə məşğul olan komissiya fəaliyyət göstərir və bu komissiya indiyədək 11 iclas keçirib. Həmçinin ötən günlərdə Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev gürcü həmkarı ilə səmərəli görüş keçirib. Bu görüş bir daha göstərdi ki, heç bir narazılıq və problem yoxdur. Sadəcə bəzi texniki məsələlər mövcuddur və onların həlli üçün tərəflər çalışır.

“Qaldı ki, Keşikçidağ monastrının gürcülərə verilməsi məsələsinə, bundan söhbət belə gedə bilməz. Ən azından ona görə ki, ümumiyyətlə gürcülərin buna muvafiq heç bir tələbi yoxdur. Tərəflər arasındakı bütün görüşlərdə, o cümlədən generalalrın görüşündə Gürcüstan öz vətəndaşlarının bu monatsra rahat gedib-gəlməsi üçün şərait yaradılmasını xahiş edib. Ancaq kimlərsə bu məsələni qızışdırmağa çalışır. Tərəflər arasındakı danışıqlarda müraciətlərə, xahişlərə yer verilirsə o zaman burada mübahsəli məqamdan söhbət gedə bilməz.

 

Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, Prezidentin eks-köməkçisi, politoloq Eldar Namazov da mövzuyla bağlı ekskluziv açıqlamla verib. O, qeyd edib ki,  problemin məğzi ondan ibarətdir ki, burada həm Gürcüstanın içindəki bəzi dairələr, həm də Gürcüstandan kənardakı üçüncü qüvvələr Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirmək istəyir, süni problemlər yaratmağa çalışırlar. Bu məqsədlə də müxalif təbliğatlara əl atırlar.

eldar namazov ile ilgili görsel sonucu

 Kənar qüvvələr deyəndə, ilk növbədə Ermənistanı və Rusiyanı nəzərdə tuturam. Bu iki dövlət Azərbaycan-Gürcüstan münasibətlərinin belə yüksək səviyyədə olmasını özləri üçün təhlükə hesab edirlər və bunu pozmağa çalışırlar. Təbii ki, Gürcüstanın içində də həm rusiyapərəst, həm də ermənipərəst qüvvələr var. Eyni zamanda, burada müəyyən marginal millətçi qruplar da var ki, onların hansısa böyük geopolitik maraqları yoxdur, onlar ancaq ucuz populist çıxışlarla müəyyən xal qazanmaq, ictimai rəydə nüfuzlarını qaldırmaq üçün bu tipli mövzulardan həvəslə yapışırlar və çalışırlar ki, hamıdan qabağa düşərək gurultulu bəyanatlar versinlər.

 

Ərazi mübadiləsi ilə bağlı təkliflərə münasibət bildirən E. Namazov qeyd edib ki, nəzərə alın ki, bizdə də Qarabağ problemi var və o problemin həllində biz də müxtəlif təxribatlarla üzləşirik. Elə xarici diplomatlar var ki, onlar torpaq mübadiləsi təklif edirlər. Yəni deyirlər ki, ermənilər Dağlıq Qarabağın ətrafında işğal olunmuş rayonları qaytarırlar, siz də Dağlıq Qarabağa müstəqillik verirsiniz. Bu, necə torpaq mübadiləsi oldu? Dağlıq Qarabağ da, onun ətrafındakı rayonlar da bizimdir. Deməli, işğal etdikləri ərazilərin bir qismini bizə qaytarırlar, bir qismini isə guya biz onlara verməliyik? Bunun da adını mübadilə qoyurlar?

 

Bizə dost olan, müstəqillikdən sonra bizim strateji müttəfiqimiz olan ölkə də, cəmiyyət də anlamalıdır ki, belə şəraitdə Azərbaycan, ümumiyyətlə, heç bir torpaq mübadiləsi məsələsinə razılıq verə bilməz. Ona görə ki, bu, düzgün yanaşma deyil. Sərhədin müəyyənləşməsində biz dini amilin rolunu əsas götürməli olacağıq. Bu isə mümkün olan şey deyil. Sərhədin o tərəfində də, bu tərəfində də azərbaycanlı müsəlmanlar yaşayır.

 

Mənə elə gəlir ki, BMT və ATƏT çərçivəsində ərazi baxımından biz necə qəbul edilmişksə, həmin o sərhədlər əsasında da komissiyanın işini tez yekunlaşdırmalıyıq və Azərbaycanla Gürcüstan arasında birdəfəlik heç bir ərazi probleminin olmadığını nümayiş etdirməliyik. Həmin abidənin hansı ölkəyə məxsusluğu müzakirə predmeti ola bilməz. Onun tarixən həm Azərbaycan, həm gürcü xalqı üçün bir tarixi abidə olduğunu nəzərə alaraq, ondan istifadə qaydalarını sərhədləri müəyyənləşdirən komissiya çərçivəsində yox, dövlətararası müqavilələr vasitəsilə həll etmək olar. Belə ki, qeyd etdiyim kimi, həmin tarixi abidəni ziyarət edən insanlar üçün hansısa şəraitin yardılmasıyla bağlı ikitərəfli müqavilələr ola bilər.

 

Biz başa düşürük ki, adi sərhəd-keçid məntəqələrinə aid qaydalara əsasən, buraya gələnlər müəyyən yoxlamadan keçirlər. Bu monastıra gedən insanlar üçün həmin qaydaları tətbiq etsək, bu, ora gələn insanlara problemlər yarada bilər. İkitərəfli müqavilələr vasitəsiylə tarixi abidəni Gürcüstan tərəfindən ziyarət etmək istəyən insanlar üçün xüsusi şərait yaradılsın. Yəni onlar heç bir yoxlamadan keçmədən sərhədi adlayır və monastırı ziyarət edə bilir və əksinə, Gürcüstan tərəfində qalan abidəni ziyarət üçün azərbaycanlılara sərbəst şərait yaradılır.

 

Hər iki tərəf proseslərin gedişatına ciddi nəazərt etməlidirlər. Vaxtında təxribatların qarşısı alınmayanda hadisələrin necə nəticələnəcəyini hər iki xalq çox yaxşı bilir. Nə bizə “II Qarabağ” lazımdır, nə də gürcülərə “II Cənubi Osetiya”. Tərəflərin məsələyə obyektiv yanaşacağını düşünürəm.

 

Nicat İsmayılov

Ülvi Əhmədli

Əmrullayev Əmrulla

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO
15:35 28.03.2024
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun DƏYİŞDİ
15:20 28.03.2024
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
15:14 28.03.2024
"Sazz” İnternet provayderindən ŞİKAYƏTLƏR ÇOXALIR - Qaynar xəttdən CAVAB
15:09 28.03.2024
Hamısı