Ermənistanda inqilab - “taxt oyunları” başlayır Paşinyan və ailəsi təhdid altında

Analitika 13:07 25.05.2019

Qarabağda və Ermənistanda inqilab eyforiyası sendromu yaşanır. Nədir inqilab eyforiyası sendromu? İnqilab sonrası xalqda olan ruh yüksəkliyi və sevincin birdən-birə kədər və bədbinliklə əvəz edilməsi, ölkədə inqilabın gətirdiyi yeniliklərin özünü doğrultmaması və ya inqilabın tam reallaşmaması, yarımçıq qalmasıdır. İnqilab başa çatdımı Ermənistanda? Xeyr, əsla. Çünki inqilabın hədəfi erməniləri Qarabağ klanından azad edib, demokratik dövlət quruculuğuna keçmək idi. İnqilab hədəfinə çatmadı və Qarabağa sıçramadı. Ermənilər üçün əsl inqilab hələ bundan sonra başlayır...

 

Bu gün Ermənistanda da “qara kütlə” zənn edir ki, inqilab bitib. Ancaq Köçaryanın həbsdən azad edilməsi, Qarabağda hələ də klan üzvlərinin yüksək imtiyaz və güc sahibi olması, Ermənistanın daxilində sabitliyin tam şəkildə formalaşdırıla bilinməməsi və s. kimi amillər bizə onu deməyə əsas verir ki, “xeyr cənablar ermənilərin inqilabı baş tutmayıb”. Əlbəttə ki, bu gün Ermənistanı idarə edən Paşinyan özündən əvvəlki liderlərə baxanda “süddən çıxmış ağ qaşıq” qədər təmiz və “pak” hesab edilə bilər. Şüphəsiz ki, özündən əvvəlkilərdən fərqli olaraq sadə və xalqına daha yaxındır. Ancaq əsla özündən əvvəlkilərdən daha demokrat deyil. Çünki demokratiyalarda problemlər hüquq və qanunla həll edilir. Ən pis halda refendum və ya seçki yoluyla, xalqın iradəsi vasitəsilə...

 

 Paşinyan isə hansı problemlə üzləşirsə bunu “küçə”də, qara kütlənin dəstəyi ilə həll etməyə çalışır. Koçaryanı azad edib deyə bir hakimi topa tutan Paşinyan bu da azmış kimi xalqı küçələrə səsləyərək məhkəmə hakimiyyətini devirməyə səy göstərir. Oysa məhkəmə demokratik ölkələrdə hakimiyyət bölgüsü prinsipi əsasında qərarlaşdırılmış üçüncü və müstəqil hakimiyyətdir...

Koçaryan azad olunduqdan sonra Paşinyanın durumu daha da çətinləşdi. Onsuz da Koçaryan türmədə olanda belə Qarabağdakı qondarma rejimə sözünü keçirə bilməyən baş nazir, indi Koçaryanın aktiv siyasətə qayıdışı baş tutarsa nə edəcək? Heç özü də bilmir. Bununla birlikdə, Ermənistanda yeni hakimiyyət savaşının ilk qıvılcımları Qarabağdan müşahidə edilir. Yeni hakimiyyət devirdiyi rejimlə yenidən mübarizə aparmaqdadır. Çox maraqlı stuatsiyadır, maraqlı oyunlar gedir. İqtidar gerçəkdən iqtidardırmı, o belə bəlli deyil. Sözdə Paşinyan Ermənistanın baş naziri, hakimi-mütləqidir. Ancaq məhkməyə söz keçirə bilmir, iqtisadiyyatda əli-qolu bağlıdır, Qarabağa nəzarət edə bilmir, xarici siyasətdə Rusiyaya zidd siyasət yürüdə bilmir, istədiyi radikal manevraları həyata keçirə bilmir. Deməli, Paşinyan hakimiyyətə gəlsə də siyasi sistemin rıçaqlarını tam ələ keçirə bilməyib ki, sistemi idarə etsin. Deməli, hardasa rıçaqlar Koçaryanın əlindədir ki, ondan bu qədər qorxur və çəkinir. Koçaryan isə sakitcə Qarabağda işini görür və generalları Paşinyana qarşı üsyana hazırlayır. Paşinyan isə tək dayağı olan xalqı mübarizəyə səsləyir. Tərəflər mübarizəyə hazırdır. Oyun başlayır, əsl taxt oyunu Ermənistanda start götürür...

 

Ard-arda gələn xəbərlər Paşinyanı daha da ürküdür. Qarabağ klanına üzv generalların gizli görüşü barədə çıxan xəbərlər Ermənistan mətbuatında bir “bomba” effekti yaradır. Koçaryanın fitvası ilə Paşinyana qarşı çevrilən generallar hər an ölkədə hərbi çevriliş təşkil edə bilərlər. Bunu Paşinyan da görür, bilir. Və Qarabağdan əsgər oğlunu geri, Ermənistana qaytarır. Bəs baş nazir nədən qorxur?

Qarabağ klanı öz maraqlarını təmin etmək üçün hər vasitəyə əl ata bilər. Hərbi çevriliş, sui-qəsd, qara təbliğat, qırğın, terror və s. Qeyd edim ki, son 25 ildə bütün bu “qara vasitələr”dən klan liderləri dəfələrlə istifadə ediblər. İndi generallar da işə qarışıb. Paşinyanı devirmək üçün oğlundan istifadə etməkdən gözəl hansı üsul ola bilər?! Paşinyan oğlunu geri çağırmaqla göstərir ki, mövcud şəraitdən xəbərdardır. O, başa düşür ki, ancaq öz canı və kreslosu deyil, həm də ailə üzvləri təhdid altındadır. Bu durumda sığınacağı yegane yer isə küçə və xalqdır.

Bəs xalq nə durumdadır? Düzü, Ermənistanda olmadan, sadəcə mətbuatı izləməklə erməni xalqının psixoloji durumunu analiz etmək çox da mümkün deyil. Ancaq bununla belə əyani şəkildə görünən bir şey var. O da ki, xalqın ona verilən vədlərin yerinə yetirilməsini tələb etməsidir. Xalqınsa ən böyük problemi işsizlik və iqtisadi böhrandır. Bu problemi isə Paşinyan həll etmək iqtidarında deyil. Beləliklə, Paşinyanın yeganə dayağı olan erməni xalqı da bir o qədərdə möhkəm şəkildə onun arxasında durmayıb. Çünki hər vətəndaşı hakimiyyət oyunlarından çox, öz cibi ilə maraqlanır.

 

Qarabağda vəziyyət daha da gərgindir. Paşinyanı dəstəkləyən gənc liberal qruplarla, Koçaryanı dəstəkləyənlər arasında münasibətlər kəskinləşib və hər an qarşıdurmalar yarana bilər. Bir yandan da qondarma rejimdə gələn il seçkilərin keçirilməsi buradakı vəziyyəti daha da kəskinləşdirib. Paşinyanın Qarabağda nəzarəti onsuz da bərqərar deyildi. İndi Koçaryanın azadlığa çıxması və 2020 seçkilərində onun namizədinin zəfər çalması Paşinyanın tamamilə Qarabağı itirməsi mənsına gələr. Belə hesab etmək olar ki, Ermənistandakı “taxt oyunun” taleyi də Qarabağda həll ediləcək. Paşinyan hakimiyyətini gücləndirmək üçün Qarabağdakı klanı əzməli, Qarabağda öz nümayəndələrinin rəhbərliyini təmin etməlidir. Çünki Qarabağda özünə müxalif klanın hakimiyyəti ona qarşı ciddi təhdidlər yaradır. Koçaryan isə Qarabağa hakimiyyətə gəlişin açarı kimi baxır. O, Qarabağda birbaşa və ya qeyri-rəsmi hakimiyyətini tam formalaşdıra bilsə Qarabağı müstəqilləşdirə və Rusiyanın da yardımları ilə Paşinyan iqtidarına ciddi “zərbələr” vura bilər.

Nicat İsmayılov

Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO

Xəbər xətti

Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
Hamısı