ABŞ-la gərginlik artır, iqtisadiyyat iflasın astanasında İran düyünü necə həllini tapacaq?

Analitika 11:04 11.05.2019

İran xüsusən Tramp hakimiyyətə gəldikdən sonra həm xarici siyasətdə, həm də ölkə daxilində ciddi problemlər yaşamağa başladı. Obama hakimiyyəti dövründə ABŞ və Avropa dövlətlərilə bir çox strateji müqavilələr bağlamış və “Birgə Ətraflı Fəaliyyət Planı” (BƏFP) razılaşması əsasında qismən də olsa Nüvə problemini həll edə bilmiş İran Trampın hakimiyyətə gəlməsindən sonra ciddi təzyiqlər, embarqolar və sanksiyalarla üzləşdi. Tramp İran üçün yeni bir ssenarinin, qorxu, problem, sanksiya və gərginliklərlə dolu “qara ssenarini”ni hazırladı və bu ssenari əsasında tərtib edilmiş fəaliyyət planını işə saldı. Bu nöqteyi-nəzərdən Xamenei başda olmaqla bütün mollaları da Tramp sözün həqiqi mənasında “işə saldı”.

trump ile ilgili görsel sonucu

Hakimiyyətə gəldikdən sonra BƏFP razılaşmasını təktərəfli olaraq ləğv edən Tramp İrana qarşı sərt və barışmaz siyasəti başlatdı. Ötən ilin noyabr və bu ilin martında İrana qarşı tətbiq edilən sanksiyalar İranın “belini bükdü”. İnfilyasiya, (40%) işsizlik və digər iqtisadi problemlər rekord səviyyədə müşahidə edilməyə başlandı. Buna rəğmən İran mübarizəni dayandırmadı və inadla ABŞ-a müqavimət göstərməyə davam edir.

Bir il bundan əvvəl, 2018-ci ilin 8 mayında Tramp İranla imzalanan nüvə sazişi haqqında müqaviləni təktərəfli olaraq ləğv elədi. Bu hadisədən düz bir il sonra İran 8 may, 2019-cu ildə nüvə razılaşmasının bəzi öhdəlilərini yerinə yetirməyi dayandırdığını açıqladı. Əslində İran bu məsələdə haqlıdır. Beləki, BMT-nin 5 daimi üzvü (Rusiya, ABŞ, Çin, Böyük Britaniya, Fransa) və Almaniya ilə İran arasında imzalanan müqavilənin 26 və 36-cı maddələrinin şərtlərinə görə əgər tərəflər öz üzərlərinə götürkdükləri öhdəlikəri yerinə yetirməsə və sanksiyalar davam edərsə İranın sazişin öhdəlikərini yerinə yetirməmə haqqı var. Nəzərə alsaq ki, ABŞ İrana qarşı artıq ötən ildən bəri sanksiyalarını davam etdirir, İranın götürdüyü öhdəliklərə əməl etməsi təbii ki, öz maraqlarına ziddir. İran prezidenti Ruhanidə elə bunu deyir: “Nə vaxt milli maraqlarımız nəzərə alınar, o zaman üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetirərik”. Qeyd edək ki, sözü gedən öhdəliklər İranın uran ehtiyatları ilə bağlı idi. Bu öhdəliklərə əsasən İran maksimum 300 ton uran ehtiyatına sahib ola bilər.

ruhani ile ilgili görsel sonucu

 İran prezidentinin bu açıqlamasına cavab çox da gecikmədi. Geri addım ata biləcəyi düşünlən Tramp əksinə durumu daha da gərginləşdirəcək addım atdı, “alovun üzərinə benzin tökdü”. İrana tətbiq etdiyi sanksiyaları daha da genişləndirdi. Əgər bu günə qədər ABŞın İrana tətbiq etdiyi sanksiyalar daha çox enerji, gəmiçilik və maliyyə sektoru ilə bağlı idisə, bu dəfə hədəf sadəcə enerji İranda istehsal edilən dəmir, çuğun, çəlik, aliminum və digər matriallar oldu. Trampın yeni sanksiya qərarına əsasın İranın istehsal etdiyi bu məhsulları alan dövlətlərə qarşı ABŞ növbəti sanksiyaların tətbiq ediləcəyini açıqladı. ABŞ prezidenti Tramp bu cür sanksiyaların səbəbini İranın nüvə sənayesini inkişaf etdirməsi üçün maliyyə mənbələrini məhdudlaşdırmaqla əlaqələndirdi.

Sanksiyaların daha da dərinləşdiyi və Avropadan da heç bir köməyin gəlmədiyi bir zamanda İranda vəziyyət daha da gərginləşməkdədir. İranda iqtisadiyyat iflic vəziyyətinə düşüb. Bir il ərzində ölkə iqtisadiyyatı 3,8% kiçilib. Belə bir durumda sanksiyaların genişləndirilməsi İranı iqtisadi tənəzzülə uğratmaq cəhdini ifadə edir. Bu məsələyə aydınlıq gətirən Tramp 8 maydakı açıqlamasında qeyd edib ki, İrandakı iqtisadi vəziyyətin ağırlaşmasından xəbərimiz var. İrandan böyük bir şey tələb edilmir. Mənə zəng eləsinlər, danışaq və iki tərəfində xeyrinə olacaq bir razılaşma imzalayaq. İran rəhbərliyindən nüvə sənayesini məhdudlaşdırmaqdan başqa bir tələbimiz yoxdur. Biz İranın nüvə silahına sahib olmasını ABŞ-ın və dünyanın təhlükəsizliyinə təhdid hesab edirik. İran nüvədən imtina edərsə ABŞ nəinki sanksiyaları dayandıra, hətta İrana iqtisadi yardımlar da edə bilər.

iran ekonomisi iflas ile ilgili görsel sonucu

Yəni əslində Tramp çox məharətlə ikili siyasət yürüdür. Bir tərəfdən sanksiyaları genişləndirməklə İran üçün çıxış yolunu daraldır, danışılqara qapıları bağlayır, digər tərəfdən “mənə zəng eləsinlər, hər şeyi həll edək” deməklə İrana səmərəli diplomatik danışıqlar üçün “açıq qapı” göstərir.

İranın düşdüyü bu ağır durumda nüvə sazişi imzaladığı Avropa dövlətlərindən heç bir real kömək gəlmir. Belə ki, ABŞ-ın nüvə razılaşmasından çıxması və İrana qarşı sanksiyalara start verməsindən sonra Avropa ölkələri ABŞ-ın bu addımlarını qınamış və İranla ticarət əlaqələrinə davam edəcəklərini bildirmişdilər. Ancaq bu İrana verilən boş vəddən başqa bir şey deyildi. Çünki ABŞ İrana eyni zamanda valyuta sansksiyanı tətbiq etmiş və İranla ticarətdə dollardan istifadə edən bütün dövlətlərin və şirkətlərin bu sanksiyalardan “bəhrələnəcəyini” qeyd etmişdi. Buna görə də Avropa dövlətləri bir araya gələrək İranla ticarətdə “yeni mexanizm” haqqında sövdələşmə imzaladılar. Ancaq Əli Xamenei demişkən bu mexanizm oyuncaq kimi bir şey oldu və İran iqtisadi embarqo ilə üz-üzə qaldı.

Ä°lgili resim

İranda durumun daha da gərginləşməsindən ürkən Avropa dövlətləri ərəb baharında üzləşdikləri terror, qaçqın axını və digər problemlərlə üz-üzə qalmamaq üçün yeni bir “İran baharı”na etiraz edirlər. Eyni zamanda İran qazı, rus qazına əsas alternativdir və Avropa özünün qazla təminatında sadəcə ruslardan asılı olmaq istəmir. Ancaq Avropa dövlətləri bu məsələdə “dərdləri”ni Trampa izah edə bilmirlər. Çünki Tramp qıvraq və manevrli diplomatiyanı bacarmır. O sərt və məcburetməyə əsaslanan diplomatiya həyata keçirir. Bu diplomatiya ilə o, Şimali Koreyanı, Meksikanı, Türkiyəni, hətta nisbətən də olsa Çini “dizə gətirməyi” bacarmışdı, indi isə eyni üsulla İranı nüvə məsələsində razı salmağı ümid edir. Ona görə də Tramp yeni sanksiyalarla bağlı qərarı imzaladıqdan sonra həm İrana yumruq göstərdi, həm də dostluq əlini uzatdı.

İranınsa görünür tək dostu Rusiyadır. Çünki İranla ABŞ arasında qarşılıqlı gedişlərin həyata keçirildiyi vaxtda, 8 mayda İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Moskvada rus həmkarı Lavrovla görüşdü. Görüşün əsas məğzi məlum idi. Iran yeni sanksiyalarda Rusyanın dəstəyini istədi. Rusiya da İranın nüvə sazişi öhdəliklərini yerinə yetimrəkdən imtina etməsini ABŞ-ın uzlaşmaz siyasəti ilə əlaqələndirdi. Rusiya İranı müdafiə etdi və istənilən sanksiyaya rəğmən İranla əməkdaşlığa davam edəcəklərini açıqladı. Ümumiyyətlə İranın üz-üzə qaldığı bu çətin stuatsiyaya ən çox sevinən də elə Rusiya idi. Çünki Ruisya ABŞ və İran arasında gərginliklərin daha da artırılmasında maraqlıdır. Bu halda əvvəla o illərdir müttəfiqi olan İranın SSRİ dövründə olduğu kimi özünün maraqlarına zidd siyasət yürütməsinə əngəl olur. Həmçinin İran Rusiya üçün müsəlman şərqinə və körfəzə açılan qapıdır. Ona görə də Rusiya ABŞ-ın qarşısında duran İranı hərzaman müdafiə edir və onu get-gedə öz tərəfinə çəkir. Həmçinin Rusiya İran enerji daşıyıcılarının Qərbə satılmamasından məmnundur. Belə ki, bu halda Rusiya bu sahədə monopoliyanı əlində saxlaya bilir. Şimal axını və Türk axını layihələri ilə öz enerji məhsullarını dünyaya, xüsusən də Avropaya çatdırmağı və Qərbin yeganə enerji mənbəsi olmağı hədəfləyir.

lavrov cavad zərif ile ilgili görsel sonucu

Almaniya və Fransa isə İrandan səbr diləyirlər. İranın öhdəliklərlə bağlı açıqlamasından dərhal sonra Almaniya və Fransa nazirləri ard-arda açıqlama verərək İranı öhdəliklərin yerinə yetirilməsinə çağırdılar və bu qərarı şantaj hesab etdikərini bildirdilər.

Çinin İrana yanaşmasını izah edən Beynəlxalq münasibətlər üzrə ekspert Doğacan Başaran qeyd edir ki, "Rusiyayla birlikdə Çin də İranın mövqeyini müdafiə etdi. İranın nüvə sazişində yer alan dövlətlərdən biri olan Çin İranın saziş öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı açıqlamasına münasibət bildirərkən İrana dəstək verdi. Çin Xarici işlər naziri Vanq verdiyi açıqlamada ABŞ-ın yürütdüyü siyasəti tənqid etdi və məsələnin bu duruma gəlməsinə görə ABŞ-ı günahlandırdı. Lakin bu məsələdə Çinin mövqeyi formal dəstəkdir. Çin sözdə İrana dəstək durur, ancaq əməldə İran üçün ciddi bir iş görmür. Buna səbəb ticarət savaşını çox da genişləndrrmənin tərəfdarı olmayan Çinin İrana görə ABŞ-la yeni problemlər yaşamaq istəməməsidir. Qeyd etmək lazımdır ki, Çinin enerji ehtiyatlarının sadəcə 6%-i İrandan təmin edilir. Bu rəqəmə görə Çin təbii ki, riskə getmək istəməz. Eyni zamanda 27 apreldə keçirilən II Kəmər – Yol konfransına İran prezidenti Ruhani qatılmamışdı. Bütün bunlar iki dövlət arsında münasibətlərin çox da yüksək səviyyədə olmamasından xəbər verir".

çin iran ile ilgili görsel sonucu

Bütün bunların fonunda İran daxilində ciddi problemə çevrilən ikihakimiyyətlilik meyddana gəlib. Iranda hakimiyyətdə Həsən Ruhani kamandası olsa da ölkə üçün kritik məsələlərdə, xüsusən də xarici siyasət müstəvisində Ali Dini rəhbər Əli Xamenei və onun tərəfdarlarının təsiri böyükdür. Belə olan halda İranda siyasi proseslərin əsas aktoruna çevrilmiş iki elita tipi mövcuddur: İnqilabi mühafizəkarlar (idealistlər) və inqilabi liberallar (realistlər). Təbii ki, Xameneinin rəhbərlik etdiyi idealist qurup dövlət siyasətinin milli maraqlara və beynəlxalq siyasi konyukturaya uyğun deyil, məhz inqilabın söykəndiyi müqəddəs ideyalara əsaslanmalı olduğunu ifadə edirlər. Bunu ən bariz nümunəsi İranın ABŞ və İsraillə münasibətləridir. Həsən Ruhani və Cavad Zərifin rəhbərlik etdiyi realistlərsə ideyalardan kənar, mövcud siyasi reallıqlara əsasən siyasət yürütməyin tərəfdarıdırlar. İraq, Rusiya və Türkiyə siyasətində göründüyü kimi. Tərəflər arasında gərginlik getdikcə artır. Ən son Bəşər Əsədin Tehrana səfəri zamanı Cavad Zərif bu səfərdən xəbardar edilmədiyinə görə istefa verdi. Yalvar-xahişlə Zərifi Ruhani öz postuna qaytardı. Görünən odur ki, Ruhani komandası mövcud stuatsiyada ABŞ-la güzəştə gedib yeni bir razılaşma əldə etməyi planlaşdırır. Ancaq Xameneinin kamandası buna mane olur və dini rəhbər hər açıqlamasında ABŞ-la aparılan işi daha da çətinləşdirir. Lakin Bu vəziyyətdə İranın güzəştdən savayı yolu qalmayıb. Beləliklə, hər şeydən əvvəl İran daxilindəki ziddiyətləri aradan qaldırmalıdır, daha sonra isə yeni bir nüvə razılaşması ilə üzərindəki sanksiyalardan qurtulmalı, ölkə iqtisadiyyatı "nəfəs almalıdır". Əgər bu məsələlər öz həllini tapmasa çətin ki, mülki İran xilas ola...

 

Nicat İsmayılov

Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO

Xəbər xətti

Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
Hamısı