“Gürcülər ermənilərə deyir ki, əgər yeni keçid istəyirsinizsə, əraziləri qaytarın” Rusiyalı ekspert

Analitika 13:00 17.05.2019
“Məsələ burasındadır ki, gürcülərlə Azərbaycan bu məsələdə birlikdədirlər. Gürcüstan müharibə nəticəsində Abxaziya və Cənubi Osetiyanı, Azərbaycan isə ərazilərinin 20%-ni itirdi. Gürcülər ermənilərə deyir ki, əgər yeni keçid istəyirsinizsə, əraziləri qaytarın”.

Eurasia Diary Ordu.az-a istinadən rus politoloq, Yaxın Şərq və Qafqaz ölkələri üzrə ekspert, “Regnum” agentliyinin şərq şöbəsinin Baş redaktoru Stanislav Tarasovun erməni KİV-lərinə müsahibəsindən bəzi hissələri təqdim edir: 

- Mayın 12-də Qarabağda atəşkəsin tətbiq edilməsinə dair Bişkek razılaşmasının 25 ili tamam olub. Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan verdiyi müsahibəsində qeyd edib ki, bu, hərbi əmliyyatların başa çatmasından sonra münaqişənin nizamlanması ətrafında danışıqlar prosesinin başlanmasına yaxşı fürsət olub. Eyni zamanda imkanların dəyərləndirilməsi, həmçinin yeni müharibənin qarşısının alınması üçün hansı addımların atılmasının dərk edilməsinə şərait yaranıb?

- Təəssüf ki, münaqişə 25 ildir davam edir və bu hələ də sülh olmayan yeganə atəşkəs müqaviləsidir. İrəvanda Paşinyan bəyan edir ki, Qarabağ (qondarma qurum-red.) münaqişə tərəfidir və o danışıqlara dəvət edilməlidir. Lakin yeni hakimiyyətin apardığı danışıqlar yenə də əvvəlki kimi ikitərəfli xarakter daşıyır. Mnatsakanyan Məmmədyarovla, Paşinyan Əliyevlə görüşməkdə davam edir.

- Azərbaycan üçtərəfli formata razı olmadığına görə Moskva bu istiqamətdə nə isə edə bilərmi? 

- Moskva hər şey edib. Hazırda Moskva neytraldır. Moskva çalışır ki, Bakı və İrəvan arasında tarazlaşdırılmış münasibət saxlasın. Əgər Moskvanın birtərəfli mövqeyi olsaydı, o zaman birdəfəlik başqa cür düzülüş olardı. ATƏT-in Minsk qrupunun bütün həmsədrləri də bu cür davranır, lakin tərəflər onları hər hansı şəkildə öz mövqelərinə çəkməyə səy göstərirlər… Paşinyan hakimiyyətə gəldikdən sonra onunla İlham Əliyevin mövqelərinin yaxınlaşdırılması üçün Putin əlindən gələni edir. 

Məhz Putinin yardımı ilə tərəflər arasında şəxsi görüşlər təşkil edilib və şifahi də olsa bir sənəd imzalanıb. Bu sənədin 1994-cü ildəki kimi atəşkəsin dayandırılması səviyyəsində gücü olmalı idi. Yalnız bu təkcə Moskvanın səyi ilə mümkün deyil. Hər iki tərəfdən də, qarşılıqlı güzəşt qərarı olmalıdır. Çünki istənilən halda vasitəçilərin mövqeyi də belədir. Bəli, İrəvan danışıqlar aparır və prosesin davam etməsinin səbəbi odur ki, Ermənistan hansısa güzəştlərə gedir, lakin bu barədə susur. Bakı da danışıqlar aparırsa, deməli onlar da hansısa qarşılıqlı güzəşt versiyasını istisna etmirlər. Lakin onlar da bu barədə susurlar. Rəsmi olaraq İrəvan və Bakı qəbulolunmaz mövqe nümayiş etdirirlər və məntiqli olaraq sual yaranır. O halda tərəflər nə barədə danışır?

- Rusiya tərəfinə ikitərəfli hansı qarşılıqlı güzəştlərdən söhbət getdiyi məlumdurmu?

- Əlbəttə, bu məlumdur və yalnız Rusiyaya deyil, qərb həmsədrlərinə də məlumdur. Onlar məlumatlıdırlar, lakin ictimailəşdirilməməsinə dair razılaşma var. 

- Ümumi olaraq Bakı və ya İrəvanın nə güzəşt edə biləcəyini deyə bilərsinizmi?

- Ümumi cizgilərlə... Paşinyanın rəhbərliyi altında yeni inqilabçı hakimiyyət var. Bu hakimiyyət inqilabçıdır və danışıqlar prosesini ictimaləşdirməlidir. Lakin danışıqlar prosesini ictimailəşdirmir və nəticədə əgər Mnatsakanyanla Məmmədyarovun neçə dəfə görüşdüyü əlavə edərsək, görüşün artıq 15 saat təşkil etdiyini qeyd etmək olar. Yalnız Paşinyanla Əliyevin son görüşü 1,5-2 saat davam edib. Nə barədə danışırlar, qoy bunu İrəvan desin. Axı İrəvan inqilabçıdır, qoy doğru olanı desin, 1,5 saat ərzində Əliyevlə nə barədə danışırlar. Əgər İrəvan susursa, Moskva gizlinləri açmalıdır? 

- Bakı da susur, qoy Bakı danışsın. 

- Bəli, ictimailəşdirməmə haqqında razılaşma var. Lakin Bakı əvvəlki hakimiyyətdir. Bu hakimiyyət Serj Sarkisyan dövründə də danışıqlar aparıb. Sizinkilər isə inqilabçılardır. 

- Faktiki olaraq, bizim hakimiyyəti tənqid etməyi sevirsiniz. Biz də Ermənistanı dünya ilə bağlayan yeganə dar keçidi turistlər üçün cəhənnəmə çevirən Larsdakı rus sərhədçilərdən narazıyıq. Yaxud sərhədçilər olmasa da, yağışlar və sürüşmələr maneçilik törədir. Rusiya bu məsələdə siyasi qərar qəbul edə bilər?

- Bu texniki sualdır, doğrudan da bu zonada gah qar, gah da daş töküntüləri baş verir. Abxaziya (qondarma qurum-red.) vasitəsi ilə yeni yolla bağlı danışıqları təklif edən və aparan Rusiya deyilmi? 

- Bu layihə kağız üzərində qalır. Ermənistanın köhnə hakimiyyəti dövründə irəli sürülüb. 

- Məsələ burasındadır ki, gürcülərlə Azərbaycan bu məsələdə birlikdədirlər. Gürcüstan müharibə nəticəsində Abxaziya və Cənubi Osetiyanı, Azərbaycan isə ərazilərinin 20%-ni itirdi. Gürcülər ermənilərə deyir ki, əgər yeni keçid istəyirsinizsə, əraziləri qaytarın. Ancaq Rusiya özünü belə aparmır, tələb etmir ki, Ermənistan hər hansısa əraziləri qaytarmalıdır və hesab edir ki, bu yalnız və yalnız İrəvan və Bakının qərarıdır, onlar özləri razılaşmalıdırlar. 

- Yəni Gürcüstan tərəfi bu yolun açılmasına maneçilik törədir? 

- Əlbəttə, biz təklif edirik, gürcülər isə onlarla maneə yaradır. 

- Lakin gürcülər və isveçrəlilərlə birlikdə razılaşma imzalayırdınız. Bilmirdiniz ki, gürcülərlə problemlər yaranacaq? 

- Bəli, gürcülərin yerinə yetirmədiyi razılaşmalar olub. Onlar bunu Ermənistanın Rusiya ilə strateji tərəfdaş olması ilə izah edir. Ermənilərin hansısa rayonları qaytarması ilə bağlayır. Lakin biz İrəvana bu cür təzyiq göstərmirik, biz çalışırıq ki, qərbdəki vasitəçilər vasitəsilə gürcü hakimiyyətinə xalqların təhlükəsiz yaşaması üçün şərait yaradılması fikri aşılansın. Burada yalnız Bakının təsiri deyil, gürcülərin də öz təsiri var. Gürcüstan Rusiya əleyhinə siyasət həyata keçirir və təbii ki, Rusiyanın tərəfdaşı olan ölkəni problemlər qarşısında qoyur.

Onlar Rusiya ilə Ermənistanın normal keçidə sahib olması üçün əlverişli şərait yaradılmasını istəmirlər. Lars keçiddir, lakin rahat deyil. Yalnız texniki deyil, həmçinin iqlim şəraitinə görə də çox pisdir. Paşinyan 2 və ya 3 dəfə Gürcüstanda olub. Gürcüstan rəhbərliyinin münasibəti sanki normaldır. Ancaq faktiki olaraq, bu cür siyasət yürütmürlər. Azərbaycanlılar ehtimal edir ki, belə bir yol açıldığı halda Rusiya bu keçid vasitəsilə Ermənistana silah tədarük edəcək. Baxmayaraq ki, biz bu silahı Ermənistana çatdırmaq üçün başqa bir yol İran vasitəsindən istifadə edirik. Faktiki olaraq bu cür də həyata keçirilir. 

- Dünən Robert Köçəryanın məhkəməsi başlayıb və Moskvadakı ekspert dairələrindən dəfələrlə edilən çağırışlara baxmayaraq, onun həbsi dəyişməz olaraq qaldı.

- Təəssüf ki, İrəvan yerli qisas siyasəti aparır. Baxaq görək, Paşinyanın vəziyyəti necə olacaq. Ola bilər elə vəziyyət yaranar ki, o da barmaqlılar arxasında peyda ola bilər. Axı Qarabağın (qondarma qurum-red.) “birinci prezidenti”dir, bu çox annormal hərəkətdir. O, birbaşa Qarabağın tarixini silir. İkincisi, əlbəttə Moskva baş verənlərə həvəslə baxmır. Lakin Ermənistanla Rusiya münasibətləri elədir ki, bu, dövlət rəhbərlərinin şəxsi simpatyalarından və bəyənmələrindən asılı deyil. Bizim münasibətlərimiz daha ciddidir. Əlbəttə, buna görə, Rusiya və Ermənistanın münasibətləri pozulmayacaq. Ermənistan da özünü kifayət qədər təmkinli və ardıcıl apararaq, vəziyyəti və təhlükəsizlik məsələlərini real qiymətləndirəcək.

- Cənab Tarasov, deyirsiniz ki, Paşinyan hakimiyyəti əvvəlki siyasəti həyata keçirir. Lakin sonuncu müsahibənizdə demisiniz ki, Paşinyan çox tarazlaşdırılmış siyasət həyata keçirir. 

- Bəli, bəli… Mən deyirdim ki, Ermənistanın siyasəti bizdə problemlər yaratmır. Lakin Robert Köçəryanla baş verənlər, belə deyək, Ermənistanı bəzəmir.

Alpər Mövludoğlu 
Ordu.az
Köln şəhərindən qürurverici görüntülər: Azərbaycan və Türkiyə bayraqları.... - VİDEO

Xəbər xətti

Köln şəhərindən qürurverici görüntülər: Azərbaycan və Türkiyə bayraqları.... - VİDEO
Köln şəhərindən qürurverici görüntülər: Azərbaycan və Türkiyə bayraqları.... - VİDEO
10:38 19.03.2024
Xankəndidə xeyli silah-sursat tapılıb
10:35 19.03.2024
Rusiyada ən yüksək maaş harada və hansı sektordadır?
Rusiyada ən yüksək maaş harada və hansı sektordadır?
10:30 19.03.2024
FHN əhaliyə müraciət edib
10:22 19.03.2024
Almaniyada kitabxanalar təşvişə düşdü: Kitablarda zəhər tapıldı
Almaniyada kitabxanalar təşvişə düşdü: Kitablarda zəhər tapıldı
10:15 19.03.2024
Bu ərazilərə qar yağıb - FAKTİKİ HAVA
10:06 19.03.2024
Azərbaycanda sosial problemlər həllini niyə tapmır? - Natiq Cəfərli və Tural Abbaslı ilə MÜZAKİRƏ
10:00 19.03.2024
Rusiyanın Ukrayna bufer zona yaratmaq planı
Rusiyanın Ukrayna bufer zona yaratmaq planı
09:51 19.03.2024
Bakıda qadın dəm qazından boğularaq ölüb
09:40 19.03.2024
Bayram günlərində təcili tibbi yardım stansiyaları gücləndirilmiş iş rejimində çalışacaq
09:33 19.03.2024
Sabunçu rayonunda marketin anbarında yanğın olub
09:31 19.03.2024
Pakistanda zəlzələ baş verib
Pakistanda zəlzələ baş verib
09:27 19.03.2024
Sabahdan Novruz tətili başlayır
09:19 19.03.2024
Səhiyyə Nazirliyi viruslarla bağlı əhaliyə müraciət etdi
09:16 19.03.2024
Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib
09:10 19.03.2024
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi mövcud hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi mövcud hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
09:00 19.03.2024
Rusiya bu təklifimizə "hə" desə... - ABŞ
06:58 19.03.2024
Sabah Avroparlamentdə Aİ-nin genişlənməsi müzakirə ediləcək
05:00 19.03.2024
Goranboyda mağazadan oğurluq olub
04:48 19.03.2024
Ramazan ayının 9-cu günü: Dua, imsak və iftar vaxtı...
03:30 19.03.2024
Göyçayda kənd yolu əsaslı təmir olunub
02:29 19.03.2024
Aİ-dən BƏYANAT: Rusiyadakı seçkilər ciddi məhdudiyyətlər şəraitində keçirilib
01:00 19.03.2024
Şimali Koreya Rusiyaya 7 min konteyner silah göndərdi
00:11 19.03.2024
Gəncədə iki nəfər mübahisə zəminində bıçaqlanıb
23:45 18.03.2024
Avropa Sülh Mexanizminin maliyyə tavanı 17 milyard avrodan çox olacaq
23:24 18.03.2024
Attraksionlara nəzarət gücləndirildi
23:00 18.03.2024
İstanbul NS-də həkim səhlənkarlığı: qadın öldü
22:38 18.03.2024
Pakistan Əfqanıstanla sərhəd bölgələrində antiterror əməliyyatları keçirib
22:22 18.03.2024
"Neftçi" - "Spartak" matçının biletləri satışda
22:00 18.03.2024
NATO ilə Azərbaycan arasında yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparılır
21:47 18.03.2024
Ciddi əlavə təsirləri aşkarlanan dərmanlar haqqında bildirişlərin göndərilmə vaxtı uzadılır
21:39 18.03.2024
"Qarabağ"ın baş məşqçisi cəzalandırılıb
21:22 18.03.2024
Xüsusi təyinatlı təhsil müəssisələrində Çanaqqala zəfərinin 109-cu ildönümü qeyd edilib
21:00 18.03.2024
Bakı Dəmiryol Vağzalında dəmiryolçular üçün göz müayinəsi aksiyası təşkil edilib
20:44 18.03.2024
Dərman vasitələrinə farmakonəzarət üzrə məlumat və hesabat sənədləri türk dilində təqdim ediləcək
20:22 18.03.2024
Müdafiə naziri Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
19:57 18.03.2024
Hikmət Hacıyev: “Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var”
19:54 18.03.2024
Azərbaycan-İraq iqtisadi əlaqələrinin mövcud vəziyyəti müzakirə olunub
19:50 18.03.2024
Bərdədə it dişləyən azyaşlının SON VƏZİYYƏTİ
19:39 18.03.2024
Fransada fermerlər hökumət binaları qarşısına təkər yığıblar
19:20 18.03.2024
Hamısı