Paşinyan-Koçaryan ixtilafı dərinləşir "Qarabağda vətəndaş qarşıdurması"...

Analitika 12:27 21.05.2019

Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın həbsdən azad edilməsindən sonra Ermənistanda və bütövlükdə Dağlıq Qarabağda baş verən hadisələri diqqətlə analiz etmək gərəklidir. Çünki son hadisələr bizə Qarabağdakı ermənilərlə İrəvan erməniləri arasıda ciddi fikir ayrıklıqlarının olduğunu və Paşinyanın bir illik iqtidarı dövründə heç də bütün ermənilərin “sevimlisi” olmağı bilmədiyindən xəbər verir.

 

Qarabağda nə baş verir?

Paşinyan Köçaryanın azad edilməsindən dərhal sonra ölkədəki məhkəmə sistemini və hakimləri sərt tənqid etmiş və onları “oyuncaq” adlandırmışdı. Bundan sonra isə xalqı küçələrə çağıraraq səriştəsiz və yarıtmaz məhkəmə sisteminə qarşı kütləvi aksiyalara başlamağa səsləmişdi. Paşinyan bunu inqilabın “II dalğası” adlandırdı. Paşinyanın İrəvanda başlatdığı bu etiraz hərəkatı Qarabağda da etirazların başlamasına səbəb oldu. Bəli, Qarabağda, Koçaryana tabe olan qrupların ən fəal olduğu regionda...

Paşinyanın Xankəndidəki əsas dəstəkçilərindən biri olan Tiqran Petrosyan ötən gün öz tərəfdarları ilə birgə Qarabağda “prezident sarayı” qarşısında aksiya keçirərək Koçaryanın azad edilməsinə etiraz edib və Qarabağdakı rejimi istefaya səsləyib. Qarabağdakı erməni gənclərin kiçik bir qismi ona qoşulub, bir qismi isə sosial şəbəkə üzərindən Tiqrana və Paşinyana dəstək mesajları verib. Ancaq nəticədə Tiqran və yoldaşları aksiya zamanı polislər tərəfindən ələ keçirilib və həbs edilib.

Bu hadisə Ermənistanda ciddi rezonansa səbəb oldu. Bu etirazlar özündə iki müxtəlif məna kəsb edir: “Ya, məxməri inqilab artıq Qarabağa sıçrayır” ya da, “Qarabağda vətəndaşlar arasında qarşıdurma şiddətlənir”. Sözügdən aksiya Qarabağda birinci deyil. Paşinyanın aktiv siyasətlə məşğul olduğu dövrdən bu yana demək olar ki, Qarabağda siyasi durum günü-gündən gərginləşməkdədir. Baxmayaraq ki, Paşinyan Şuanın işğalı günündə buraya gələrək qondarma rejimin rəhbəri Bako Saakyanla birgə yallı oynadı, konyak içdi, ancaq bununla belə Paşinyan hakimiyyəti ilə Saakyan arasında siyasi uzlaşma hələ də tam təmin edilə biməyib. Çünki Bako açıq şəkildə Koçaryanı dəstəkəyir. Biz bunu Şuşanın işğalı günündən əvvəl rəsmi İrəvana göndərilmiş xahiş məktubunda da gördük. Bako “bayram günü” liderini Şuşada görmək istəyirdi, ancaq buna imkan verilmədi.

şuşada yallı ile ilgili görsel sonucu

Paşinyanla Koçaryan arasında yaşanan münaqişə Qarabağdakı proseslərə də təsir edir. Qarabağda gənclərin əksəriyyəti Paşinyanı dəstəkləyir. Onların əksəriyyəti liberal görüşlüdür. Ancaq orta və yaşlı təbəqə, xüsusilə də Qarabağ döyüşlərində iştirak etmiş veteranlar Koçaryan tərəfdarlarıdır. Ona görə Koçaryanın azad edilməsi Qarabağ əhalisinin bir qisimində sevinclə, digər qismində isə əsəb və etirazla qarşılandı. Ümumilikdə hazırda Qarabağda ermənilər arasında ciddi ixtilaflar var. Beləki, qondarma respublikada sözün həqiqi mənasında sosial təbəqələr arasında uçurum var. Bir qrup vətəndaşlar (hansılarkı hökümətdə iştirak edib) villa və saraylara, ciplərə və mülklərə sahib olduğu halda, digər qrup vətəndaşların günlük təlabatlarını ödəməyə imkanı çatmır. Eməni blogger David Manukyanın fikri ilə ifadə etsək "əhali acından ölür, ancaq Qarabağ klanı üzvləri kef içindədir". Bu sosial uçurum da ixtilafı dərinləşdirən arqumentlərdən biridir. Əsas ixtilafsa Paşinyana yanaşmadadır. Qarabağlıların bir qismi Paşinyanı xain adlandırır və onun Qarabağı gec-tez Azərbaycana qaytaracağını düşünürlər. Yuxarıda da qeyd edildiyi kimi gənclərsə daha çox Paşinyanı dəstəkləyirlər. Xüsusən dırnaqarası prezident seçkilərinə az bir müddət qalmış Qarabağda Paşinyanın və Koçaryanın tərəfdarları arasında toqquşmalar baş tutması və vətəndaş qarşıdurmasının meydana gəlməsi ehtimalı yüksəkdir.

Koçaryan azadlığa çıxdıqdan sonra Paşinyanla mübarizəyə qaldığı yerdən davam edəcək. Çünki artıq bu sadəcə hakimiyyət savaşı deyil. Koçaryan illərdir öz adamlarının əli ilə Qarabağı və Ermənistanı idarə edirdi. İnqilabdan sonra o idarəetməni itirdi. Ancaq Paşinyan Koçaryandan keçmişdə özünə və erməni xalqına etdiklərinə görə qisas almağa başlayanda Koçaryan əlindəki rıçaqlardan istifadə etdi və azadlığa çıxdı. İndi Koçaryanın qarşısında iki yol var: Birinci yol ondan ibarətdir ki, o yenidən müxtəlif siyasətçilərə külli miqdarda pullar yedirtməklə “boss kardinal” statusunu qoruyacaq və öz adamlarını Paşinyanın qarşısına siyasi alternativ kimi çıxaracaq. İkinci yol isə Koçaryanın yenidən aktiv siyasətə qayıtmasıdır. Bu yol isə sadəcə Qarabağda əlverişlidir. 2020-ci ildə qondarma rejimdə prezident seçkilərinin keçirildiyini nəzərə alsaq burada Koçaryanın iştirak etməsi və zəfər çalması qondarma respublikanı tamamilə mərkəzdən, İrəvandan ayırar və onu daha çox Rusiyaya bağlayar.

pashinian court ile ilgili görsel sonucu

Beləliklə, son günlərdə Ermənistanda və Qarabağda baş verənlər bizə onu deməyə əsas verir ki, Ermənistan yeni böhranın astanasındadır. Bu böhran həm siyasi, həm iqtisadi, həm də sosisal sferalarda təzahür edəcək. Böhranın birinci səbəbi Paşinyanın hakimiyyətinin son bir ildə heç cür möhkəmlənə bilməməsidir. Koçaryanın azad edilməsində də göründüyü kimi Paşinyan nəinki orduya və Qarabağ klanına hətta hakim və prakrorlara belə öz sözünü keçirə bilmir. (Paşinyan Koçaryan məhkəməsi üçün 4 hakim təyin etdi, onlardan 3-ü məhkməyə çıxmaqdan imtina etdi, biri isə Koçaryana azadlıq verdi.) Paşinyanın xalqı küçələrə çıxarması da mənasızdır. Çünki heç də bütün hakimlər Koçaryanın qara qaşına, keçəl başına aşiq olmayıb. Onlardakı can qorxusudur. Paşinyan Qarabağ klanının hərbi gücünü əzə bilmədiyi təqdirdə, qanunsuz silahlı qruplaşmaları zərərsizləşdirə bilmədiyi təqdirdə hakimiyyətini möhkəmləndirə və hüquqi dövlət quruculuğuna keçə bilməyəcək.

Böhranın digər müstəvisi isə Qarabağ və İrəvan arasındadır. Paşinyan hakimiyyətə gəldikdə Qarabağı Ermənistana birləşdirmək barədə pafoslu cümlələr qurur, vədlər verirdi. Ancaq Koçaryanın azadlığa çıxmasından sonra 2020 seçkiləri Paşinyanın komandası üçün daha çətin keçəcək. Əgər bu seçkiləri Paşinyanın deyil, Koçaryanın namizədi qazanarsa qondarma rejim Ermənistandan yox, daha çox Rusiyadan asılı hala düşəcək. Bu da Paşinyan üçün yeni problem və yeni təhdiddir. İsətnilən halda Ermənistan və Qarabağdakı rejim arasında münasibətlər kəskinləşir. Qarabağın taleyi də məhz bu münasibətlərin gələcəyindən birbaşa asılıdır...

 

Nicat İsmayılov

Köln şəhərindən qürurverici görüntülər: Azərbaycan və Türkiyə bayraqları.... - VİDEO

Xəbər xətti

MAQATE dəstək verəcək: İraqda nüvə proqramı üçün yol xəritəsi formalaşıb
MAQATE dəstək verəcək: İraqda nüvə proqramı üçün yol xəritəsi formalaşıb
11:00 19.03.2024
Mikayıl Cabbarovdan İlaxır çərşənbə ilə bağlı maraqlı paylaşım
10:58 19.03.2024
Bakıda yağışlı hava qəzaya səbəb oldu - VİDEO
10:50 19.03.2024
İsrail və Həmasdan gözlənilməz atəşkəs addımı!
İsrail və Həmasdan gözlənilməz atəşkəs addımı!
10:45 19.03.2024
Köln şəhərindən qürurverici görüntülər: Azərbaycan və Türkiyə bayraqları.... - VİDEO
Köln şəhərindən qürurverici görüntülər: Azərbaycan və Türkiyə bayraqları.... - VİDEO
10:38 19.03.2024
Xankəndidə xeyli silah-sursat tapılıb
10:35 19.03.2024
Rusiyada ən yüksək maaş harada və hansı sektordadır?
Rusiyada ən yüksək maaş harada və hansı sektordadır?
10:30 19.03.2024
FHN əhaliyə müraciət edib
10:22 19.03.2024
Almaniyada kitabxanalar təşvişə düşdü: Kitablarda zəhər tapıldı
Almaniyada kitabxanalar təşvişə düşdü: Kitablarda zəhər tapıldı
10:15 19.03.2024
Bu ərazilərə qar yağıb - FAKTİKİ HAVA
10:06 19.03.2024
Azərbaycanda sosial problemlər həllini niyə tapmır? - Natiq Cəfərli və Tural Abbaslı ilə MÜZAKİRƏ
10:00 19.03.2024
Rusiyanın Ukrayna bufer zona yaratmaq planı
Rusiyanın Ukrayna bufer zona yaratmaq planı
09:51 19.03.2024
Bakıda qadın dəm qazından boğularaq ölüb
09:40 19.03.2024
Bayram günlərində təcili tibbi yardım stansiyaları gücləndirilmiş iş rejimində çalışacaq
09:33 19.03.2024
Sabunçu rayonunda marketin anbarında yanğın olub
09:31 19.03.2024
Pakistanda zəlzələ baş verib
Pakistanda zəlzələ baş verib
09:27 19.03.2024
Sabahdan Novruz tətili başlayır
09:19 19.03.2024
Səhiyyə Nazirliyi viruslarla bağlı əhaliyə müraciət etdi
09:16 19.03.2024
Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib
09:10 19.03.2024
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi mövcud hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi mövcud hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
09:00 19.03.2024
Rusiya bu təklifimizə "hə" desə... - ABŞ
06:58 19.03.2024
Sabah Avroparlamentdə Aİ-nin genişlənməsi müzakirə ediləcək
05:00 19.03.2024
Goranboyda mağazadan oğurluq olub
04:48 19.03.2024
Ramazan ayının 9-cu günü: Dua, imsak və iftar vaxtı...
03:30 19.03.2024
Göyçayda kənd yolu əsaslı təmir olunub
02:29 19.03.2024
Aİ-dən BƏYANAT: Rusiyadakı seçkilər ciddi məhdudiyyətlər şəraitində keçirilib
01:00 19.03.2024
Şimali Koreya Rusiyaya 7 min konteyner silah göndərdi
00:11 19.03.2024
Gəncədə iki nəfər mübahisə zəminində bıçaqlanıb
23:45 18.03.2024
Avropa Sülh Mexanizminin maliyyə tavanı 17 milyard avrodan çox olacaq
23:24 18.03.2024
Attraksionlara nəzarət gücləndirildi
23:00 18.03.2024
İstanbul NS-də həkim səhlənkarlığı: qadın öldü
22:38 18.03.2024
Pakistan Əfqanıstanla sərhəd bölgələrində antiterror əməliyyatları keçirib
22:22 18.03.2024
"Neftçi" - "Spartak" matçının biletləri satışda
22:00 18.03.2024
NATO ilə Azərbaycan arasında yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparılır
21:47 18.03.2024
Ciddi əlavə təsirləri aşkarlanan dərmanlar haqqında bildirişlərin göndərilmə vaxtı uzadılır
21:39 18.03.2024
"Qarabağ"ın baş məşqçisi cəzalandırılıb
21:22 18.03.2024
Xüsusi təyinatlı təhsil müəssisələrində Çanaqqala zəfərinin 109-cu ildönümü qeyd edilib
21:00 18.03.2024
Bakı Dəmiryol Vağzalında dəmiryolçular üçün göz müayinəsi aksiyası təşkil edilib
20:44 18.03.2024
Dərman vasitələrinə farmakonəzarət üzrə məlumat və hesabat sənədləri türk dilində təqdim ediləcək
20:22 18.03.2024
Müdafiə naziri Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
19:57 18.03.2024
Hamısı